07 sen 16:00liqa

Skarlatake “Keşlə” ilə müqaviləsini avqustun 30-da pozubmuş

Skarlatake “Keşlə” ilə müqaviləsini avqustun 30-da pozubmuş
“Komandadan getməyimi Zaur Axundovun istədiyinə inanmıram”
Hadisələrin axarı Adrian Skarlatake ilə “Keşlə” arasında partlayışa doğru aparırdı. Oynadığı komandalarda daim əsas heyət üzvü kimi tanınan rumın müdafiəçi ehtiyatda qalmaqla barışa bilməzdi. Adı Mladen Milinkoviçin “qara dəftər”inə düşən və bu üzdən son iki çempionat oyununu kənardan izləyən Skarlatake bu münasibətə dözməyəcəkdi. Ya baş məşqçi getməliydi, ya da futbolçu. Yekunda gözlənildiyi kimi, “27 nömrə” “Keşlə”dən ayrıldı.
Lakin hadisələrin bu dərəcədə sürətli inkişafı insanlarda ciddi şübhə yaratdı. Sanki Skarlatake “Zirə”yə keçmək üçün əlindən gələni edirmiş və danışıqlar xeyli müddət imiş aparılırmış. Hər halda, “Keşlə”nin “xoş getdin, Skarlatake” deməsindən az sonra “Zirə”nin “xoş gəldin, Skarlatake” yazması boşuna ola bilməz. Başqa bir maraqlı məqam keçidin “transfer pəncərəsi” bağlanandan sonrakı günlərdən birinə təsadüf etməsidi. Səbəbkarla söhbətdə bəzi suallara aydınlıq gətirməyə çalışdıq.
- Həssas məqamdan başlayaq. “Keşlə” səni istəmədi, yoxsa komandanı tərk etməkdə özün maraqlı idin?
- Təbii ki, getməyi özüm istəyirdim. Başqa cür ola da bilməzdi. Hətta ilk günlər rəhbərlik getməyimə razılıq vermirdi. Lakin sonradan ortaq məxrəcə gələ bildik.
- “Keşlə”ni tərk etməyinin arxasında nələr dururdu?
- Səbəb göz qabağındadı. Yeni baş məşqçi mənə güvənmirdi. Mən isə daim ehtiyatda oturmaqla barışa bilməzdim. Bir var səbəb göstərilsin, qərara izah verilsin, bir də var heç bir səbəbsiz ehtiyatda qalasan. Gəldiyim gündən “Keşlə”nin əparıcı oyunçularından olmuşam, mərkəz müdafiəçisi olmağıma baxmayaraq, ötən mövsüm 7 qola imza atmaqla komandanın ən sərrast futbolçusu idim. Ona görə də üzləşdiyim münasibət məni narahat edirdi. Təbii, dava edə bilməzdim. Qərarı baş məşqçi verirsə, hörmət etməliyəm. Çıxış yolunu “Keşlə”ni tərk etməkdə gördüm. Açığı, daim süni örtükdə oynamaq da əsas problemlərdən idi. Əsas odu, düşmən kimi ayrılmadıq. Sabah bir-birimizi görsək, əl sıxıb görüşəcəyik.
- Hər şey “Sabah”la oyunda penaltiyə səbəbkar olmağından başladı. Sanki baş məşqçi nədənsə şübhələndi, ya da kimlərsə ona nəsə dedi. Penaltiyə səbəbkar olmağın cəzası ehtiyatda qalmaqdısa, onda bir çox dünya ulduzları ehtiyatda “çürüməlidi”.
- Bu məqam özümə də qaranlıqdı. “Sabah”a qarşı çox yaxşı oynamışdım. Sadəcə, penaltiyə səbəb oldum. Halbuki “Keşlə”də olduğum müddətdə bu, 2-ci, ya 3-cü belə qayda pozuntum idi. Bu da normaldı. Hücumçu deyiləm ki. Mərkəz müdafiəçisiyəm və üç il ərzində 2-3 dəfə penaltiyə səbəbkar olmağım normaldı.
- “Zirə” və “Səbail”lə oyunlarda adının “11-liy”ə salınmamasının səbəbini baş məşqçidən soruşmurdun?
- Xeyr, buna ehtiyac duymadım. İllərdi futbolun içindəyəm. Nəyin necə olduğunu yaxşı bilirəm. Baş məşqçi sənə güvənmirsə, nəsə soruşmağın, maraqlanmağın mənasızdı. Onsuz da heç nə dəyişməyəcək. “Mənim qərarımdı” deyəcək, vəssalam.
- Hazırda Mladen Milinkoviçlə münasibətin necədi?
- Hər şey qaydasındadı. Hətta “Keşlə”dən ayrılanda yaxınlaşıb onunla da əl sıxdım. Vəziyyəti başa saldım, o da anlayışla qarşıladı.
- “Keşlə”də əsas fiqur Zaur Axundovdu. Klubda əsas söz sahibi olan bu şəxs hətta heyətlə bağlı məsələlərə də qarışır. Xatırlayırsansa, “Baltsan”la səfər oyunundan sonra Yuri Maksimovdan Fuad Bayramovla Vaqif Cavadovu komandadan uzaqlaşdırmağı tələb etmişdi. Olmaya sənin getməyini də Axundov istəyirdi?
- Nə baş verdiyini deyə bilmərəm. Çünki dediyinizi gözlərimlə görüb, qulaqlarımla eşitməmişəm. Zaur bəylə münasibətlərim yaxşı olub, indi də yaxşıdı. Mənə problem yaratmaq istəsəydi, “Keşlə”ylə yollarımın bu cür asanlıqla ayrılmasına imkan verməzdi. Komandadan getməyimi Zaur Axundovun istədiyinə inanmıram. Fikrimcə, sırf baş məşqçinin qərarıydı. Bundan sonra nəsə danışmaq artıqdı. Artıq yeni klubum var. Ona görə də yalnız “Zirə”ni düşünməliyəm.
- Qısa müddətdə “Keşlə”ylə vidalaşıb, “Zirə”ylə anlaşmağın birmənalı qarşılanmadı. Sanki bu plan əvvəldən hazırlanmışdı. Bəlkə Milinkoviç başqa komandada oynamaq istədiyini hiss etmişdi?
- Yayda “Zirə” variantı, ümumiyyətlə, müzakirə olunmamışdı. “Keşlə” kuboku qazanıb Avroliqada iştirakı təmin edəndən sonra yalnız və yalnız bu komanda haqda düşünürdüm. Çünki ən böyük istəyim avrokuboklarda çıxış etmək, uğurlu nəticələrə imza atmaq idi.
- Elə isə proseslərin bir günün içində baş verməsi necə oldu?
- “Zirə” mənimlə son iki həftədə maraqlanmağa başladı. Hətta son 10 gündə deyərdim. “Keşlə”də əsas heyətdə oynamamağım Ayxan Abbasovun diqqətini çəkmişdi. Mərkəz müdafiəçisinə ehtiyac var deyə, onsuz da axtarışdaydılar. Düzü, “Zirə”yə keçəcəyim bir neçə gün əvvəl bilinirdi. Çünki “Keşlə”ylə müqaviləni avqustun 30-da pozmuşduq. Sadəcə, rəsmi heç nə yox idi deyə açıqlama vermək istəmirdim.
- Niyə məhz “Zirə”? Məsələn, avqustun son gününə qədər başqa ölkəyə üz tuta bilərdin.
- Hər şey qısa müddətdə baş verdi. Ona görə də başqa nəsə haqda düşünməyə vaxt olmadı. Açığı, başqa ölkəyə getməkdə maraqlı deyildim. İllərdi Azərbaycandayam, özümü burda çox rahat hiss edirəm. Həm də tək mən yox, xanımım da. Üzr istəyirəm, həyat yoldaşım hamilədi, ona görə də başqa ölkələrə uçmaq istəmirdim. Bir sözlə, “Zirə” ideal variant idi. Baş məşqçi istəkli, enerjilidi. Heyətdəki futbolçular da bacarıqlıdı. Qalır əl-ələ verib işləmək və bu vəziyyətdən çıxmaq.
- Baş məşqçi demişkən, səninlə Ayxan Abbasovun maraqlandığını söylədin. Amma komanda yeni baş məşqçiyə tapşırılıb. Samir Abasovun planlarına daxil olduğuna əminsən?
- Samir Abasov gələn kimi haqqımda məlumat verilib. O da qısa müddətdə transferin həyata keçirilməli olduğunu deyib. Yəni “Zirə”yə keçidimi yeni baş məşqçi də istəyib. Hətta Abasovla telefon danışığımız oldu, hiss etdim ki, “Zirə”yə lazımam. Bilsəydim ki, yeni baş məşqçi məni sərəncamında görmək istəmir, sizi inandırım, milyonluq təklif olsaydı da, getməzdim. Baş məşqçiyə lazım olmadığım komandada bir gün də qalmaram. Neçə ki “Keşlə”dən ayrıldım.
- Neçə nömrəli futbolkanı geyəcəksən?
- “Xəzər Lənkəran”la “Keşlə”də olduğu kimi, “Zirə”də də “27”ni seçdim. Ümid edirəm ki, bu nömrə yeni komandama da, mənə də uğur gətirər.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar