21 avq 21:57liqa, reportaj

“Sumqayıt” “Sabah”ı “Əlincə”də “ölüncə döydü”

“Sumqayıt” “Sabah”ı “Əlincə”də “ölüncə döydü”
“Əlincə Arena”da yanğın baş verdi, işıqlar söndü
7. Sabah (Bakı) – Sumqayıt 1:4 (1:3)

30. Saşa Stamenkoviç – 3,5
25. Vanderson Silva – 3,5
5. Kərim Diniyev (k) – 3,5
33. Eltun Turabov – 4,0
(13. Filip İvanoviç, 65) – 3,5
19. Məqsəd İsayev – 4,0
15. Erik Ramos – 3,5
6. Vadim Abdullayev – 3,5
(11. Elgün Nəbiyev, 46) – 4,0
8. Elşən Abdullayev – 4,0
(10. Cavid İmamverdiyev, 46) – 4,0
7. Vitali Kvaşuk – 3,5
27. Bəxtiyar Soltanov – 4,0
9. Marko Deviç – 4,5
Ehtiyat oyunçular
1. Tərlan Əhmədli
2. Ülvi İbazadə
3. Elvin Bədəlov
4. Tərzin Cahangirov
14. Tural Qürbətov
21. Novruz Məmmədov
39. Əlibəy Məmmədli
88. Elçin Əsədov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Marko Deviç

1. Mehdi Cənnətov – 6,0
74. Yusif Nəbiyev – 5,5
14. Bəxtiyar Həsənalızadə - 5,0
4. Şəhriyar Əliyev – 6,0
2. Rail Məlikov (k) – 5,5
21. Arif Daşdəmirov – 5,5
99. Əli Babayev – 5,5
7. Cavid Tağıyev – 5,5
(97. Xəyal Nəcəfov, 90+2) – qiymətsiz
10. Aleksey İsayev – 5,5
60. Elvin Məmmədov – 5,5
(77. Murad Xaçayev, 82) – qiymətsiz
17. Nicat Qurbanov – 6,5
(70. Ülvi İsgəndərov, 75) – 5,5
Ehtiyat oyunçular
15. Orxan Sadıqlı
18. Süleyman Əhmədov
36. Süleyman Süleymanov
39. Tural Bayramlı
41. Turan Manafov
44. Qvanzav Maqomedov
Baş məşqçi: Nazim Süleymanov
Komandanın ən yaxşısı: Nicat Qurbanov
Qollar: M.Deviç, 10 (1:0, B.Soltanov). N.Qurbanov, 19 (1:1, C.Tağıyev). E.Məmmədov, 34-p. (1:2). Ş.Əliyev, 43 (1:3, Y.Nəbiyev). Ü.İsgəndərov, 85 (1:4, Ş.Əliyev).
Vərəqələr: V.Kvaşuk, 20 (qeyri-idman hərəkəti). M.Deviç, 90+5 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Maşallah Əhmədov (Bakı).
19 avqust. Masazır. Əlincə Arena. 500 tamaşaçı (13000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Turun son qarşılaşmasında “Sabah”la “Sumqayıt” üz-üzə gəldi ki, tərəflər mövsümün açılış oyunundan fərqli əhval-ruhiyyə ilə ayrılmışdılar. Debütant çoxlarının gözləmədiyi halda “Keşlə”ni səfərdə yenmiş, “gənclik şəhəri” təmsilçisi isə “Neftçi”yə uduzmuşdu. Elşad Əhmədov “qalib heyəti dəyişməzlər” prinsipinə sadiq qalmışdısa, Nazim Süleymanov yarı məcburi, yarı taktiki gedişli dəyişikliklərə əl atmışdı. Təcrübəli mütəxəssis cəzalı Vurğun Hüseynovun yoxluğunda Şəhriyara güvənməklə kifayətlənməmiş, taktiki yenilik edərək “beşli” müdafiəyə keçmişdi. Belədə mərkəzdə Rail, Şəhriyar və Bəxtiyar yer almış, Ariflə Yusif isə cinahlarda qərarlaşmışdılar. Əfran İsmayılovun Həcc ziyarətinə getməsi Elvinin start heyətində yer almasını şərtləndirmişdi. Bundan başqa, “Neftçi” ilə oyunda ilk 45 dəqiqədə meydanda olan Ülvinin əvəzinə Nicat Qurbanov start heyətində, hücumun sivri ucunda yer almışdı. “Sumqayıt”dakı bu dəyişikliklər darmadağında həlledici oldu.
Oyuna fəal başlayan qonaqlar elə ilk hücumda qol vura bilərdilər. Elvinin cinah ötürməsini Aleksey məntiqi sonluğa çatdıra bilmədi. Halbuki penalti nöqtəsinin üstündə topa yarıtmaz zərbə endirən yarımmüdafiəçiyə heç kim mane olmurdu. “Sumqayıt” topa daha çox nəzarət edən tərəf olsa da, 10-cu dəqiqədə qapısında qol gördü. Cinah həmləsindən sonra Məqsədin asmasını dəf edən sumqayıtlılar Bəxtiyarın Deviçə təhlükəli ötürməsinin qarşısını kəsə bilmədilər və beləliklə, təcrübəli forvard tək toxunuşla topu tora qovuşdurdu.
“Sumqayıt” dərhal tarazlığı bərpa edə bilərdi. Nicatın təhlükəli reydini son anda Turabov riskli müdaxilə ilə kəsə bildi. Ancaq Qurbanov 19-cu dəqiqədə istəyinə çatdı. Ləng davranan Kvaşukun topu itirməsindən sonra Cavid Tağıyev Nicatı cərimə meydançasına göndərdi ki, sonuncu təkbətəkdən maksimum yararlandı.
Hücumlara ara verməyən “Sumqayıt” 21-ci dəqiqədə yenidən meydan sahiblərini həyəcanlandırdı. Alekseyin qayçıvari zərbəsi “çərçivə”ni tapsaydı, şübhəsiz, turun ən baxımlı qolu olacaqdı. Bununla belə, 34-cü dəqiqədə qonaqlar hesabda önə keçməyi bacardı. Rəqibə başağrı olan Nicatı Kərim cərimə meydançasında kobudluqla dayandırdı ki, Əliyar Ağayev dərhal “nöqtə”ni göstərdi. Topun arxasına keçən Elvin komandasını önə keçirdi. “Sabah”ın azsaylı hücumlarından biri isə 38-ci dəqiqəyə təsadüf etdi. Məqsədin çarpaz zərbəsi cüzi fərqlə dirəyin dibindən keçdi. Ancaq oyunda növbəti qol da debütantın qapısına vuruldu. Fasiləyə 2 dəqiqə qalmış künc zərbəsi vurmaq imkanı qazanan qonaqları Şəhriyar sevindirdi. Yusifin cərimə meydançasına havalandırdığı topu müdafiəçi yaxın dirəyin dibindən başla tora atdı – 1:3.
Elşad Əhmədov ikinci hissəyə iki dəyişikliklə başladı ki, İmamverdiyevlə Nəbiyevin oyuna qoşulması da heç nəyi dəyişmədi. Düzdü, fəallıq hiss olunurdu, ancaq ötürmələrdəki səhvlər hücumların kəsərini azaldırdı. Elə “Sumqayıt”ın da fasilədən sonrakı hücumları dağınıq alınırdı. 56-cı dəqiqədə “Sabah”ı Stamenkoviç qoldan xilas etdi. Alekseyin uzaqdan zərbəsini dəf edən serb qolkiper Tağıyevin təkrar toxunuşuna da əngəl oldu. 72-ci dəqiqədə Nicat rəqib qapıçı ilə təkbətək çıxsa da, Stamenkoviç yenə fərqin darmadağın həddinə çatmasına imkan vermədi. Bir qədər sonra isə 1 dəqiqə ərzində hər iki qapı önündə real qol imkanı yarandı. Standart vəziyyətdən sonra qapıçını da keçən topu boş qapıdan keçirməyə çalışan Elvinə Məqsəd mane oldu və “Sabah”ın əks-hücumu üçün imkan yarandı. İmamverdiyev Mehdi Cənnətovla dueldən qalib ayrıla bilmədi. 85-ci dəqiqədə isə “Sumqayıt” fərqi 3 topa çatdırdı. Düz meydanın mərkəz xətti üzərində İmamverdiyevlə hava mübarizəsindən qalib ayrılan Şəhriyarın başla irəli göndərdiyi top 10 dəqiqə əvvəl oyuna qoşulan Ülvinin önünə düşdü. Bir anda qapıçı ilə təkbətək çıxan gənc hücumçu qüvvətli zərbə ilə oyunda son nöqtəni qoydu – 1:4. Beləliklə, “biratımlıq barıtı” olan “Sabah” üzərində əzmkar, inamlı qələbə qazanan “Sumqayıt” ötənmövsümkü ruhunu büruzə verdi.
MİRAĞA

Gözdən qaçmadı
* Oyunun başlamasına yarımsaat qalmış media sektorunun üstündəki projektorda qısaqapanma oldu, hətta alovlanma baş verdi, amma tez də söndü. Bununla belə, bir neçə dəqiqə sonra bütün stadionda işıq söndü, arena qaranlığa qərq oldu. Bu, bir neçə dəqiqə davam etdi. İşıqların oyunun gedişində də sönəcəyindən ehtiyatlanan arena rəhbərliyi generatoru işə saldı.
* Media sektorunda internet bağlantısı zəif idi, daha sonra, ümumiyyətlə, kəsildi. Mətbuat xidməti problemin provayderdən qaynaqlandığını deyib media işçilərindən üzrxahlıq etdi.
* Vadim Abdullayevin 4-5 tanışı ona dəstək verir, tribunaya yaxınlaşanda tez-tez onu səsləyir, futbolçu da hər dəfə buna reaksiya verirdi. Ancaq hər iki tərəf xoşagəlməz halla üzləşdi. Vadim birinci hissədən sonra əvəzləndi, yaxınlarından biri isə tribunadan enərkən yıxıldı və telefonu əlindən düşüb qırıldı.
* Matçdan sonra “Sumqayıt”ın prezidenti Riad Rəfiyev və vitse-prezident Vaqif Ömərov komandanın paltardəyişmə otağına baş çəkdi. Nə vəd etdilərsə, futbolçuların alqış səsi yüksəldi. Ömərov otaqdan çıxanda ona zəng gəldi və çox güman, onu təbrik edən “Neftçi”nin prezidenti Kamran Quliyev idi. Hər halda, Vaqif bəyin cavabından belə anlaşıldı: “Təbriklərin üçün çox sağ ol, Kamran müəllim. Mən də sizi təbrik edirəm”.

Reaksiyalar
Nazim Süleymanov: “Qələbə olan yerdə əhval-ruhiyyə də yaxşı olur. Bu əhvalı da futbolçular yaratdı. Uşaqlara təşəkkür edirəm. Hələ axtarışdayıq. Bununla belə, futbolçular istəyimizi lazımınca yerinə yetirdilər. Amma bundan da yaxşı çıxış edə bilərlər. “Beşli” müdafiə ilə oynadıq. Futbolçuların keyfiyyətlərini və belə sistemdə oynamağı bacardıqlarını bilərək, bu taktikaya üstünlük verdik. Növbəti turda Vurğun Hüseynov qayıdacaq. Bu gün qol vuran Şəhriyar Əliyev və ya onun xidmətindən yararlanacağımı indidən deyə bilmərəm. Növbəti turadək 5-6 gün vaxtımız var. Hər şey məşqlərin gedişindən asılıdı. Böyükhesablı qələbəyə baxmayaraq, eyforiyaya qapılmaq lazım deyil. Futbolçular bilməlidi ki, bu bizim işimizdi. Çalışmalıyıq qələbələri sıralayaq. Sadəcə, indi qələbə sevincini yaşamaq, sonra isə gələcək oyunları düşünmək lazımdı. Əfran İsmayılovun bu gün heyətdə olmaması səbəbsiz deyil. O, hələ müqavilə bağlayanda demişdi ki, bu arada 9-10 gün komandada olmaya bilərəm. Əfran hazırda Həcc ziyarətindədi. Biz ona icazə vermişik. Allah ziyarətini qəbul etsin.
Hücumçu axtarışımız davam edir, danışıqlar gedir. Buna baxmayaraq, bu gün ön xətdə çıxış edən futbolçularımız özlərini doğrultdular. Əvvəlcə Nicat Qurbanov, sonra isə Ülvi İsgəndərov fərqləndi. Qoy elə oynasınlar ki, biz yeni hücumçu üçün dağa-daşa düşməyək, elə onlarla kifayətlənək”.
Elşad Əhmədov: “Oyuna zəif başladıq. Futbolçularımız məşqlərdə düşündüklərimizi edə bilmədilər. Fasilədə uşaqlara dedim ki, istədiyimiz oyunu sərgiləməsək, çətinlik çəkəcəyik. Bəzi çətinliklərimiz oldu. Növbəti oyunlarda səhvləri aradan qaldırmağa çalışacağıq. Etiraf etmək lazımdı ki, “Sumqayıt” da gözlədiyimizdən yaxşı çıxış etdi. Deməzdim ki, rəqibin hücumçusu yoxdu. “Sumqayıt” bu gün yaxşı təsir bağışladı. Biz isə müdafiədəki səhvlər üzərində düşünməliyik. Cəmi iki ayın komandasıyıq. Bu məğlubiyyətdən dərs çıxarmalı, səhvlər üzərində çalışmalıyıq. İlk turda “Keşlə”ni yenmişdik, amma inanmıram ki, bu səbəbdən “Sumqayıt”a saymazlıq olsun. Ola bilsin, arxayınlıq olsun. Amma oyundan əvvəl diqqətli olmalarını tapşırmışdıq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar