01 mar 15:47liqa, manset

AFFA əməkdaşlıq etdiyi əcnəbi mütəxəssisləri mövsümün sonunda Gəncəyə göndərəcək

AFFA əməkdaşlıq etdiyi əcnəbi mütəxəssisləri mövsümün sonunda Gəncəyə göndərəcək
Cabir İbrahimov: “Hacıkənddə işlər iqtisadi problemlər üzündən dayandırılıb”

Ölkədə böyük azarkeş ordusuna malik “Kəpəz”in Gəncədən qaçaq düşməsi cari mövsümdə ən çox müzakirə olunan mövzulardan biridi. Gəncəli fanatlar, demək olar ki, hər fürsətdəcə komandanın doğma şəhərdə məskunlaşmalı olduğunu dilə gətirir, paytaxta sığınan “sarı-göylər”in rəhbərliyindən bu dərdə çarə tapılmasını istəyirlər.
Ölkənin ən böyük ikinci şəhərinin stadion problemi, deyəsən, həll olunmaq üzrədi. Belə ki, yayılan xəbərlərə görə, mayda arenada təmir işlərinə start verilməsi gözlənilir. Yazılanlara inansaq, AFFA-nın maliyyə yardımı hesabına ingilis mütəxəssislər Gəncə stadionunun bostana bənzər meydanını qaşıyıb, əvəzinə yeni təbii örtük döşəyəcəklər.
Məsələ ilə bağlı daha ətraflı məlumat ədə etmək üçün “Kəpəz”in icraçı direktoru Cabir İbrahimovu aradıq. Cabir bəy söylənilənləri təsdiq etsə də, ətraflı məlumata sahib olmadığını bildirdi: “Bizi bu gün ən çox narahat edən məsələ meydanın durumudu. Etiraf edək ki, premyer-liqada çıxış edən komanda rəqiblərini belə bərbad vəziyyətdə olan meydanda qəbul etməməlidi. Ona görə də çalışırıq ilk növbədə bu çatışmazlığı aradan qaldıraq. Yenidənqurma işlərinə mövsümün sonunda start verilməsi gözlənilir. Məndə olan məlumata görə, bu məsələdə AFFA bizə yardımçı olacaq. Onların əməkdaşlıq etdiyi əcnəbi mütəxəssislər örtüyün yenisi ilə əvəzlənməsi üçün Gəncəyə gələcəklər. Görüləsi işlərlə bağlı ətraflı məlumatı martda verə bilərəm. Çünki hazırda o qədər də geniş informasiyam yoxdu”.
“Kəpəz”in Gəncədən didərgin düşməsinin daha bir səbəbi, yuxarıda qeyd etdiyimiz kimi, komandanın normal bazasının və məşq etmək üçün ehtiyat meydanın olmamasıdı. Yəni arenanın ot örtüyünün dəyişdirilməsi “sarı-göylər”in doğma şəhərə qayıtması problemini həll etməyəcək. Bundan başqa, stadionun tribunaları da o qədər də yaxşı vəziyyətdə deyil. Görəsən, təmir işləri zamanı qeyd etdiyimiz çatışmazlıqlar da aradan qaldırılacaqmı? İcraçı direktorun məsələyə reaksiyası belə oldu: “60 il öncə istifadəyə verilən və bu müddətdə əsaslı təmir olunmayan arenanın bütün problemlərini qısa vaxtda yoluna qoymaq qeyr-mümkündü. Bunun üçün ilk növbədə xeyli vəsait lazımdı. Klubun isə büdcəsi bəllidi. Bu maliyyə ilə klub rəhbərliyi bütün problemləri həll edə bilməz. Ona görə də belə məsələlər daha yüksək səviyyədə həll olunmalıdı. Azarkeşlərin narazılığını başa düşürük, ancaq onlar da bizim durumumuzu anlamalıdılar. Yalandan ora-bura boya sürtüb, bazaya yüngülvari əl gəzdirməklə özümüzü aldada bilmərik. Elitada çıxış edən komanda daha yüksək şəraitə malik olmalıdı. Meydanı normal vəziyyətə gətirəndən sonra başqa problemləri də tədricən yoluna qoymağa çalışacağıq”.
Xatırlayırsızsa, Gəncə təmsilçisi elitaya qayıtdıqdan sonra ölkənin ən səfalı yerlərindən biri olan Hacıkənddə “Kəpəz” üçün yeni təlim-məşq bazasının tikiləcəyi ilə bağlı söz-söhbət yayıldı. Hətta o vaxt “sarı-göylər”in icraçı direktoru Mehman Allahverdiyev qəzetimizə açıqlamasında bu xəbəri təsdiqləmiş, artıq tikinti işlərinə başlanıldığını söyləmişdi. Geridə qalan müddətdə ölkədə və Gəncədə bir çox yeni tikililər istifadəyə verilsə də, “Kəpəz”in bazasından səs-soraq çıxmayıb. Cabir bəylə söhbətdə bu məsələyə də toxunmağı lazım bildik: “Hacıkənddə kluba torpaq sahəsi ayrılıb. İlk vaxtlar müəyyən işlər görülsə də, sonradan ölkədə yaşanan iqtisadi problemlər üzündən dayandırılıb. Bizi indi ən çox düşündürən və qayğılandıran stadion məsələsidi. Bazaya maliyyə ayırmaq iqtidarında deyilik. Əsas problemimizi həll etdidkdən sonra ora diqqət ayıra bilərik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar