21 avq 22:35liqa

Bordin jurnalistlərin iradlarıyla razılaşmadı

Bordin jurnalistlərin iradlarıyla razılaşmadı
“Şerif”in uğurlarına hər zaman sevinəcəm”
“Neftçi” – “Qəbələ” oyunundan sonra keçirilən mətbuat konfransında Sənan Qurbanov bunları söylədi:
- İlk hissədə gözlənilməz qol buraxdıq. Kobud səhvlərdən rəqib yararlandı. Sürətli hücumçuları bu şansları qaçırmadı. İlk yarıda oyunumuz alınmadı. Fasilədən sonra daha yaxşı oynadıq. Xeyli qol imkanımız olsa da, yalnız birindən istifadə edə bildik. Futbolda belə şeylər olur. Səhvlərdən heç kim “sığortalanmayıb”. Çalışacağıq növbəti oyunlarda qol imkanlarından daha çox yararlanaq. Epizodları qaçıranda məğlubiyyətlə üzləşirik. Üzərimizdəki psixoloji gərginliyi atıb, növbəti görüşə hazırlaşacağıq.
- Oyunun axarında dönüş yaratmaq üçün gec müdaxilə etdiyinizi düşünmürsüz?
- Əlimizdəki oyunçulardan maksimum istifadə etməyə çalışdıq.
- Stiven Jozef-Monrozun bu oyuna hazır olmadığı görünürdü…
- Zədədən yeni qayıtdığı üçün fərdi məşqlər edirdi. Yalnız oyundan bir gün əvvəl kollektiv hazırlığa qoşulmuşdu. Deməzdim ki, qeyri-fəal idi. Hücumçu kimi özünü meydanda göstərə bildi.
- Elvin Camalovu buraxdığı səhvə görə əvəzlədiz?
- Xeyr, futbolda hər kəs səhvə yol verə bilər. Bu, taktiki dəyişiklik idi. Çünki bizə qol lazım idi. Ona görə meydana hücumçu buraxdıq.
- Bu gün mərkəz müdafiəçiləriniz çoxlu səhvə yol verdi. Növbəti oyunlarda arxa xətdə rotasiyalar etməyi fikirləşirsiz?
- Bir oyuna görə futbolçulara qiymət vermirik. Səhvləri təhlil edib, növbəti oyunlarda təkrarlamamağa çalışacağıq. Ehtiyatdakılar da bizim oyunçulardı. Sabah heyətdə dəyişiklik ola bilər.
- Rauf Əliyev əvəzetmədən oyuna daxil olsa da, qolunu vurdu. Növbəti tur start heyətində yer almaq şansı var?
- Rauf bu oyunda çox istəkliydi. Gələcəkdə ilk “11-lik”də meydana çıxa bilər.
Daha sonra jurnalistlər qarşısına çıxan Roberto Bordinin sual-cavab prosesi isə bir qədər çox çəkdi:
- Gözəl futbola şahidlik etdik. Futbolçularım parlaq oyun sərgilədi. Düşünürəm ki, 3-cü qolu da vura bilərdik.
- “Qəbələ” təzyiqi artırdıqda müdafiəçiləriniz boşluqlar verirdi...
- Rəqib oyunun sonlarında daha böyük qüvvəylə irəli atıldı. Biz də buna cavab olaraq müdafiə xəttimizi gücləndirdik.
- İki oyuna maksimal xal toplaya bilmisiz. Növbəti turda “Qarabağ”la görüş təxirə düşəcəyi halda, bu, planlarınıza mənfi təsir göstərəcəkmi?
- Biz hələ “Qəbələ” üzərində qələbənin sevincini yaşayırıq. “Qarabağ”la oyun irəlidədi. Hansı qərar qəbul olunacağı haqda indi mülahizə yürüdə bilmərik. Bu görüş təxirə salınsa, yoxlama matçı keçirə bilərik.
- Hesab 2:1 olduqdan sonra topu saxlamaq qabiliyyəti ilə seçilən Baqali Dabonu əvəzlədiz. Bu, riskli addım deyildi?
- Oyunun son dəqiqələri gedirdi və həmin an üçün ən doğru qərarı verdiyimizi düşünürəm.
- “Qarabağ” Avroliqanın pley-off mərhələsində sabiq komandanız “Şerif”lə qarşılaşacaq. Kimi daha şanslı sayırsız?
- Bu komandalar bir-birini tanıyır. Çox maraqlı oyun olacaq.
- Hansı komandaya azarkeşlik edəcəksiz?
- Mən “Neftçi”yə azarkeşlik edirəm. “Şerif”də işləyərkən Avroliqada 9 xal toplamışdıq. Bu komandanın uğurlarına hər zaman sevinəcəm.
- Xəyalınızdakı “Neftçi”ni qura bilmisiz?
- Bugünkü matçın 60-70 dəqiqəsi mənə zövq verdi. Ancaq oyunumuzu daha da təkmilləşdirməliyik ki, bundan da yaxşı oynayaq. 90 dəqiqə hücum etmək potensialına sahib olmalıyıq. Ümumilikdə komandanın sərgilədiyi futboldan razıyam.
- Mirabdulla Abbasova yaman etirazlar edirdiz...
- Bunu özü deyib sizə? Gəlin, sensasiya naminə suallar verməyək. Bizdə heç bir oyunçuyla problem yoxdu və hər şey qaydasındadı.
oyunumdan razıyam. Ümumiyyətlə, belə komanda yoldaşlarıyla oynamaq asandı. Biz böyük ailəyik. Bunu oyunlarda da görmək olar”.
Xorvatilyalı futbolçu 3-cü turda "Qarabağ”la keçiriləcək oyuna da toxunub: "Bilirik ki, "Qarabağ”ın həftəiçi Avroliqa matçı var. Bundan yararlanmalıyıq. Rəqib güclü heyətə malikdi. Bu üzdən bizim üçün asan olmayacaq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar