28 avq 19:22liqa, reportaj

Deviç “Zirə”nin işini 30 dəqiqəyə bitirdi

Deviç “Zirə”nin işini 30 dəqiqəyə bitirdi
9. Zirə - Sabah (Bakı) 0:2 (0:2)
1. Anar Nəzirov (k) - 4,0
26. Miloş Radivoyeviç - 4,5
39. Sadiq Quliyev - 3,5
5. Adil Nağıyev - 4,0
2. İlkin Qırtımov - 4,0
6. Vüqar Mustafayev - 4,0
11. Dilan Duventru - 3,0
(38. İlkin Muradov, 43) - 4,5
9. Aleksandr Dedov - 5,0
3. Budaq Nəsirov - 3,5
(17. Vüsal İsgəndərli, 66) - 4,5
10. Sadio Tounkara - 3,5
(91. Bilal Həmdi, 43) - 4,0
77. Mirsahib Abbasov - 4,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
4. Müşfiq İlyasov
8. Kamal Mirzəyev
7. Pərdis Fərcad-Azad
13. Murad Musayev
16. İbrahim Aslanlı
88. Tellur Mütəllimov
98. Aqşin Quluzadə
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Aleksandr Dedov

30. Saşa Stamenkoviç - 5,5
19. Məqsəd İsayev - 5,0
5. Kərim Diniyev - 5,5
13. Filip İvanoviç - 5,5
21. Novruz Məmmədov - 5,0
33. Eltun Turabov - 5,0
(4. Tərzin Cahangirov, 89) - qiymətsiz
15. Erik Ramos - 5,5
8. Elşən Abdullayev - 5,5
(11. Elgün Nəbiyev, 73) - 5,0
10. Cavid İmamverdiyev (k) - 5,0
(6. Vadim Abdullayev, 62) - 5,0
7. Vitali Kvaşuk - 5,0
9. Marko Deviç - 6,0
Ehtiyat oyunçular
96. Aydın Bayramov
25. Vanderson Silva
88. Elçin Əsədov
39. Əlibəy Məmmədli
14. Tural Qürbətov
2. Ülvi İbazadə
27. Bəxtiyar Soltanov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Marko Deviç
Qollar: M.Deviç, 2 (0:1). M.Deviç, 30 (0:2).
Vərəqələr: A.Dedov, 24 (qeyri-idman hərəkəti). V.Abdullayev, 69 (qeyri-idman hərəkəti). İ.Qırtımov, 73 (qeyri-idman hərəkəti). V.Mustafayev, 76 (qeyri-idman hərəkəti). E.Turabov, 78 (qeyri-idman hərəkəti). V.İsgəndərli, 90 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ORXAN MƏMMƏDOV, Vaqif Musayev, Cəmil Quliyev, Ramil Diniyev (hamısı Bakı).
Hakim-inspektor: Füzuli Nəcəfov (Bakı).
AFFA nümayəndəsi: Rauf Hüseynli (Bakı).
25 avqust. Mərdəkan. Dalğa Arena. 150 tamaşaçı (6700 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Hər iki komanda fasiləyə yüksək əhval-ruhiyyədə yollanmaq niyyətində idi. Bu üzdən tərəflərin ilk dəqiqələrdən qələbə istəyini ortaya qoyacağı gözlənilən idi. Öncə heyətlərlə bağlı diqqəti çəkən məqamlara toxunaq. “Zirə”dən Pərdis həftəiçi məşqdə zədələndiyi üçün adı “18-lik”də olsa da, oynamadı. “Sabah”ı kapitan kimi meydana çıxaran Cavid isə ötən tur sabiq komandası “Sumqayıt”a qarşı ikinci yarıda şans qazanmışdı. O, cari mövsüm ilk dəfə start heyətində idi.
Görünür, Əhmədov yetirmələrinə ilk dəqiqələrdən basqı edib, rəqibi çaş-baş salmaq və beləcə, fərqlənmək tapşırığı vermişdi. Start fiti səslənən kimi irəli atılan “Sabah” artıq 1-ci dəqiqədə Nəzirovun qapısına yol tapdı. Lakin Deviç oyundankənar vəziyyətdə olduğu üçün qol qeydə alınmadı. Bununla belə, qonaqlar 2-ci dəqiqədə “atəşkəsi pozdu”. Sadiqin uzaqlaşdıra bilmədiyi topu Deviç dəqiq zərbəylə tora sancdı. Beləcə, Marko ardıcıl 3-cü oyunda da fərqlənməyi bacardı. Özü də hər 3 matçda ilk qolun müəllifi məhz ukraynalı forvard olub. Hesab açılandan sonra “Sabah” bir qədər sakitləşdi və sanki əvvəlcədən planlaşdırılmış taktikaya əsasən əks-hücum fürsətləri gözləməyə başladı. “Zirə”nin isə meydanda nə etmək istədiyini anlamaq çətin idi. Nə irəli xətt öz işinin öhdəsindən gələ bilirdi, nə də müdafiə. Yarım saatın tamamında isə Abbasovun yetirmələri ikinci topu qapısında gördü. Elşənin zərbəsindən sonra Anar topu qaytarsa da, lazımi anda lazımi yerdə olan Deviç dubl etmək fürsətini qaçırmadı. Bu futbolçunun mövqe seçimi və qol duyumuna söz ola bilməz.
Marko 38-ci dəqiqədə qapı önünə ötürmə etdi və Kvaşuk topa toxuna bilsəydi, hesab arasındakı fərq artacaqdı. Bundan başqa, ilk yarıda “Sabah” daha iki təhlükəli vəziyyət yaratdı. Deviçin zərbəsindən sonra top Nəzirovda qaldısa, Novruzun qapıya paralel ötürməsinə ayaq qoyan tapılmadı. Abbasov hissənin bitməsini gözləmədən iki dəyişikliyə əl atdı. Əslində Bilal və İlkin meydana daha tez çıxmalıydı, lakin oyunda fasilə yaranmadığı üçün onlar təxminən 3-4 dəqiqə 4-cü hakimin yanında gözləməli oldular. Bu dəyişiklik dərhal bəhrə verə bilərdi. Təbii, Həmdi hissənin sonunda əla imkanı bərbad zərbəylə tamamlamasaydı.
İkinci yarı haqda isə uzun-uzadı danışmağa dəyməz. Çünki real qol vəziyyəti, demək olar, izləmədik. Düzdü, təşəbbüs “Zirə”nin tərəfində idi. Ancaq “qartallar” irəli xətdə dəqiqlik nümayiş etdirə bilmir, hücumlar effektli olmurdu. Əksinə, “Sabah”ın əks-həmlələri daha yaddaqalan alınırdı. İkinci yarıda “Zirə”nin yalnız iki hücumu diqqəti çəkdi. Miloşun vuruşundan sonra Saşa qola imkan vermədisə, Vüsalın uzaqdan zərbəsi zamanı top qapının üstündən keçdi. Uzatma dəqiqələrində isə “Sabah”dan Elgün əks-hücumu qolla tamamlamağa yaxın oldu. Lakin Nəzirov Nəbiyevin sevinməsinə mane olmaqla yanaşı, darmadağına da imkan vermədi. İkinci hissədə yaddaqalan daha bir məqam isə Cavidin zədələnərək meydanı tərk etməsi oldu.
Beləliklə, debütant 3 turdan sonra iki qələbəylə turnir cədvəlinin ikincisi, “Zirə” isə sonuncusudu. “Sabah” çoxlarına başağrı olacağını ortaya qoydusa, “qartallar”ın durumu haqda ürəkaçan söz demək çətindi.
FARİZ

Gözdən qaçmadı
* Oyunu izləyənlər arasında U-21-in baş məşqçisi Rəşad Sadıqov və əsas yığmanın məşqçisi Elçin Rəhmanov da var idi.
* Matç canlı yayınlanmırdı. Oyun bir saat sonra CBC telekanalında videoyazı şəklində tamaşaçılara nümayiş etdirildi.
* “Sabah”ın paltardəyişmə otağındakı hay-küy dəhlizi başına götürmüşdü. Qonaqlar qələbəni böyük sevinclə qeyd edirdi.
* Mətbuat konfransında sport24.az saytının redaktoru Mehman Süleymanov həmin gün ad gününü qeyd edən Ayxan Abbasova tort verdi, onu təbrik etdi. Çalışdıcı isə öz növbəsində diqqətə görə həmkarımıza təşəkkürünü bildirdi. Xatırladaq ki, sözügedəın sayt artıq bunu ənənəyə çevirib və ad günü olan məşqçiləri mətbuat konfransında tortla təbrik edir.

Reaksiyalar
Elşad Əhmədov: “Bundan öncəki turda zəif oynamışdıq, acı məğlubiyyət almışdıq. Uşaqlarla söhbətimiz oldu, səhvlərimizə baxdıq, şalışdıq ki, onlar təkrarlanmasın. İlk hissədə, xüsusən matçın əvvəlində yaxşı oynadıq. Futbolçular həvəsliydilər. İlk qoldan sonra daha da həvəsləndik və hesab arasındakı fərq artandan sonra daha rahat oynadıq. Ancaq ikinci yarı bizim üçün bir qədər çətin keçdi. Çünki rəqib təzyiqi artırmışdı. Yeni komandayıq. İki aydı bir yerdəyik, futbolçuların bir-birinə uyğunlaşması vaxt tələb edir. Bu gün də gördük ki, çatışmayan cəhətlərimiz var, onun üzərində çalışacağıq. Biz məşqçilərin səhvləri aradan qaldımaq üçün vaxtı olur. Transfer çalışmalarını artıq dayandırmışıq. Daha çox yerli futbolçulara üstünlük vermək istəyirik. Ehtiyat hücumçumuz var. Allah eləməsin, Deviç zədələnsə, nəsə etmək üçün baş işlədəcəyik... Cavidin zədəsinin ciddi olub-olmadığını dəqiq bilmirəm. Razıyam, İmamverdiyev ideal formadan uzaqdı. O, komandaya gec qoşuldu. Türkiyədən qayıtdıqdan sonra zədələndi. Demək olar, bir həftədi məşqlərə qoşulub. Onun tam bərpası üçün vaxt lazımdı. Məncə, bu gün 60-65 dəqiqə oynamağa hazır idi. Çempionatda fasilə yaranacaq. İnanmıram ki, bu, ziyanımıza olsun. Komandaya gec qoşulan oyunçular çoxdu. Fasilə bizim üçün faydalı olacaq. Çatışmayan cəhətlərimiz var, onların üzərində işləyəcəyik. Bundan başqa, iki yoldaşlıq görüşü də keçirməyi düşünürük. Odu ki, fasilə müddətində komandanın tonusdan düşəcəyinə inanmıram”.
Ayxan Abbasov: “Danışılası bir şey yoxdu. “Zirə”də olduğum müddətdə ən zəif, ən “dişsiz” komandanı gördüm. Oyundan öncə bir qədər problemlərimiz oldu. Pərdis zədələndi. Qarşılaşmaya istədiyimiz kimi hazırlaşa bilmədik. Ancaq yenə də rəqibin istəyi bizdən çox idi və buna görə də qalib gəldilər. Səhvlərimiz çoxdu, fasilədən istifadə edib onları aradan qaldırmağa çalışmalıyıq. Bilirdik ki, “Sabah” oyunu əks-hücumlar üzərində quracaq. İlk dəqiqələrdən ardıcıl iki kobud səhv etdik. İstər-istəməz irəli atıldıq. Rəqibin sürətli hücumçuları problem yaradırdı. Tək müdafiəçilərimizi deməzdim, komanda şəklində zəif oynadıq. Hansısa futbolçunu bu baxımdan fərqləndirmək olmaz. Tam komanda ilə məşq edə bilmirik. Zədələrimiz çox olur. Bu gündən sonra transfer etmək çətindi. Az vaxt qalıb. Bəlkə istədiyimiz futbolçu çıxsa, ola bilər. Lakin bu elə də real görünmür. Məğlubiyyət olanda çox şey təhlil edilir. Əsas odu ki, bu gün meydanda oyun olmadı. Oynayıb uduzsaydıq, “bu, futboldu” deyib razılaşardım. Amma biz bu gün oynamadıq. Çempionatın əvvəlidi. Mövsümdən öncə demişdim ki, çox çətin olacaq. Komandalar bir-birinə yaxın gücdədi. Hər komandada istək var. Rahat kimisə məğlub edə bilmərik. Maksimum istək olmalıdı. Fasilədən istifadə etməliyik. İki gün istirahətdən sonra bu oyunu da təhlil edəcəyik. İki oyunçunu əvəzləməyim? Açığı, onları daha tez dəyişmək istəyirdim. Təxminən 5-6 dəqiqə top çıxmadı, sürətli oyun gedirdi. Dilanın oynaması sual altındaydı, şans verdik, ancaq onda alınmadı. Sadio isə özünü pis hiss etdi. Hiss olunurdu ki, həmin Tounkara deyil. Hər iki əvəzetmə məcburi idi. Həm də oyun elə gedirdi ki, üçüncü qolu buraxmamaq üçün bu addımı atdım. Deməzdim ki, heyət düzgün qurulmayıb. Ötən oyun iki qol ötürməsi verən Sadio start heyətində olmağı haqq edirdi. Onu heç kim bilməz ki, necə olacaq. Futbolda belə şeylər olur. Hər komandanın başına gələn hadisədi. Bu gün hamı zəif oynadı”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar