30 avq 18:10liqa

Ayxan Abbasov istefa verdi

Ayxan Abbasov istefa verdi
“Zirə” Samir Abasova tapşırıldı
Yeni mövsümdə ilk baş məşqçi istefası dünən “Zirə”də gerçəkləşdi. Klubun saytında yer alan xəbərdə deyilir ki, Ayxan Abbasov öz istəyi ilə komandadan ayrılıb. Srağagün klub rəhbərliyi ilə görüşən gənc mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək, istefasının qəbul olunmasını xahiş edib. Abbasov qəsəbə təmsilçisinə yeni nəfəsin vacib olduğunu bildirib. Bunları nəzərə alan rəhbərlik onun istefasını qəbul edib. Onu da qeyd edək ki, Abbasovun istefası o qədər də təəccübləndirmədi. Doğrudan da, “Zirə” mövsümə heç də yaxşı start verməyib. İlk turda “Qarabağ”la oyun təxirə salındısa, sonrakı iki görüşdə “qartallar” cəmi 1 xal qazana bildi. “Keşlə” ilə oyunda 2 top fərqi ilə hesabda öndə olan qəsəbə təmsilçisi sonda heç-heçəyə razılaşdı. Daha sonra bu komanda çempionatın debütantı “Sabah”a 2 cavabsız qolla məğlub oldu. Beləcə “Zirə” yığmalara görə yaranan fasiləyə turnir cədvəlinin sonuncu pilləsində yollandı. Dünən isə Abbasovun istefa verdiyi açıqlandı.
Qışdan başlayan problem
Yadınızdadısa, “Zirə”də problemlər ötən qış fasiləsindən sonra başladı. Sanki Təmkin Xəlilzadənin komandanı tərk etməsi qəsəbə təmsilçisi üçün eniş rolunu oynadı. Hərçənd Abbasov bir neçə dəfə “Zirə”nin bir futbolçudan asılı olmadığını dilə gətirib. Lakin hadisələrin axarı bunun əksini göstərdi. Bir sözlə, ötən mövsüm qış fasiləsinə turnir cədvəlinin 2-ci pilləsində yollanan “Zirə” mövsümün ikinci yarısında özünə bənzəmədi. Uzun müddət davam edən uğursuz seriya komandanı Avroliqadan kənarda qoydu. Düzdü, “qartallar” son turlarda bir qədər toparlandı və beynəlxalq arenaya vəsiqə şansını saxlayırdı. Ancaq ölkə kubokunun finalında qeydə alınan nəticə “Zirə”nin ardıcıl 2-ci mövsüm Avroliqadan kənarda qalmasını rəsmiləşdirdi. Hələ ötən mövsümün ikinci yarısında azarkeşlər bir neçə dəfə Ayxan bəyi istefaya səsləmiş, lakin rəhbərlik çalışdırıcını dəstəklədiyini açıqlamışdı. Yeni mövsümə uğursuz start ayrılıq üçün əsas səbəb oldu. Görünür, bu dəfə rəhbərlik də baş məşqçini fikirindən daşındırmağa o qədər də həvəsli olmayıb.
Heyət problemi
Əslində “Zirə”də heyətlə bağlı problemlər var. Mövsüm başa çatandan sonra komandanı 10 futbolçu tərk etdi. Halbuki onlar arasında komandanın lider oyunçuları da var idi. Bu mənada Milan Duriç, Riçard Qadze, Yovan Krneta və Viktor İbokoyinin adını çəkə bilərik. Fakt budu ki, adı çəkilən futbolçuların hər biri öz mövqeyinin lideri idi. Xüsusən Qadze ilə Duriçin “Zirə” üçün hansı əhəmiyyətə malik oyunçular olduğunu xatırlamaq kifayətdi. Gedənlərin əvəzində yeni transfer edilənlər hələ ki effekt vermir. Onlardan yalnız Pərdis Fərcad-Azadı fərqləndirmək olar. Dərd burasındadı ki, Pərdis də son oyunu zədə üzündən buraxdı. Bilal Hamdi, Dilan Duventru, Miloş Radivoyeviç haqda isə müsbət sözlər demək çətindi. Adı çəkilənlər hələ ki xüsusi nə iləsə diqqəti çəkməyib və yerli oyunçulardan ciddi mənada fərqlənmir.
Gedişinə eyham vurmamışdı
Maraqlıdı ki, “Sabah”la oyundan sonra Abbasov istefaya işarə vurmamışdı. Bəlkə də həmin oyundan sonra nəticələrlə bağlı baş məşqçi ilə rəhbərlik arasında söhbət olub. Abbasov hansısa tələblərdə bulunub və ən əsası yeni futbolçulara ehtiyacın olduğunu dilə gətirib, lakin rəhbərlikdən onun fikrinə isti yanaşılmadığını görüb və qərarını verib. Düzdü, bunlar ehtimallardı. Ancaq “Sabah”la görüşdən sonra baş məşqçinin səsləndirdiyi fikirlər arasında istefa məsələsi yer almamışdı. Əksinə, Abbasov fasilədə çatışmazlıqları aradan qaldılrmağa çalışacaqlarını demişdi: “Zirə”də olduğum müddətdə ən zəif, ən “dişsiz” komandanı gördüm. Səhvlərimiz çoxdu, fasilədən istifadə edib onları aradan qaldırmağa çalışmalıyıq. Bu gündən sonra transfer etmək çətindi. Az vaxt qalıb. Bəlkə istədiyimiz futbolçu çıxsa, ola bilər. Lakin bu elə də real görünmür. Çempionatın əvvəlidi. Mövsümdən öncə demişdim ki, çox çətin olacaq. Komandalar bir-birinə yaxın gücdədi. Hər komandada istək var. Rahat kimisə məğlub edə bilmərik. Maksimum istək olmalıdı. Fasilədən istifadə etməliyik. İki gün istirahətdən sonra bu oyunu da təhlil edəcəyik”.
Göründüyü kimi, Abbasov fasilədən istifadə edəcəklərini dilə gətirmişdi. Nəticələr “istefa”nın əsas səbəbi olsaydı, elə oyundan dərhal sonra mütəxəssis komandadan getdiyini açıqlayardı. Deməli, bu məsələdə başqa nüanslar da var.
Abbasov komandasını hazır sayırdı, ancaq...
Bildiyiniz kimi, hər mövsüm ərəfəsində premyer-liqa iştirakçılarının baş məşqçiləri arasında anket-sorğu aparırıq. Onlara “toplanışdan nə qədərəcədə razı qaldız”, “istədiyiniz transferləri gerçəkləşdirə bildiz” və “komandanızı çempionata neçə faiz hazır sayırsız” suallarını ünavnlayırıq. Maraq üçün Ayxan bəyin həmin suallara verdiyi cavabları da yada salaq: “Ötən yayla müqayisədə bu il vaxtımız çox oldu. Ötən il avrokuboklarda iştirak edirdik deyə, müəyyən təzyiq altındaydıq, işləri qısa vaxt ərzində yoluna qoymalıydıq. Bu il isə kifayət qədər zamanımız oldu. Futbolçuların dincəlmək üçün lazımınca vaxtı oldu. Artıq ilk məşqlərdə hiss edirdim ki, futbol üçün darıxıblar, həvəslidilər. Öncədən müəyyənləşdirdiyimiz plan üzrə hazırlaşdıq. Həm Bakıdakı, həm də Türkiyədəki toplanışlar ürəyimizcə oldu. Yoldaşlıq görüşlərində səhvlərimizi gördük və aradan qaldırmağa çalışdıq. “Qarabağ”la oyunun təxirə salnması qalan əyər-əskikləri aradan qaldırmaq üçün bizə əlavə bir həftə qazandırdı... Mövsüm başa çatandan sonra xeyli sayda futbolçuyla, xüsusən də legionerlərlə yolları ayırdıq. Qısa vaxt ərzində bir çox futbolçunu gözdən keçirdik. Özünüz də bilirsiz ki, əcnəbi futbolçu transferi çox çətindi. Olduqca diqqətli olmağa məcbursan. Hər biri haqda xeyli məlumat toplayandan sonra transferlərin həyata keçməsinə qərar verdik. Ümid edirəm ki, komandaya köməkləri dəyəcək. İki mövqedə boşluq var ki, yaxın zamanda onu da həll etməyə çalışacağıq... Faizə bölmək istəməzdim. Onu deyə bilərəm ki, mübarizəyə başlamağa hazırıq. Əlbəttə, çempionatın ilk turları hər bir komanda üçün çətin olacaq. Yeni gələn legionerlərin uyğunlaşması vaxt aparacaq. Əsas odu, fiziki və taktiki-texniki cəhətdən hansısa problem görmürəm”.
51-də dayandı...
Bu istefa ilə "Zirə"nin 4 ilik tarixində 3-cü baş məşqçinin erası başa çatdı. 2014/15 mövsümündə birinci divizionda çıxış edən "qartallar"ı Bəhram Şahquliyev çalışdırırdı. Ardınca premyer-liqada debüt mövsümündə gümüş medal qazanan “qartallar”ın "sükanı arxasında” Adil Şükürov idi. Yeri gəlmişkən, Abbasov onda baş məşqçinin köməkçisi funksiyasını yerinə yetirirdi. 2016/17 mövsümünün ilk yarısında “Zirə”nin əvəzedicilərini çalışdıran Abbasov 2017-ci il yanvarın 29-da əsas komandanın “sükanı arxasında” debüt etdi. Həmin görüşdə qəsəbə təmsilçisi AZAL-la ev oyununda 2:1 hesablı qələbə qazandı. Bu isə o deməkdi ki, premyer-liqa oyunlarında “Zirə”yə iki mütəxəssis rəhbərlik edib. Şükürovun baş məşqçiliyi altında 50 görüşə çıxan qəsəbə təmsilçisi Abbasovla 44 dəfə çempionat matçında qüvvəsini sınayıb. 37 yaşlı mütəxəssis, ümumiyyətlə, "qartallar"ı 51 qarşılaşmaya çıxarıb. Qalan 7 matçdan 3-ü ölkə kuboku, 4-ü Avropa Liqası qarşılaşması olub. Yeri gəlmişkən, Ayxan bəy adını klub tarixinə yazıdra bilib. O həm “Zirə”ni AL çərçivəsində meydana çıxaran ilk çalışdırıcıdı, həm də debüt mövsümündə komandası mərhələ adlayıb. Xatıraladaq ki, “qartallar” Avroliqanın 1-ci mərhələsində “Differdanj”ı (Lüskemburq) keçsə də (2:0, 2:1), 2-ci mərhələdə “Astra” (Rumıniya) səddinə ilişmişdi (1:3, 0:0). Abbasovun rəhbərliyi altında 51 matça çıxan zirəlilər 22 qələbə qazıb, 16 heç-heçə edib və 13 dəfə uduzub. Bu müddətdə rəqib qapılarından 82 top keçirən komanda 49 qol buraxıb.
Abbasovu Abasov əvəzlədi
Artıq “Zirə”nin yeni baş məşqçisi də məlumdu. Doğrudu, bu posta bir neçə namizədin adı çəkilirdi. Təbii, hazırda işsiz mütəxəssislərin sayı kifayət qədərdi: Arif Əsədov, Tərlan Əhmədov, Samir Abasov, Şahin Diniyev, Elxan Abdullayev… Ancaq komanda Samir bəyə tapşırıldı. Ötən il “Sumqayıt”ın “sükanı arxasında” olan çalışdırıcı ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Hər halda, Abasovun çiynini ağır yükün altına verdiyi birmənalıdı. Yuxarıda qeyd etdiyimiz kimi, heyətlə bağlı problemlər var. İlk turlardakı nəticənin komandada psixoloji problem yaratdığı da sirr deyil. Odu ki, Samir bəyi “Zirə”də heç də asan işin gözləmədəyini deyə bilərik.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar