29 avq 23:12liqa

HAKİMLƏRİN MÜHAKİMƏSİ

HAKİMLƏRİN MÜHAKİMƏSİ
Səs-küysüz ötüşdülər
Premyer-liqanın 3-cü turu hakim idarəçiliyi baxımından səs-küysüz ötüşdü. Ümumiyyətlə, startın normal alındığını deyə bilərik. Halbuki ədalət təmsilçiləri təlim-məşq toplanışında olmadıqları üçün səhvlərin sıralanacağı, Xaqani Məmmədovun yetirmələrinin forma baxımından axsayacaqları proqnozlaşdırılırdı. Bu mənada millinin oyununa görə yaranan üçhəftəlik fasilə ərəfəsindəki tur daha nümunəvi sayılmalıdı. Baxmayaraq ki, 4 oyunda 2 penalti və 1 qırmızı vərəqə qeydə alındı, yəni hakimlərin işi kifayət qədər çox oldu.
RƏVAN HƏMZƏZADƏ, Qəbələ - Sumqayıt
Həmzəzadənin idarəçiliyini yüksək, ideala yaxın qiymətləndirmək olar. Hiss olunurdu ki, gənc referi premyer-liqa üçün darıxıb. Hədsiz istəkli, motivasiyalı idi. Bu da qətiyyətli qərarlarında özünü göstərirdi. Rəvan həm fiziki, həm də psixoloji cəhətdən hazırlıqlı görünürdü. Bəzən oyunda gərginlik artanda futbolçuları vərəqələrlə sakitləşdirirdi. Yeri gəlmişkən, o, 6 dəfə əlini cibinə atmalı oldu. Ümumiyyətlə, hakimin işi kifayət qədər çox oldu. İki epizod söz-söhbətə səbəb ola bilərdi: penalti və qırmızı vərəqə ilə bağlı qərarları. Ancaq hər ikisində o, tam haqlı idi. Rail Məlikovun cərimə meydançasında Rauf Əliyevə qarşı kobud oyunu gənc referinin diqqətindən yayınmadı və o, haqlı olaraq, “nöqtə”ni göstərdi. Nicat Qurbanov da ikinci sarı vərəqədən sonra “qırmızı”nı birmənalı şəkildə haqq edirdi. Bir sözlə, Həmzəzadə işinin öhdəsindən artıqlamasıyla gəldi.
ORXAN MƏMMƏDOV, Zirə - Sabah
Sabiq FIFA referisinin oyunun öhdəsindən gəldiyini deyə bilərik. Düzdü, mübahisəli qərarları da oldu. Bununla belə, ilk dəqiqədə Marko Deviçin qolunun qeydə alınmamasının doğru qərar olduğunu deməliyik. Çünki ukraynalı forvard ofsaydda idi. İkinci yarıda isə Məmmədovun bəzi qərarları "Zirə" tərəfinin narazılığına səbəb oldu. Xüsusən bir epizodda "qartallar"ın hücumu qayda pozuntusu ilə dayandırılsa da, nə referi, nə də yardımçısı kobud oyunu qeydə aldı. Bu isə meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovu özündən çıxardı. Bütün bunlara rəğmən, ədalət təmsilçisinin nəticəyə təsir edən səhvinin şahidi olmadıq. Ümumilikdə 6 dəfə sarı vərəqəyə görə əlini cibinə atan referi bunlardan 4-nü "Zirə"nin, 2-ni "Sabah"ın oyunçularına göstərdi.
ƏLİYAR AĞAYEV, Qarabağ - Neftçi
Təcrübəsi sayəsində ağır yükün altından çıxan FİFA referisi derbinin öhdəsindən layiqincə gəldi. İlk hissədə bəzən futbolçular ona etiraz edirdi, ancaq Əliyar jestləri və qətiyyəti ilə onları susdura bilirdi. Tempi yersiz fitlərlə öldürməyən Ağayev sərt mübarizəyə imkan verirdi. Belə baxanda futbolçular kobud oyuna da əl atmırdı. Bu da Əliyarın işini asanlaşdırırdı. Təsadüfi deyil ki, hakim oyun ərzində yalnız bir dəfə əlini cibinə atdı. Yalnız bir epizodda Qurban Qurbanov referiyə etirazını bildirdi. "Qarabağ"ın futbolçusu topu uzaqlaşdırarkən ayağını rəqibin başı həddində qaldırdığından, Ağayevin fitini səsləndirməsi doğru qərar idi.
RƏHİM HƏSƏNOV, Keşlə - Səbail
Bəribaşdan qeyd edək ki, əslində “ASK Arena”da reallaşan oyunu Ömər Paşayev idarə etməliydi. Ancaq matça bir neçə dəqiqə qalmış məlum oldu ki, baş hakim Ömər yox, Rəhim Həsənov olacaq. İsinmə hərəkətləri üçün meydana çıxmazdan əvvəl hakimlər otağında Ömərin səhhəti pisləşib, FİFA referisi oyunu idarə edə bilməyəcəyini deyib. Belədə həm AFFA nümayəndəsinə, həm də Hakimlər Komitəsinə raport verilib. Nəticədə 4-cü kimi təyinat alan Rəhim baş hakim kimi meydana çıxdı, Ömər isə onun funksiyasını yerinə yetirdi.
FİFA referisinin idarəçiliyinə gəlincə, bir neçə səhv gözümüzdən yayınmadı. 14-cü dəqiqədə Slavik Alxasov Kevin Kubembanın formasından çəkib onun cərimə meydançasına girməsini əngəlləsə də, referi gözünün önündə baş verən bu qayda pozuntusuna görə fit çalmadı. 80-ci dəqiqədə Rəhim Denis Silvanın hərəkətini təhlükəli oyun kimi dəyərləndirdi. Halbuki braziliyalı qaydalar çərçivəsində oynamışdı. “Keşlə”nin penaltidən fərqləndiyi epizodda isə baş hakimin haqlı olduğunu qeyd etməliyik. Fəhmin Muradbəyli cinahdan cərimə meydançasına daxil olan Slavikin asmasının qarşısını əllə kəsdi ki, Rəhim Həsənov tərəddüd etmədən “nöqtə”ni göstərdi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar