29 avq 23:44liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...spreyi...

“Qarabağ” – “Neftçi” oyununu hələlik çempionatın bəzəyi adlandırmaq olar. Çox güman, mövsümboyu ən gərgin oyunlar çempionluğa iddia edən bu komandalar arasında baş tutacaq. Belə vəziyyətdə hakimlərin işini yüksək qiymətləndirmək lazımdı. Ölkənin üzdə olan hakimi Əliyar Ağayevin fit çaldığı qarşılaşmada idarəçiliklə bağlı nöqsan yaşanmadı. Təcrübəsindən yararlanan Ağayev doğru qərarları ilə alqış qazandı desək, yanılmarıq.
Lakin 67-ci dəqiqədə Ömər Buludov Dario Federikonun əvəzinə meydana çıxarkən maraqlı hadisəyə şahidlik etdik. Belə ki, dördüncü hakim Rauf Cabbarov spreyi Ömərin vasitəsi ilə Əliyara göndərdi, baş hakim isə maye dolu qabı üstünə bərkitdi. Həmin an nə baş verdiyi anlamaq mümkün olmadı. Başa düşə bilmədik ki, Ağayev fasilədən sonra spreyi unutmuşdu, yoxsa özündəki qab boşaldığından yenisinə ehtiyac duymalı oldu. Rauf Cabbarovla əlaqə saxladıqda əsl səbəbi öyrənə bildik: “Unutqanlıqdan söhbət gedə bilməzdi. Əliyar təcrübəli referidi, belə nöqsana yol verməz. Sadəcə, qaçanda sprey düşmüşdü. Bərkidən yeri möhkəm olmadığına görə bəzən hakimlər belə hallarla qarşılaşırlar. Hərəkətdə olursan, fikrin oyunda olur və qabın düşməsinə xüsusi diqqət yetirmirsən. Futbolçulardan hansısa biri spreyi meydanın kənarına atmışdı. Sonradan Əliyar qulaqcıq vasitəsi ilə vəziyyəti mənə çatdırdı, mən də öz növbəmdə spreyi götürüb ona göndərdim. Hər bir hakimin başına gələ biləcək normal haldı. Sabah mən də eyni aqibəti yaşaya bilərəm”.
...etirazı...
Kamran Ağayevi yaxından tanıyanlar xarakterinə bələddi. Bu adamın öz dünyası var. Nə vaxt nə edəcəyini bilmək olmur. Bəzən sakit davranır, bəzən əsəblərinə hakim ola bilmir. Vay o günə ki, komandası uğursuzluq zolağına düşə. Təcrübəli futbolçu kimi təmkinli davranmaq əvəzinə, hisslərə qapılır, aqressiv davranır.
Açılış turunda “Sabah”a məğlubiyyət Kamrana o dərəcədə təsir etmişdi ki, çıxış yolunu hakimin final fitindən sonra komanda yoldaşlarının qarasınca deyinməkdə görmüşdü. Bu dəfə komandası “Səbail”ə uduzdu ki, Ağayev yenə diqqətləri üzərinə çəkdi. Oyunun son saniyələrində hər kəsin gözü qarşısında əlcəklərini çıxarıb, yerə çırpdı və yenə dodaqlarının altında nəsə danışmağa başladı. Hərəkətinin konkret kimə ünvanlandığını anlaya bilmədik.
Təcrübəli qolkiper addımını bu cür şərh edib: “Əlcəklərimi pis mənada və ya etiraz əlaməti kimi çıxarmamışam. Yadınızdadısa, Portuqaliyanın hansısa oyununda qapıçı Rikardo əlcəklərini çıxarıb penalti seriyasında qapıda dayanmışdı. Mən də əlcəyimi çıxardım ki, artıq bu mənə lazım deyil. İrəli gedib qol vurmaq lazımdı. Əlimdən yox, ayağımdan istifadə etməliyəm. Komandama qol lazım idi. Baxıram ki, kimsə ağzına gələni yazır. Başlıq qoyurlar ki, xəbər oxunsun. Sosial şəbəkələrə baxıram, ağızlarına gələni yazırlar. İndi gedib onları bir-bir tapıb nəsə demək də olmur və buna görə baş qoşmuram. Bilirsiz, onları yazanların əksəriyyəti qohum-əqrəbasında futbolçu olub milliyə düşməyənlərdi. Ona görə də paxıllıq edirlər, baltalayırlar. Olmaz belə. Biz də Azərbaycanı təmsil edirik, azərbaycanlıyıq. Bu cür karyera qurmuşuq ki, kimsə ağzına gələni yazsın? Lazım deyil”.
...hədiyyəsi...
İlyarımdı fəaliyyət göstərən sport24.az saytı etdiyi yeniliklə baş məşqçilərin üzünü güldürməyi bacarır. Söhbət premyer-liqa təmsilçilərini çalışdıranlara tort hədiyyə olunmasından gedir. Sabiq “Futbol+”çilər Ceyhun Əliyevlə Mehman Süleymanov hələ ötən mövsümün sonlarında “Səbail”in sabiq çalışdırıcısı Samir Əliyevi “Qəbələ”ylə səfər qarşılaşmasından sonra sevindirmişdi. Cari mövsümdə isə ilk təbrik etdikləri həmin komandanın yeni baş məşqçisi Aftandil Hacıyev oldu. Hesabat turunda Ayxan Abbasov hədəf seçilmişdi. Avqustun 25-də 37 yaşını tamamlayan “Qarabağ”ın sabiq futbolçusuna sport24.az saytının tortu hədiyyə olundu.
Burda maraqlı məqam Ayxan bəyin indiyəqədərki ad günlərində tortla təbrik olunub-olunmamasıdı. Hə, bir də həmkarlarımızdan bu cür təbrik gözləyib-gözləməməsi. Və ən əsası, verilən tortu harda və kimlərlə kəsməsi. Abbasovu dinləyək: “Uşaq yaşlarındakı ad günülərini xatırlayıram. O vaxt tort hədiyyə edərdilər, kəsərdilər. Amma son illərdə belə bir şey olmamışdı. Açığı, özüm də ad günü qeyd etməyə həvəsli deyiləm. İnanırsız, bu dəfə ad günümün olduğunu Belarusda yaşayan həmkar dostlarım təbrik edəndə xatırladım. Başımız oyuna qarışmışdı deyə, ad günü-filan yadıma düşmürdü. Açığı, həmkarlarınızın addımı da mənim üçün gözlənilməz oldu. Aftandil Hacıyevi təbrik etdiklərini bilirdim. Amma ənənəvi xarakter daşıdığından xəbərsiz idim. Mehman Süleymanov deyəndə bildim. Məğlub olandan sonra məşqçilər heyəti və işçilər müəyyən vaxt bir yerdə oturub söhbətləşirik. Bu dəfə də oturub çay içəndə, həmin oyunla bağlı müzakirə apardıq, həm də tortdan daddıq”.
...sevinci
2-ci turda “Neftçi”yə boyun əyən “Qəbələ” bu dəfə “Sumqayıt”ın müqavimətini qıra bilmədi. Halbuki meydan sahibləri hesabda öndəydi və qonaqların futbolçusu Nicat Qurbanov “qırmızı”ya görə meydanı vaxtından əvvəl tərk etmişdi. Oyunun sonlarına yaxın təzyiqi artıran “kimyaçılar” lazım olan qolu vurub Qəbələni 1 xalla tərk etdi.
“Qəbələ”nin heyətində ən yaxşı isə birmənalı Təmkin Xəlilzadə idi. Yarımmüdafiənin cinahında oynamasına baxmayaraq, müdafiəyə kömək edir, hücumların təşkilində fəallıq göstərirdi. Əvvəldən sona qədər istəkli olduğu görünürdü. Və ən maraqlı məqam: komandasının yeganə qoluna da məhz o imza atdı. Penaltini Rauf Əliyev qazansa da, topun başına keçən yığma üzvü Mehdi Cənnətovu məyus etdi. Diqqətçəkən məqam da qoldan sonra yaşandı.
Öncə komanda yoldaşları onun başına yığıldı. Təxminən 10 saniyə sevincini meydandakılarla bölüşən “33 nömrə” qəfil nəsə düşündüsə, ehtiyat oyunçular skamyasına tərəf gedib fiziki hazırlıq üzrə məşqçi Miloş Yevtiçi bağrına basdı. Adətən, belə hal yaşananda futbolçu sevincini hansısa komanda yoldaşı, yaxud baş məşqçi ilə bölüşür. Amma Yevtiç...
Təmkin məsələyə bu şəkildə aydınlıq gətirdi: “Yevtiçlə çox gözəl münasibətimiz var. Həm güclü mütəxəssis, həm də yaxşı insandı. Qol vuracağımı sanki oyundan əvvəl hiss etmişdim. Miloşa demişdim ki, qol vuracam və sənin yanına gələcəm. Sevincimi komanda yoldaşlarımla bölüşəndən sonra qəfil həmin söz yadıma düşdü. Ona görə də ehtiyat oyunçular skamyasına tərəf getdim”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar