03 sen 13:43liqa

Samir Abasov legionerlərin nazı ilə oynamayacaq

Samir Abasov legionerlərin nazı ilə oynamayacaq
“Səbail”ə xəyanət edə bilərdim”
“Zirə”yə təyinatı gerçəkləşdiyi gün Samir Abasovla danışmaq istəmişdik. Lakin klubdan da bildirilmişdi ki, mütəxəssis cümə günü media nümayəndələri üçün birfinq keçirəcək. Sual-cavab saat 10.15-ə planlaşdırılmışdı, 10.30-da isə “qartallar”ın məşqi başlayırdı. Bəndəniz də daxil olmaqla 5 jurnalistin iştirak etdiyi birfinqə iki telekanal – “CBC Sport” və “Xəzər” də çəkiliş qrupu göndərmişdi. Komanda ilə ümumi söhbətdən sonra ilkin tapşırıqlarını verən Abasov ardınca jurnalistlərin suallarını cavabladı.
- Artıq yeni komandanızla məşqlərə başlamısız. İlk təəssüratınız necədi?
- Məşqlərə dünəndən başladıq. Üç futbolçumuz millilərdə olduğu üçün ümumi iclas keçirməmişik. Sadəcə, tanışlıq xarakterli görüşümüz oldu. Hazırlığa start verdik və təəssüratımız da normaldı, yaxşıdı. Hiss olunur ki, futbolçular can-başla məşq edirlər. Açığı, komandada uğursuz starta görə əhval-ruhiyyə problemi var ki, onu da inşallah, təxminən 15 günlük fasilədə aradan qaldırmağa çalışacağıq. Kollektivdə yerli və əcnəbi futbolçular var və çalışacağıq ki, ümumi dil tapaq.
- Müsahibələrinizin birindəı demisiz ki, Ayxan Abbasovla danışaraq, halallıq alacağam. Belə bir görüş oldu?
- Neçə gündü ki, Ayxan müəllimlə əlaqə saxlamağa çalışırıq. Ancaq alınmayıb, dedim, bəlkə başqa nömrəsi var. Bildiyimə görə və klubdan da mənə dedilər ki, burda deyil. Ən yaxın dostları ilə də maraqlanmışam. O gündən zəng edirik, ancaq əlaqə yarada bilməmişik.
- Ayxan müəllim artıq Bakıya qayıdıb...
- Burdadısa, mütləq danışacam.
- Hazırda “Zirə”də müdafiənin mərkəzində Adil Nağıyevlə Sadiq Quliyev kimi gənc futbolçular çıxış edir. İlk turlarda onların təcrübəsizliyi özünü göstərdi və hər iki matçda komanda iki qol buraxdı. Bu və digər mövqelərə transferlər, yeni legionerlər gözlənilir? Büdcə buna imkan verir?
- Problemlər var. Adını çəkdiyiniz müdafiəçilər zəif deyillər, amma daha da güclənmək və rəqabət yaratmaq lazımdı. Ancaq siz də bizi başa düşün, bütün çempionatlar başlayıb, avrokuboklarda qruplar bəllidi. Artıq komandalar komplektləşib, yaxşı oyunçuları götürüblər. Hər yoldan keçəni, çöldə qalanı kluba götürə bilmərik. Bununla həm öz limitimizi poza, həm də işimizə zərər gətirə bilərik. Çalışacağıq ki, ən yaxşı variantlara baxaq. Kənarda qalanı götürmək, qıraqda qalan legioneri cəlb edib, sonra bunun əziyyətini çəkmək istəmirik. Ola bilsin, qışda rəhbərliklə transferlərlə bağlı söhbət edib, danışacağıq. Lakin bu sonranın işidi.
- “Sumqayıt”da yalnız yerli futbolçularla işləmisiz. “Zirə”də isə legionerlər də var. Komanda ilə necə dil tapacaqsız?
- Dil tapacağıq, burda problem yoxdu. Burda bir dil var - futbol dili. Çalışacağıq ki, problem olmasın. Özümüzdə də problem yoxdu, xarici dil bilirik.
- Bunu o mənada nəzərdə tuturduq ki, ilk dəfə legionerləri olan komandada işləyəcəksiz. Şablon kimi səslənsə də, əcnəbilər yerlilərdən bir baş üstün olmalıdı. “Zirə”nin legionerləri yerli futbolçulardan nə dərəcədə güclüdü?
- Buna cavab versəm? düzgün olmaz. Çünki komanda artıq yığılıb. Belə bir komandanın olduğunu bilib bura gəlmişəm. İndi şikayət etmək, nəsə danışmaq düzgün çıxmaz. Əlimizdə olan futbolçularla işləyəcəyik. Adama deyərlər ki, istəmirdinsə, niyə gəlirdin? Legionerlərin də nazı ilə oynamaq fikrimiz yoxdu. Oynamayacaqlarsa, qapılarımız hər zaman açıqdı, belələrini göndərəcəyik.
- Klub rəhbərliyi tərəfindən qarşınıza hansı hədəflər qoyuldu?
- Bura gəlməyimin əsas səbəbi klub rəhbərliyi oldu. Həddən artıq ürəyəyatan, xoşagələn və futboldan anlayışı olan peəkar rəhbərliyimiz var. Danışanda görürəm ki, düzgün və uzaqgörən fikirləri var. Bu dəqiqə desəm ki, hədəf budu, düzgün çıxmaz. Çünki qarşımıza hədəflər qoyulmayıb. Sadəcə, hər oyuna çıxıb, udmalıyıq. Avropa Liqasına vəsiqə qazanmaq şərt olmasa da, burda iştirak etmək hüququ qazanmaq lazımlıdı.
- “Sumqayıt”dan ayrılandan sonra “Qəbələ” ilə müqavilə imzalayacağınız deyilsə də, hazırda “Zirə”dəsiz. Gedişatın gözlədiyiniz kimi olmadığını deyə bilərik?
- Açığı, “Qəbələ” rəhbərliyi ilə ünsiyyətim, danışığım olmamışdı. Bu, həqiqətən də baş verməyib. Sadəcə, mətbuatda bu haqda xəbərlər dolaşırdı və buna da normal yanaşıram. Çünki kənarda qalan məşqçilərin adları klublarla hallanır. O dönəmdə də mən işsiz idim, “Qəbələ”də baş məşqçi yox idi. Ən çox adı hallananlardan biri mən olsam da, klubla görüşümüz olmayıb. Çoxları deyirdi ki, işsiz qalmağım çox çəkməz. Görünən odu ki, düzünü dedilər, 2 ay keçdi və yeni işdəyəm.
- Məşqçilik üçün xaricə gedə biləcəyinizi də demişdiz...
- Demişdim...
- Ora yollanmağınıza nə mane oldu?
- Reallıq var. Azərbaycanlı məşqçilər Avropada reytinqli deyillər. Klublar daha çox İspaniyadan, Xorvatiyadan və digər futbol ölkələrindən mütəxəssislər götürürlər. Sən nə qədər güclü və savadlı olsan da, real vəziyyət belədi. Sənə orda qucaq açan yoxdu, özün ora getmək üçün yollar tapmalısan. Tutaq ki, bunu agent vasitəsilə etməlisən. Mən də menecerlərə müraciət etmişdim, bu gün olar, sabah olar, günü bu gün də çalışırlar, işləyirlər. İnşallah, belə variant olsa, “Zirə” rəhbərliyi də etiraz etməz. Amma bunu da zaman göstərər.
- “Səbail”lə də danışıq aparmışdız və bu klubun təklifini qəbul etməmişdiz. Maraqlıdı ki, onların büdcəsi “Zirə”ninkindən daha çoxdu. Niyə belə seçim etdiz?
- Büdcə məsələsini araşdırmamışdım, necə olduğunu bilmirəm. “Səbail”də çox super rəhbərlik var. Sadəcə, həmin dönəmdə, necə dəyərlər, məndə artıq “qazan qaynamışdı”. “Sumqayıt”da yorulmuşdum və dincəlmək istəyirdim. Yeni nəfəslə çalışmaq istəyirdim. Tam gücümlə çalışmamaqla “Səbail”ə xəyanət edə bilərdim. Doğrudan da fikirlərim dağılmışdı, başım şişmişdi, nə edəcəyimi bilmirdim. Ona görə də təklifi qəbul etmədim. Bu, sırf mənim seçimim oldu. “Səbail”lik nəsə yoxdu. O klubda hər şey yaxşı idi, mənə də hər cür şərait yaradacaqdılar. Dediyim səbəblər üzündən “yox” cavabı verdim.
- Az öncə də qeyd etdik ki, “Zirə”də artıq məşqlərə başlamısız. Bu komandada legionerlər də var. Ab-havanı da hiss etmisiz. Legionerlərlə işləmək çətindi, yoxsa yalnız yerli futbolçular olan kollektivdə?
- Yerlilərlə bir qədər rahatdı, çünki ümumi dildəsən. Legionerlər isə kənardan gəlib. Yerli futbolçular sənin komandanda olmasa da, kənarda tanıyırsan, necə insan olduğuna bələdik, lazımi məlumatları toplaya bilirik. Əcnəbi futbolçuları isə yalnız video vasitəsilə tanıyırıq. Düzdü, klubunda 3-4 nəfər agentin olsa və legionerlərin oyununa daim baxsan, həyat tərzini yaxından izləsən, daha rahat olar. Amma bizdə bura gələndən sonra onları daha yaxından tanımaq olur. Nə qədər legionerlər olub ki, problemləri çıxıb. Həyat tərzini və ya bizi bəyənməyiblər. Əcnəbi oyunçularla işləmək çətindi.
- Yeri gəlmişkən, sabiq “Qarabağ”lı kimi bu komandanın Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı fikirləriniz də maraqlıdı. Komandanın bu uğurunu necə qiymətləndirirsiz?
- Demişdim ki, “Qarabağ” cavab matçında rahat qalib gələcək və qrupa düşəcək. Hesab da böyük olacaq. Hətta jurnalistlər mənə sual vermişdi ki, ilk görüşdə qapıya zərbə olmadığı halda buna əminsiz? Dedim ki, bəli. “Qarabağ” formalaşmaqdadı, dirçəlişdədi. Yeni futbolçuları var və get-gedə daha yaxşı uyğunlaşırlar. Azərbaycan komandasıdı və əlbəttə, sevinirik. Zamanla daha yaxşı “Qarabağ” görəcəyik.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar