28 avq 19:12liqa

“Neftçi” fasiləyə zirvədə yollandı

“Neftçi” fasiləyə zirvədə yollandı
Topaz premyer-liqasının 3-cü turu arxada qaldı və çempionatda 20 günlük “pəncərə” yarandı. Sözsüz ki, hər kəs millinin oyunlarına görə yaranan uzun fasiləyə yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirdi. Meydan sahiblərinin ovqatı daha çox korlandı. Hər halda, evdə oynayan komandalardan heç biri qələbə qazana bilmədi.
Turun açılış matçında “Qəbələ” ilə “Sumqayıt” üz-üzə gəldi ki, ötən tur “Sabah”ı darmadağın edən “gənclik şəhəri” təmsilçisində özünəinam artmışdı. Təsadüfi deyil ki, hesabda geri düşməsi və üstəlik, azlıqda qalması da Nazim Süleymanovun yetirmələrinin mübarizə əzminə təsir etmədi. Ancaq səfərdə əldə olunan 1 xalı baş məşqçinin ayağına yazmaq lazımdı. Onun sona yaxın müdafiəçini forvardla (Ülvi İsgəndərov “Qəbələ”nin yetirməsidi) əvəzləməsi gedişatı dəyişdi və beləliklə, “qırmızı-qaralar” “sapı özündən olan balta” (bərabərlik qolunun müəllifi Yusif Nəbiyev də bölgə təmsilçisinin “şinel”indən çıxıb) ilə vuruldu. Çətin rəqibdən səfərdə qoparılan xalın “Sumqayıt”ın düşərgəsində atmosferə yaxşı mənada təsir edəcəyi şübhəsizdi. Həm də nəzərə alsaq ki, 4-cü turdakı rəqib “Qarabağ” olacaq.
Şənbə günü baş tutan digər matçda isə “Zirə” və “Sabah” münasibətlərinə aydınlıq gətirdi. Debütant açılış turunda olduğu kimi, yenə hər kəsi təəccübləndirdi. Əslində heyətində Marko Deviç kimi qolçu olan komandanın bərabərsəviyyəli rəqib üzərində qələbəsi sürpriz sayılmamalıdı. Bu dəfə dublla yadda qalan ukraynalı meydana çıxdığı üçüncü oyunda da fərqləndi və bombardirlərin yarışında mövqeyini möhkəmləndirdi. Ötən qış fasiləsindən sonra “relsdən çıxan” “Zirə” isə deyəsən, özünə yeni baş məşqçi axtarışına başlayacaq. Hər halda, Ayxan Abbasov komandanı yeni mövsümə də hazırlaya bilməyib. Mümkündü ki, rəhbərlik uzun fasiləni fürsət bilib yeni məşqçi gətirsin.
Bazar günü baş tutan qarşılaşmalar da maraqlı nəticələrlə yadda qaldı. Günün ilk oyununda “Səbail” “Keşlə”nin qonağı oldu. Çempionata çox pis başlayan, ilk turda “Qəbələ” səfərində darmadağın olan, ikinci turda “Qarabağ” önündə heç nə edə bilməyən Bayıl təmsilçisi qolsuz və xalsız qalmışdı. Bu uğursuz gedişat davam edəcəyi halda, Aftandil Hacıyevin postu əməlli-başlı laxlayacaqdı. “Keşlə” ilə matça böyük təzyiq altında çıxan “Səbail” nəhayət ki, uğursuzluğa son qoya bildi. Kevin Kubembanın dublu sayəsində rəqibini üstələyən “Səbail” böhranı arxada qoydu. Belə desək, Kevin bu dublu ilə eyni zamanda Aftandil Hacıyevi də xilas etdi. İndi Hacıyev rahat şəkildə milliyə görə yarananş fasilədən istifadə edib, durumu düzəltməyə çalışacaq.
Turun mərkəzi oyunu isə “Azərsun Arena”da baş tutdu. Tərəddüdsüz deyə bilərik ki, ilk 3 turun ən baxımlı oyunu məhz “Qarabağ” – “Neftçi” qarşılaşmasıdı. Sürət, çoxsaylı qol vəziyyətləri, azarkeş fəallığı, gərginlik pik səviyyədə idi. Qələbəni sona 20 dəqiqə qalmış əldən verməsinə rəğmən, 1 xalı “Neftçi”nin hesabına yazmaq gərəkir. Roberto Bordinin Azərbaycanda ilk derbisindəki səfər xalı sayəsində “Neftçi” son 4 il ərzində çempionata ən uğurlu startla yadda qaldı. 2014/15 mövsümünə 9 xalla başlayan “ağ-qaralar” 2015/16-nın ilk üç oyununda 4, 2016/17-də 3 xal toplamışdı. 2017/18-in ilk üç matçında isə, ümumiyyətlə, xal qazanmayan “Neftçi” ilk dövrəni məğlubiyyətsiz oyunlar seriyası ilə başa vura bilər.
Topaz premyer-liqası
1-ci dövrə, 3-cü tur
25 avqust
Qəbələ - Sumqayıt 1:1
Zirə - Sabah 0:2
26 avqust
Keşlə - Səbail 1:2
Qarabağ – Neftçi 1:1
1. Neftçi 3 2 1 0 5-2 7
2. Sabah 3 2 0 1 4-4 6
3. Qəbələ 3 1 1 1 5-3 4
4. Sumqayıt 3 1 1 1 5-4 4
5. Qarabağ 2 1 1 0 3-1 4
6. Səbail 3 1 0 2 2-6 3
7. Keşlə 3 0 1 2 3-5 1
8. Zirə 2 0 1 1 2-4 1
Bombardirlər: Marko Deviç (Sabah) – 4, Mahir Mədətov (Qarabağ), Kevin Kubemba (Səbail) – 2.
Növbəti turun oyunları: 15 sentyabr – Sumqayıt – Qarabağ, Səbail – Zirə; 16 sentyabr – Sabah – Qəbələ, Neftçi – Keşlə.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar