31 avq 16:59liqa

Üç turda görünən nöqsanlar: hərənin bir dərdi var

Üç turda görünən nöqsanlar: hərənin bir dərdi var
Yalnız “Qarabağ” ümid verir
Yığmanın Millətlər Liqası çərçivəsində Kosovo və Malta ilə keçirəcəyi oyunlar bəzi premyer-liqa təmsilçiləri üçün göydəndüşmə oldu. Yay fasiləsindən lazımınca yararlana bilməyən və legionerlərə gec qovuşan komandalar üçhəftəlik fasilədən maksimum yararlanmağa çalışacaq. İmkanları ilə topladığı xal uzlaşmayan “Keşlə”, yeni baş məşqçi ilə anlaşan “Zirə”, ilk qələbəsini 3-cü turda qazanan “Səbail” və problemlərin olduğu aşkar görünən “Qəbələ” fasilədə əyər-əskiklərini düzəltməlidi. Fasilə, demək olar, bütün komandalar üçün göydəndüşmə oldu. Çünki hər birinin yaydan qalan nöqsanları var.
Neftçi
7 xalla lider kürsüsündə əyləşən “ağ-qaralar”ın yay toplanışından məharətlə istifadə etdiyini deyə bilərik. Roberto Bordinin kollektivin başına vaxtında keçməsi və Avroliqa macərasının başlamamış bitməsi çempionata istənilən səviyyədə hazırlaşmağa kömək etdi. İtaliyalı mütəxəsissin dönəmində cəlb olunan yerli və əcnəbi futbolçuların komandaya uyğunlaşdığını deyə bilərik. Bu mənada yoldaşlıq görüşlərinin ciddi təsiri oldu. Bakılıların çempionata nə dərəcədə hazır olduğunu turnir cədvəlindəki mövqeyi göstərir. “Sumqayıt”ı məğlub edən “ağ-qaralar” iki əsas rəqibindən “Qəbələ”ni udmağı bacardısa, “Qarabağ”la rəqib meydanında heç-heçəyə razılaşdı. Komandanın hücum potensialı yetərincə yaxşıdı. Yəni qol vurmağı bacarırlar. Hər halda, 3 oyuna 5 qol pis göstərici deyil. Amma müdafiə xəttindəki anarxiya hələ də həllini tapmayıb. Xüsusilə “Qəbələ” və “Qarabağ” kimi rəqiblərlə qarşılaşmalarda arxa xətdə yol verilən nöqsanlar aşkar görünürdü. “Neftçi”nin bəxti gətirməsəydi, bəzən də rəqib oyunçular dəqiq oynasaydı, indi “buraxılan toplar” xanasında 2 yox, daha böyük rəqəm yazılacaqdı. Bordin fasilə dönəmində müdafiə xəttində yer alanlara dərs keçməlidi.
Və ən vacib məqam - müdafiənin mərkəzinə yeni futbolçunun alınması. Ruslan Abışovun zədələnməsi, Kiril Petrovun zədəyəmeyilli olması, Slavko Braliçin isə güvənli biri olmaması transferi şərtləndirir.
Sabah
Bu komanda 2015-in yayında çempionatda debüt edən “Zirə”ni xatırladır. O vaxt zirəlilərin heç nə ilə yadda qalmayacağı, ortabab futbolçularla papağını günə yandıracağını təxmin edirdik. Lakin sonluq fərqli oldu. “Qartallar” ardıcıl iki mövsüm avrokuboklara vəsiqə qazandı. Təxminən eyni vəziyyət “tələbələr”də müşahidə olunmaqdadı. Premyer-liqada iştirak edəcəyinə son anda qərar verilən, tez-tələsik yeni baş məşqçi və futbolçularla müqavilə bağlayan komandanın 3 turdan sonra 6 xal toplayıb 2-ci pillədə yer alacağı heç kimin ağlına gəlməzdi. Daha bir maraqlı məqam budu: “Sabah” cari mövsümdə 4 qol vurub ki, hamısının müəllifi eyni futbolçudu – Marko Deviç. Bu isə o deməkdi ki, kollektivin hücumla bağlı problemi yoxdu. Rəqibi azlıqda tutanda əks-hücum qurmağı və fərqlənməyi bacaran debütantın əsas üstünlüyü sürətdi. Cinahlarda Bəxtiyar Soltanovla Elşən Abdullayev, yarımmüdafiədə Vitali Kvaşuk sürəti və texnikası hesabına rəqiblərə başağrı yaradır. Amma daha bir hücumçunun alınması mütləqdi. Sabah Deviç zədələnsə, komanda Tural Qürbətovun ümidinə qalacaq. Onsuz da heyətdə cəmi 6 əcnəbi var. Daha birinin alınması artıqlıq etməz.
Elşad Əhmədovun görməli olduğu iş müdafiə xəttinə əl gəzdirməkdi. “Sabah” 4 oyunda bu sayda top vurubsa, bir o qədərini də buraxıb. Xüsusilə “Sumqayıt”la görüş arxa xətdə nöqsanların olduğunu göstərdi.
Qəbələ
Roman Qriqorçukun boşaltdığı posta sahib çıxan Sənan Qurbanov üçün mövsümün yaxşı başladığını demək olmaz. İlk turda yarımcan “Səbail”i udan bölgə təmsilçisi səfərdə “Neftçi”yə uduzub, evdə “Sumqayıt”la heç-heçə etdi. İnsaf naminə, “qırmızı-qaralar”ın “ölü” təsir bağışladığını deyə bilmərik. Komanda kifayət qədər “diridi” və hər oyunda qol imkanları yarada bilir. Ən böyük problem hücumların məntiqi sonluğa çatdırılmamasıdı. Düzdü, “Qəbələ”nin hesabında 5 top var. Amma nəzəri cəhətdən say 10-15 olmalıydı. Hücum xəttində “vuran ayaq” problemi özünü göstərir. Qriqorçukun dönəmində qalan “xəstəliyə” hələ də çarə tapılmayıb deyə bilərik. Top rəqibin cərimə meydançasına qədər gətirilir və hücum “qırılır”, yaxud da qapı qarşısına ötürmə edilir, vuran tapılmır.
Sənan bəy limiti doldurmaq haqda ciddi düşünməlidi. Bəhlul Mustafazadəyə müdafiənin mərkəzi kimi həssas mövqeyi tapşırmaq böyük riskdi. Üstünlüyü Roman Hüseynova, Qismət Alıyevə, yaxud başqa birinə verməlidi. “Arxa”nın mərkəzi isə Ramaldanovla Stankoviçin ixtiyarında olmalıdı.
Sumqayıt
Nazim Süleymanova inanmayanlar indi barmağını dişləyir. İndiyə qədər məşqçi kimi ciddi uğura imza ata bilməyən ötənlərin məşhur futbolçusu sumqayıtlı azarkeşlər üçün maraqlı komanda formalaşdırmağı bacarıb. Heyətdə xeyli sayda təcrübəli futbolçunun yer alması oyun planında özünü göstərir. Hücumdan başqa bütün mövqelərdə “ağsaqqal” tapmaq olar. Bir tərəfdən yaxşıdı, digər tərəfdən pis. Yaxşı tərəfini izah etməyə gərək yoxdu. Pis cəhəti odu ki, komanda xüsusilə ikinci yarının sonlarında ağır təsir bağışlayır. Düzdü, “Qəbələ”nin qapısına son dəqiqələrdə yol tapdılar. Amma bu heç də hansısa sürətli əks-hücumun nəticəsi deyildi.
Süleymanov ilk növbədə futbolçuların fiziki hazırlığının qayğısına qalmalı, “Sumqayıt”ın sürəti artırması yönündə çalışmalıdı. O ki qaldı heyətin güclənməsinə, bəli, buna ehtiyac var. Amma hazırkı vəziyyətdə legioner hücumçu almaq mümkün deyil. Yerlilər arasında isə belə biri yoxdu.
Qarabağ
Cəmi 2 oyuna çıxıb 4 xal qazanan son 5 ilin çempionunda nöqsan axtarmaq dünya gözəlində eyib axtarmağa bənzəyir. Bəli, ağdamlıların avrokubok oyunları üçün kifayət qədər düzəlməsi vacib səhvləri var. Amma eyni sözləri çempionat üçün demək çətindi. Heyət baxımından vəziyyətləri güldü. Bütün komandaların həsəd apara biləcəyi heyətə, futbolçulara sahibdilər. Oyun planında da əyər-əskiklik nəzərə çarpmır. 2 oyunda 3 top vurub, qapılarından cəmi birini buraxıblarsa, əlavə şərhə ehtiyac qalmır. Çempionluğa iddia edən “Neftçi”ylə görüş bir daha “köhlən atlar”ın rahat çempion olacağını ortaya qoydu. Təsəvvür edin, “Qarabağ” 7-8 əsas heyət oyunçusu olmadan hesabda geri düşdüyü oyunu heç-heçə başa vurmağı bacardı. Üstəlik, xeyli sayda qol imkanını boşa verdi. “Neftçi” isə rəqibin hücuma atılmasından istifadə edib əks-hücumlarda fərqlənməyə çalışırdı. Qurban Qurbanovun üzərinə düşən yeganə vəzifə bir neçə yerə parçalanan “Qarabağ”ın futbolçularını psixoloji cəhətdən çempionata hazırlamaqdı.
Səbail
Kifayət qədər təcrübəli yerli və keçmişi parlaq olan futbolçulardan qurulan “dənizçilər”in ən böyük problemi komandanın yenilənməsidi. Bunun nəticəsidi ki, bütün mövqelərdə “axsama” müşahidə olunur. Lap dəqiq desək, anlaşma istənilən səviyyədə deyil. “Qəbələ”ylə səfər qarşılaşmasında vəziyyət olduqca acınacaqlı idisə, “Qarabağ”la görüşdə nisbətən inamlı komanda izlədik. “Keşlə”ylə matçda isə Aftandil Hacıyevin yetirmələri çoxlarının gözləmədiyi halda qələbə qazanıb, vəziyyətin düzəlməyə doğru getdiyinə işarə vurmuş oldu. Ən böyük problem komandada oyun qurucusunun olmaması idi ki, Yevgeni Koçukun gəlişi ilə bu çətinliyin aradan qalxdığını deyə bilərik. Fasilə dönəmində “Səbail”in əsas işi azı iki-üç yoldaşlıq görüşü keçirməkdi. Belə olduğu halda futbolçular arasında anlaşma səviyyəsi yaxşılaşacaq. Xüsusən də müdafiə xəttindəkilər bir-birinin oyununa yaxından bələd olmalıdı. 3 oyuna 6 qol buraxmaq yaxşı göstərici sayıla bilməz.
Keşlə
Təxminən eyni sözlər bu komandaya da aiddi. Mladen Milinkoviçin kollektivə gec qoşulması açıq-aşkar özünü göstərir. Baş məşqçi oyun fəlsəfəsini futbolçulara yeridə bilməyib. Meydanda top dalınca qaçanların serbiyalı çalışdırıcının onlardan nə tələb etdiyini nöqtə-vergülünə qədər qavraya bilməməsi göz qabağındadı. Zarafat deyil, ötən mövsüm kuboku başı üzərinə qaldıran “qırmızılar” qapısının toxunulmazlığını qoruya bilməyib. Nəticədə 3 oyunda qapılarında 5 top görüblər. Milinkoviçin “5-li” müdafiəni “4”ə çevirməsi istər-istəməz özünü göstərir. Bir başqa məqam Adrian Skarlatakeni ehtiyatda saxlamasıdı. Halbuki çiyinlərində illərin təcrübəsini daşıyan rumın müdafiəçi arxa xətdə Denis Silva ilə tandem təşkil etməlidi. Və başqa bir nöqsan komandanın hücumlar zamanı nə etmək istədiyini bilməməsidi. Problemlər kifayət qədərdi, onları aradan qaldırmaq üçün isə vaxt var.
Zirə
“Qartallar” haqda uzun-uzadı danışmağın mənası yoxdu. Ayxan Abbasovun əvəzinə yeni baş məşqçi gəlib ki, Samir Abasov işə sıfırdan başlamalıdı. Nələri dəyişəcəyi isə futbola baxış bucağından asılıdı. Bu gün “Zirə”nin ən böyük bəlası komandada qalib ruhunun ölməsi, yəni psixoloji yüklənmənin olmasıdı. Abasov onsuz da heyətə əl gəzdirə bilməyəcək. Əsas işi oyun fəlsəfəsini aşılamaq və dediyimiz kimi, futbolçuları bu ilin qışından davam edən uğursuzluq sindromundan çıxarmaqdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar