04 sen 23:18liqa

Deviç Ukraynada məşqçi kurslarına qatılıb

Deviç Ukraynada məşqçi kurslarına qatılıb
Nazim Süleymanov: “Çatışmazlıq olmasaydı, burda olmazdıq, həyat öz axarıyla davam edərdi”
Matçdan sonra “Sabah”ın baş məşqçisinə yaxınlaşıb, oyunla bağlı fikilərini öyrəndik. Yetirmələrinin uduzmasına baxmayaraq, Elşad Əhmədov o qədər də narazı görünmürdü.
- "Sumqayıt"a yenə uduzduz. Belə çıxır ki, “kimyaçılar” "Sabah" üçün arzuolunmaz rəqibdi...
- Arzuolunmaz yox, maraqlı rəqibdi deyərdim. Mövsümlərarası fasilədə kçeirdiyimiz yoldaşlıq görüşünü də nəzərə alsaq, artıq 3-cü dəfədi onlarla qarşılaşırıq. Hamısında da qalib gəliblər. Təbrik edirik. Deməzdim ki, adi yoldaşlıq görüşü oldu. Çempionat görüşü olmasa da, maraqlı oyun keçdi.
- Ancaq heç də yoldaşlıq görüşünə bənzəmirdi. Meydanda kifayət qədər sərt mübarizəyə şahidlik etdik. Hətta iki futbolçunuz - qapıçı Tərlan Əhmədli və yarımmüdafiəçi Vadim Abdullayev hələ ilk hissədə zədələnərək mübarizəni davam etdirə bilmədilər...
- Sərt mübarizə qarşılaşmanın əvvəlində oldu. Ancaq bu futboldu, belə şeylərin olması normaldı.
- Yeri gəlmişkən, vəziyyətləri necədi?
- Tərlanın qulağı cırılıb, bir də dizindən xəsarət alıb. İnanmıram ki, nəsə ciddi bir şey ola. Vadimin zədəsi ciddi deyil. Hətta ikinci hissədə oynamaq istəyirdi, mən imkan vermədim.
- Maraqlıdı, "Sumqayıt"ı ona görə rəqib seçdiz ki, 1:4 hesablı məğlubiyyətin əvəzini çıxasız?
- Xeyr. İlk üç turda qarşılaşmaq istədiyimiz komandalarla oynamaq istəyirdik. Bunlar "Keşlə", "Zirə" və "Sumqayıt"dı. Biri ilə artıq oynadıq. Növbəti matçda "Keşlə" ilə qarşılaşacağıq. Bu fasilə müddətində iki yoldaşlıq görüşü keçirməyi planlaşdırmışdıq. Bu üzdən “Zirə” ilə görüşmədik. Bizə yaxın rəqiblərdi və onlarla qarşılaşmaq bizim üçün maraqlıdı.
- Hesabdan başqa nədən narazı qaldız?
- Futbolçuların hərəkətsizliyindən. Bu da başadüşüləndi. Komandanı 4 günlük istirahətə buraxmışdıq, qayıdandan sonra əziyyətini çəkdik. Bu həftə fiziki hazırlığa diqqət yetirəcəyik ki, "Keşlə" ilə yoxlama matçına qədər tam hazır ola bilək.
- Aparıcı legionerləriniz Vitali Kvaşukla Marko Deviçi bilərəkdən oynatmadız?
- Kvaşuk zədəlidi, Cavid İmamverdiyev milinin düşərgəsindədi. Deviç isə burda deyil, ölkəsinə gedib. O, Ukraynada məşqçilik kurslarına qatılıb. A kateqoriyasını oxuyur.
- Deyəsən, 34 yaşlı forvard yavaş-yavaş məşqçiliyə başlamaq istəyir...
- Devic peşəkardı, məşqçilik oxuyur. Tədris müddəti üçgünlük olduğuna görə ona kurslara qatılmağa şərait yaratdıq.
“Kimyaçılar”ın çalışdırıcısı Nazim Süleymanov da oyunla bağlı fikirlərini bildirməklə yanaşı, suallarımızı cavabladı.
- "Sabah"ı hər dəfə udursuz. Yenə "Əlincə Arena", yenə "Sumqayıt" qalib gəlir... Demək olar ki, eyni ssenaridi. Əvvəlcə qol buraxırsız, sonra əzmkar qələbə qazanırsız.
- Bilmirəm, bəlkə təsadüfdü. Bu, yoldaşlıq görüşüdü və belə matçda çalışırıq ki, oynamayanlara şans verək. Gördüyünüz kimi, hər iki komanda belə futbolçularını meydana buraxdı. Həm ilk, həm də ikinci hissədə hər bir futbolçumuzun oynamasını istədik. Bəzi oyunçuları özünə yad olan mövqedə yoxladıq. Baxdıq görək ki, nə var, nə yox. Deyək ki, biz qələbə üçün çıxmışdıq, bu ümidlə... Düzdü, qələbə də yaxşı şeydi. Komandaya psixoloji planda əhval-ruhiyyə verir. Oyun pis keçmədi, Yaxşı, maraqlı oyun alındı. Rəqib də maraqlı futbol göstərdi. Zərbələri dirəkdən qayıtdı, qapıçı qurtarışları da oldu. Yoxlama oyunu olmasına baxmayaraq, zədələnənlər də oldu. Yəni meydanda yetərincə sərt mübarizə vardı.
- Yoxlama matçı olsa belə, "Sumqayıt"da mənzərə necədi? Gördüyünüz oyun sizi qane edir, ya yox? Hansı çatışmazlıqlar var?
- Çatışmayan çox şeylər var. Çatışmazlıq olmasaydı, burda olmazdıq, həyat öz axarıyla davam edərdi. Çatışmayan şeylər var və onun üzərində işləyirik. Gündən-günə məşqlərimizi daha yaxşı edirik ki, komanda formada olsun. Marafon yeni başlayıb. Hələ çempionatda 3 tur geridə qalıb. Gərgin oyunlar qabaqdadı.
- Həmkarınız Elşad Əhmədovdan fərqli, texniki zonada səsinizi heç eşitmirdik. Qarşılşamanı çox sakit tərzdə izləyirdiz. Əhmədov isə çox emosional idi...
- Yox, lazım gələndə qışqırırdım. Bəlkə səsimi eşitmirdiz (gülür).
- Söhbət tək bu gündən getmir. Premyer-liqa matçları zamanı da təmkinli görünürsüz. Sanki komandanızın oyunu sizi tam qane edir və kənardan müdaxiləyə ehtiyac duymursuz...
- Yox, hərdən müdaxilə lazımdı. Bir də görürsən ki, futbolçular tapşırıqları yaddan çıxarır, mövqeləri dəyişirlər. Meydanda çox şeylər olur. Sadəcə, qapıçı, mərkəz müdafiəçisi, mərkəz yarımmüdafiəçisi - oyun onların gözü önündə olur və meydanda onlar danışsa, daha effektli olar. Əlbəttə, baş məşqçi də kənardan nəsə deməlidi.
- Yeni hücumçunuz Atilla Yıldırımda nə çatışmır?
- Bu oyunda gördük ki, qol çatışmır. Buna baxmayaraq, qol imkanları yaratdı. Bu, yaxşı haldı. Ancaq qol olmadı. İlk hissədə iki təhlükəli epizod yaxaladı ki, fərqlənə bilərdi. Qol imkanı yaradırsa, deməli, yaxşıdı.
- İstifadə edə bilmirsə, bəlkə ustalıq səviyyəsi çatmır?
- Yox. Yəqin ki, zamana ehtiyac var. Komandamızda cəmi 2-ci oyunudu. İlk dəfə Qəbələdəki matçın ikinci hissəsində meydana çıxdı.
- Yəni hesab edirsiz ki, ustalıq səviyyəsi yetərincədi?
- Gəlin, bunu zamanın öhdəsinə buraxaq. Əlbəttə, onun istəyini, meydanda əzmkarlığını görürük. Sırf mərkəz hücumçusu axtrarırdıq. Bildiyiniz kimi, təlim-məşq toplanışında hücumçu Sərdar Sərdarov var idi, oyunu da onun üzərində qururduq. Ancaq komandamıza keçidi alınmadı. İndi bu hücumçu gəlib, lap yaxşı. İnşallah, yaxşı olar.
- "Sumqayıt"da hücumla yanaşı, digər problemli mövqe qapı idi ki, ora da "Keşlə"dən icarəyə götürdüyünüz Orxan Sadıqlı gəldi. Ancaq hələ də ona əsas heyətdə şans vermirsiz. Hətta yoxlama matçında da belə oldu. Belə çıxır ki, Mehdi Cənnətovdan daha çox razısız?
- Gəlin, tələsməyək. Birindən danışanda, o birini yaddan çıxarmayaq. Futbol kollektiv oyundu. Bəli, qapıçı axtarırdıq. Sağ olsun "Keşlə"nin rəhbərliyi, Orxan Sadıqlını bizə icarəyə verdi. Gəlin, Mehdi Cənnətovun da geridə qalan üç qarşılaşmada oyununu aşağı qiymətləndirməyək. Komandada sağlam rəqabət olmalıdı. Biz də bunun olmasını istəyirik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar