01 mar 16:02liqa

“Bəlkə qarşıda bizi daha çox məğlubiyyət gözləyir”

“Bəlkə qarşıda bizi daha çox məğlubiyyət gözləyir”
Qurban Qurbanov “Qarabağ”ın “Qəbələ”dən istəksiz olduğunu düşünmür

Şəhidlər Xiyabanını ziyarətdən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavabladı. Təcrübəli çalışdırıcı sabah premyer-liqanın 20-ci turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyuna hazırlıq, heyətdəki bəzi futbolçuların durumu və çempionluq şansları haqda danışdı.
- "Qəbələ"yə məğlubiyyətdən sonra daha bir çətin rəqib olan "İnter"lə oyuna hazırlıq necə gedir?
- Komandada, futbolçularda gərginlik hallarının olması normaldı. Amma biz belə hallarla əvvəllər də üzləşmişik. Çalışmışıq ki, psixoloji durumu qısa müddətdə qaydaya salaq. Baxmayaraq ki, müəyyən problemlərimiz var. Xeyli sayda oyunçumuz qarşılaşmaya hazır deyil. "İnter"ə qarşı oynamaq həm çətin, həm də maraqlı olub. Başda mən olmaqla, necə mübarizə aparmaq üzərində düşünmək, futbolçularla dialoq aparmaq lazım gəlir. "İnter" fərqli sistemdə oynayan rəqibdi. Ona görə də yaxşı oyun quraraq, maksimum nəticə üçün meydana çıxacağıq.
- Əvvəlki iki oyundan məğlubiyyət və heç-heçə ilə ayrılmısız. Yəqin ki, həmin görüşlərə yenidən baxmısız, təhlil etmisiz. Bu dəfə nə etməlisiz ki, çatışmazlıqları aradan qaldıraraq, qalib gələsiz?
- Futbol elə oyundu ki, qalib gəldikdə belə çatışmayan cəhətlər olur. Bəzən bunu aradan qaldıra bilirik, bəzən də alınmır. Amma aydan-aya, ildən-ilə komanda öz oyun üslubunda dəyişiklik edir. Biz əvvəlki qarşılaşmalardakı çatışmazlıqları düşünsək, "İnter" yeni oyun üslubu ortaya qoya bilər. Onlar xal qazanmaq üçün başqa cür oynaya bilər. Biz də məhz buna hazır olmalıyıq. Bir neçə variantımız var. Rəqibin qış fasiləsindən sonra keçirdiyi oyunlarını təhlil etmişik. Qalib gəlmək üçün oyun üslubumuzda çatışmayan cəhətləri yoluna qoymalıyıq. Sürəti, düşünülmüş kombinasiyaların sayını artırmalıyıq. Komanda müdafiədə olanda sürəti istər-istəməz artırmaq olmur. Amma hər halda, bunun öhdəsindən gəlməli və qalib gəlmək üçün xeyli güc sərf etməliyik.
- "Qəbələ"yə məğlubiyyət komandanızda psixoloji gərginlik yaratmayıb?
- Futbolçularımız peşəkardı. Hər məğlubiyyətdən sonra gərginlik olacaqsa, futbolu oynamağa dəyməz. Biz futbolçularımızla birgə qarşımızdakı vəzifəni yerinə yetirməyi bacarmalıyıq. Bu gün məğlub olmuşuqsa, sabah uduzmamalı, qalib gəlməyi düşünməliyik. Sadəcə, "niyə məğlub olduq" sualına düzgün cavab tapmalı və çatışmazlıqları aradan qaldırmalıyıq. Hələ çempionatın sonuna çox var. Bəlkə qarşıda bizi daha çox məğlubiyyət gözləyir. Bunu bilmək olmaz. Bütün bunlara hazır olmalıyıq. Məğlubiyyət bizə nə qədər təsir etsə də, hazırda düşüncələrimiz "İnter"lə növbəti oyuna yönəlib. Çalışmalıyıq ki, bu qarşılaşmada maksimum yaxşı oynayaq.
- Sizcə, çempionluğun taleyini nə həll edəcək: "Qəbələ"nin daha istəkli olması, yoxsa "Qarabağ"ın təcrübəsi?
- Belə suallar daim verilir. Düşünmürəm ki, "Qəbələ"dən istəksizik. Eləcə də başqa komadalar istəksizdirlər. Hamı qalib gəlmək istəyir. Ümumiyyətlə, premyer-liqada mübarizə aparan bütün komandalar istəklidi. Bizim istəyimiz heç kimdən heç də az deyil. Yenidən birinci pilləyə yüksəlməyə çalışacağıq. Alınmasa, o zaman bu barədə fikir bildirəcəyik.
- Çoxdandı Arif Daşdəmirovun səsi-sorağı gəlmir. Hardadı, durumu nə yerdədi?
- Daşdəmirov komanda ilə birgədi, sağlamdı. Elə bir problemi yoxdu. Sadəcə, son oyunlarda müdafiə xəttində bəzi səbəblərdən dəyişiklik etdik. Düşünürəm ki, bu uğurlu alındı. Hərə öz üzərinə düşən vəzifəni düzgün, doğru yerinə yetirməyə başladı. Arif bizim əsas heyət oyunçularımızdan biridi. Sabah, birisigün və ya 3 oyundan sonra onu meydanda görə bilərsiz. O, buna tam hazırdı.
- Dani Kintana ilə əlaqə saxlamısız?
- Onunla həkimlər daim əlaqə saxlayır. Müalicə prosesi qaydasında, düzgün gedir. Təəssüf ki, hələ 4-5 ay bizdən uzaq olacaq, komanda ilə məşq edə bilməyəcək. O bizim üçün ciddi fiqurdu.
- Rəşad Sadıqovun vəziyyəti necədi, sağalırmı?
- Rəşad, demək olar ki, sağalıb. Bu gündən komanda ilə birgə olacaq. Neçə gündü həkimlərin nəzarəti altında çalışaraq, fiziki durumunu yaxşılaşdırır. Vəziyyəti yaxşılığa doğru gedir. Onu qarşıdakı oyunlarda meydanda görə biləcəksiz.
- Vüqar Nadirovla bağlı nə deyə bilərsiz? O, son vaxtlar əvəzedicilərdən ibarət komandada tez-tez meydana çıxır, hətta 8 qol da vurub. Vüqarı əsas komandaya qaytarmaq fikriniz varmı?
- Vüqar hazırda əsas komandadadı. Təkcə Vüqarı yox, bir neçə futbolçunu formaya düşmələri üçün əvəzedici komandaya göndəririk. Son vaxtlar Nadirovun performansı pis deyil. Yenə bizimlədi. O daim öz üzərində çalışır. Belə davam etsə və formasını yaxşılaşdırsa, inanıram ki, əsas komandada da meydana çıxacaq.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar