28 avq 19:27liqa, reportaj

“Səbail” Kubembayla iki tilsimi birdən qırdı

“Səbail” Kubembayla iki tilsimi birdən qırdı
12. Keşlə - Səbail 1:2 (0:1)
1. Kamran Ağayev (k) – 4,5
4. Slavik Alxasov – 5,0
33. Tərlan Quliyev – 4,5
3. Denis Silva – 4,5
2. Sərtan Taşkın – 4,5
90. Ebrima Sohna – 4,5
(11. Bahodir Nasimov, 56) – 4,0
22. Nikola Mitroviç – 5,0
21. Herve Tçami – 5,0
(8. Miloş Bosançiç, 37) – 4,5
17. Samir Məsimov – 5,5
97. Elnur Cəfərov – 4,0
(9. Amil Yunanov, 37) – 4,0
14. Andre Klennon – 5,0
Ehtiyat oyunçular
30. Davud Kərimi
7. Vaqif Cavadov
27. Adrian Skarlatake
65. Cabir Əmirli
66. Murad Qayalı
88. Məmməd Quliyev
93. Edvinas Girdvainis
Baş məşqçi: Mladen Milinkoviç
Komandanın ən yaxşısı: Samir Məsimov

1. Emil Balayev – 5,5
13. Şəhriyar Rəhimov – 5,5
4. Perilyo Enrike – 5,0
99. Maudo Jarjue – 5,5
33. Tome Kitanovski – 4,5
14. Rahid Əmirquliyev (k) – 5,5
8. Yevgeni Koçuk – 5,5
(27. Emil Martinov, 67) – 4,5
7. Fəhmin Muradbəyli – 5,5
(18. Aqşin Qurbanlı, 75) – 4,5
22. Edqar Paçeko – 5,5
11. Ruslan Qurbanov – 5,0
(26. Kamal Qurbanov, 90) – qiymətsiz
28. Kevin Kubemba – 6,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
5. Vüqar Bəybalayev
16. İqor Korotetski
17. Elçin Rəhimli
21. Murtuz Abakarov
70. Urfan İsmayılov
85. Xaliq İbrahimov
88. Orxan Qurbanlı
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Kevin Kubemba
Qollar: K.Kubemba, 31 (0:1, R.Əmirquliyev). K.Kubemba, 50 (0:2). N.Mitroviç, 75-p. (1:2).
Vərəqələr: A.Klennon, 35 (qeyri-idman hərəkəti). E.Sohna, 47 (qeyri-idman hərəkəti). S.Məsimov, 49 (qeyri-idman hərəkəti). T.Kitanovski, 87 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Elman Musayev, Məmmədəli Kərimov, Ömər Paşayev (hamısı Bakı).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
26 avqust. Bakı. ASK Arena. 1000 tamaşaçı (5300 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Paytaxt derbisi hər iki komanda üçün həyati əhəmiyyət daşıyırdı. Həm “Keşlə”, həm də “Səbail” ilk iki turda qələbə qazana bilməmişdi ki, fasilə ərəfəsində qazanılacaq 3 xal motivasiyanı artıracaqdı. Mladen Milinkoviç ötən turdakı səhvindən nəticə çıxarmamış, “Zirə” ilə oyuna bərbad başlayan start “11-liy”ə güvənmişdi. Səhvini anlayanda isə artıq hesab açılmışdı...
Aftandil Hacıyevin komandasında isə Yevgeni Koçukun qayıdışı diqqəti çəkirdi. Ötən mövsüm Bayıl təmsilçisində icarə əsasında çıxış edən, çempionat başa çatdıqdan sonra Azərbaycandan ayrılan, son bir həftədə isə birdəfəlik transferi gerçəkləşən moldovalı birbaşa start heyətində meydana çıxmışdı. Bəribaşdan qeyd edək ki, gənc mütəxəssisin bu dəyişikliyi effekt verdi. O, meydanda olduğu müddətdə komandasının ən yaxşılarından idi və ən əsası, ayağı düşərli oldu...
Meydan sahibləri oyuna bərbad başladı. Düzdü, ilk həmləni “Keşlə”nin ifasında izlədik. 9-cu dəqiqədə Elnurun asmasına yüksələn Emil Balayev topu yumruqlarıyla uzaqlaşdırdı və bəstəboy Məsimovun fərqlənməsinə şərait yaratmadı. 25-ci dəqiqədə isə “Səbail” əks-hücumdan sonra real qol şansı yaratdı. Paçekonun uzun ötürməsindən sonra Ruslan müdafiəyə köməyə gələn Tçamidən yayınıb cərimə meydançasının xətti üzərindən zərbə endirdi. Ancaq bu epizodda Kamran qola izn vermədi. 31-ci dəqiqədə qonaqlar hesabı açmağa müvəffəq oldu. Rahid topu Mitroviçdən “oğurlayıb” bir qədər irəlilədikdən sonra əks cinahdan cərimə meydançasına şığıyan Kubembaya ötürdü. Hücumçu topu rahatlayıb yaxın küncü dəqiq nişan aldı və beləliklə, “Səbail”in cari mövsümdəki ilk qolunun müəllifi oldu.
“Keşlə” qonaqların qoluna dərhal cavab verə bilərdi. Di gəl ki, Slavikin qapı qarşısına göndərdiyi topa yüksələn və toxuna bilməməsi bir yana, komanda yoldaşı Klennonu da çaşdıran Denis əlverişli imkanı boşa verdi. Oyunun istədiyi kimi getmədiyini görən Mitroviç dərhal erkən əvəzetməyə əl atdı. Fasiləni belə gözləməyən serbiyalı həm də iki dəyişikliyi birdən gerçəkləşdirdi. Tçami və Elnur meydandan çıxdı, Amillə Bosançiç oyuna qoşuldu. İlk yarıya əlavə olunmuş dəqiqələrdə “Keşlə” əla fürsətdən yararlana bilmədi. Mitroviçin asmasından sonra top hücuma dəstək verən Sərtanın önünə düşsə də, müdafiəçi topu düz Emilin üstünə vurdu. İnsafən, son anda Şəhriyar da ona mane oldu.
İkinci hissə qolla başladı. Yenə “Səbail” fərqləndi. 50-ci dəqiqədə autdan sonra “Keşlə”nin futbolçuları topu cərimə meydançasından uzaqlaşdıra bilmədilər. Şəhriyarın zərbəsindən sonra top Denisə dəyib Kubembaya istiqamətləndi ki, sonuncu bir toxunuşla toru silkələdi. Beləliklə, fransalı dublunu rəsmiləşdirdi.
Bundan sonra Milinkoviç Bahodiri də döyüşə atdı və “Keşlə” üç nominal hücumçu ilə mübarizəni davam etdirdi. Serb mütəxəssisin riskli dəyişikliyi 75-ci dəqiqədə nəticənin dəyişməsinə səbəb oldu. Düzdü, hesab arasındakı fərq penaltidən vurulan qolla dəyişdi. Fəhmin cinahdan cərimə meydançasına daxil olan Slavikin asmasının qarşısını əllə kəsdi ki, Rəhim Həsənov tərəddüd etmədən “ağ nöqtə”ni göstərdi. Mitroviç standart vəziyyətdən yararlanmaqla komandasını ümidləndirdi. Bundan bir qədər əvvəl isə “Keşlə”də Samir Məsimovun qapıya iki zərbəsi “beton”dan dönmüşdü. Onun ilk vuruşuna Enrike gövdəsini sipər etdisə, təkrar zərbəni Balayev qaytardı. Ancaq meydan sahiblərinin qalan dəqiqələrdə məğlubiyyətdən xilas olmaq cəhdləri faydasız qaldı. “Səbail” üstünlüyünü sona qədər qorumaqla cari mövsümdə ilk xal(lar)ını qazandı.
MİRAĞA

Reaksiyalar
Aftandil Hacıyev: “Gərgin oyun olacağını gözləyirdik. Çünki rəqibin 1 xalı vardı, bizdə isə, ümumiyyətlə, xal yox idi. Bu da hər iki komandanı motivasiya edirdi. Futbolçularımıza təşəkkür edirəm. Oyuna yaxşı kökləndilər. Çatışmazlıqlarımızı təhlil edərək, aradan qaldırmağa çalışdıq. Ancaq bu, azdı. Yuxarı yerlərə çıxmaq istəyiriksə, həmişə belə hazırlaşmalıyıq. İndi 3 həftəlik fasilədi və hazırlaşmağa vaxtımız olacaq. Düşünmürəm ki, fasilə komandanı tonusdan salsın. Bir qədər üzərimizdə təzyiq vardı ki, sonuncu pillədəyik. Ancaq düşünürəm ki, indi futbolçular daha istəkli olacaqlar. Bu qələbə digər oyunlara əsla təsir etməməlidi. Fasilədə daha çox çalşmalıyıq. Bu, baş məşqçi kimi də premyer-liqada ilk qələbəmdi. Futbolçu kimi bu cür qələbələri hiss etmişdim. Əlbəttə, baş məşqçi kimi də bunu hiss etmək xoş idi. Ancaq qələbələrin davamlı olması vacibdi. Bunun üçün biz məşqçilər üzərimizdə çox çalışmalıyıq”.
Mladen Milinkoviç: “Vəziyyət yaxşı deyil. Evdə uduzmaq yaxşı hal sayıla bilməz. Səhvlərimiz oldu. Bu, yeniyetmə yox, peşəkar komandadı. Buraxdığımız uşaq səhvləri idi. Hesabda 0:1 geriyə düşmək komanda üzvlərinə pis təsir etdi və çalışdılıar ki, bərabərliyə imza atsınlar. Ancaq bu zaman etdiyimiz səhvlər də çox oldu. İkinci hissənin əvvəlində buraxdığımız 2-ci qol bizi daha çətinə saldı. Düzdü, penaltidən vurduğumuz qol ümid yaratdı. Ancaq oyunun axarını xeyrimizə dəyişə bilmədik. “Səbail” çox ağıllı, sürətli futbol oynadı və bizim səhvlərdən yaxşı yararlanıb 3 xalı qazandı. Təbii ki, bu, mənim üçün də yaxşı vəziyyət deyil. Ümid edirəm ki, millinin oyunları ilə bağlı yaranan fasilə daha yaxşı hazılaşmağımıza imkan yaradacaq və qələbələri sıralamağa başlayacağıq.
Razıyam, təqvim də bizim üçün çox yaxşı idi və üç oyuna 9 xal toplamaq olardı. Ancaq komandalar kağız üzərində zəif ola bilərlər. Hamı bir-birini uda biləcək səviyyədədi. Yalnız “Qarabağ”ı fərqləndirərdim. Onlarda yüksək keyfiyyətli futbolçular var. Digərlərinin eyni səviyyədə olması qənaətindəyəm. Bizim də müəyyən istiqamətimiz var. Son məğlubiyyət gözlənilməz oldu və ona görə bizə çox pis təsir edir. “Keşlə”yə oyun qurucusu lazımdı və bu mövqeyə futbolçu axtarırıq. Meydanda pleymeyker olmalıdı. Komandaya 20-25 metrə ötürmə verən, topa nəzarət edən futbolçu lazımdı. Bunlar çatışmayan cəhətimizdi. Kamranın hərəkətinə gəlincə, təbii ki, son dəqiqələrdə hamı qapıya doğru gedərək bərabərlik qolunun vurulmasına töhfə vermək haqda düşünürdü. Bu zaman bəzən qaydaları müəyyən mənada pozursan. Ancaq qaydalar hamı üçün eynidi. Kamranın hərəkətinə bəraət qazandıra bilmərəm. Onun bu addımını əsəbiliklə əlaqələndirərdim”.
Fəhmin Muradbəyli: “Hər iki komanda qələbə qazanmaq istəyirdi. İlk turlardakı məğlubiyyətlərdən sonra oyuna yaxşı köklənmişdik. Hamımız yalnız qalibiyyət haqda fikirləşirdik. Rəqib hesabda geri düşəndən sonra sərt oynamağa başladı ki, bu da başadüşüləndi. Onlar da qələbə qazanmaq istəyirdilər. Ötənilki "Səbail" daha yaxşı çıxış edirdi. Bu il yay toplanışında 2-3 oyunçu gəldi, 15 gündən sonra daha bir neçə yeni qoşulan oldu. Yəni komanda şəklində uyğunlaşmağa vaxt lazımdı. Məşqlərdə bir-birimizi tədricən daha yaxşı başa düşməyimiz hiss olunur. Qarşıdakı matçlarda bundan da yaxşı oyun göstərməyə çalışacağıq. Hər bir komandanı məğlub edəcək gücdəyik. Hər kəs komanda şəklində mübarizə aparmağı bacarsa, qalib gəlməsək də, uduzmarıq”.

Gözdən qaçmadı
* Oyunun başlamasına 30-35 dəqiqə qalmış məlum oldu ki, baş hakim Ömər Paşayev yox, Rəhim Həsənov olacaq. İsinmə hərəkətləri üçün meydana çıxmazdan əvvəl hakimlər otağında Ömərin səhhəti pisləşib, FİFA referisi oyunu idarə edə bilməyəcəyini deyib. Belədə həm AFFA nümayəndəsinə, həm də Hakimlər Komitəsinə raport verilib. Nəticədə 4-cü kimi təyinat alan Rəhim baş hakim kimi meydana çıxdı, Ömər isə onun funksiyasını yerinə yetirdi.
* Matçın gedişində "Səbail"in futbolçuları Yevgeni Koçukla Edqar Paçekonun, eləcə də Maudo Jarjue ilə Tomi Kitanovskinin bir-birlərinə irad bildirməsi gözdən yayınmadı. Hər dəfə digər komanda yoldaşları onları sakitləşdirdi.
* İlk turda “Sabah”a məğlubiyyətdən sonra aqressiv davranan və komanda yoldaşlarının qarasına deyinən Kamran Ağayev yenə öz ampluasında idi. Bu dəfə o, son saniyələrdə əlcəklərini çıxararaq, yerə çırpdı.
* Mladen Milinkoviç mətbuat konfransına yubandı. Məlum oldu ki, matç başa çatandan sonra "Keşlə"nin prezidenti Zaur Axunov paltardəyişmə otağına gələrək iclas keçirir.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar