21 avq 21:55liqa, reportaj

“Keşlə”dən möhtəşəm geridönüş

“Keşlə”dən möhtəşəm geridönüş
Ayxan Abbasov Milinkoviçlə razılaşmadı
6. Zirə – Keşlə 2:2 (2:0)

1. Anar Nəzirov (k) – 5,0
26. Miloş Radivoyeviç – 5,5
39. Sadiq Quliyev – 5,5
5. Adil Nağıyev – 5,0
2. İlkin Qırtımov- 5,0
6. Vüqar Mustafayev – 5,5
38. İlkin Muradov – 5,0
(3. Budaq Nəsirov, 62) – 5,0
77. Mirsahib Abbasov – 5,5
(88. Tellur Mütəllimov, 66) – 5,5
11. Dilan Duventru – 5,5
10. Sadio Tounkara – 6,0
7. Pərdis Fərcad-Azad – 6,5
(17. Vüsal İsgəndərli, 85) – qiymətsiz
Ehtiyat oyunçular
85. Kamal Bayramov
4. Müşfiq İlyasov
8. Kamal Mirzəyev
13. Murad Musayev
16. İbrahim Aslanlı
98. Aqşin Quluzadə
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Pərdis Fərcad-Azad

1. Kamran Ağayev (k) – 5,5
4. Slavik Alxasov – 6,0
33. Tərlan Quliyev – 5,5
3. Denis Silva - 6,5
2. Sərtan Taşkın – 5,5
22. Nikola Mitroviç – 5,5
90. Ebrima Sohna – 5,5
(7. Vaqif Cavadov, 75) - 4,5
21. Herve Tçami – 6,0
(11. Bahodir Nasimov, 88) – qiymətsiz
17. Samir Məsimov – 6,0
97. Elnur Cəfərov – 5,0
(9. Amil Yunanov, 58) – 4,5
14. Andre Klennon – 5,5
Ehtiyat oyunçular
30. Davud Kərimi
8. Miloş Bosançiç
10. Ruslan Nəsirli
19. Azər Salahlı
27. Adrian Skarlatake
65. Cabir Əmirli
66. Murad Qayalı
88. Məmməd Quliyev
Baş məşqçi: Mladen Milinkoviç
Komandanın ən yaxşısı: Denis Silva
Qollar: M.Abbasov, 2 (1:0). P.Fərcad-Azad, 35 (2:0). S.Alxasov, 53 (2:1). A.Klennon, 90+1 (2:2).
Vərəqələr: P.Fərcad-Azad, 15 (qeyri-idman hərəkəti). İ.Muradov, 55 (qeyri-idman hərəkəti). A.Nəzirov, 89 (oyunun bərpasını ləngitmək). V.Mustafayev, 90 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Vüsal Qənbərov, Rauf Cabbarov (hamısı Bakı).
Hakim-inspektor: Məhəmməd Məmmədov (Gəncə).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
18 avqust. Şüvəlan. AZAL Arena. 400 tamaşaçı (3050 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Yarandığı gündən AZAL-a xidmət edən “AZAL Arena” bir ildən çoxdu bu qədər azarkeşin üzünə həsrət qalmışdı. Şənbə günü stadionun yolunu tutanlar təkcə azarkeşlər yox, həm də futbol camiəsinin üzvləri, rəqib komandaların rəsmiləri, əcnəbi futbolçuların yaxınları və jurnalistlər idi. Yolboyu Şüvəlana “Zirə”ylə “Keşlə”nin oyununu işıqlandırmaq üçün yollandığımı heç cür təsəvvür edə bilmirdim. İstər-istəməz adama isti gəlmirdi. Bu azmış kimi, media sektorunun giriş qapısının yanında uzun illər AZAL rəsmisi kimi görməyə alışdığımız Eldəniz Yusifovu görmək. Lakin o bu dəfə fərqli klubun – “Keşlə”nin uğurları üçün çalışır. Hakimin start fitindən sonra çətin də olsa, ümumi ab-havaya öyrəşmək mümkün oldu.
Ayxan Abbasovun start “11-liy”i gözlənilən olsa da, Mladen Milinkoviç təkcə oyunu izləyənləri yox, “Keşlə”də çalışanları da təəccübləndirməyi bacarmışdı. Serb mütəxəssis “Sabah”la oyunla müqayisədə birdən-birə 5 əvəzetməyə əl atmışdı ki, onlardan üçü – Samir Məsimov, Elnur Cəfərov və Nikola Mitroviç komandaya son bir-iki həftədə qoşulanlar idi. Ciddi mənada riskə getmişdi.
Lakin nə onun, nə də bizim ağlımıza gələrdi ki, oyunboyu rəqibdən üstün təsir bağışlayacaq qonaqlar startda qol buraxar, hissənin gedişində ikinci dəfə mərkəzə dəvət olunar. Amma bu baş verdi. Azarkeşlər tribunadakı yerini tutmamış səhnəyə “Keşlə”nin sələfi olan “İnter”in yetirməsi Mirsahib Abbasov çıxdı. 35-ci dəqiqədə isə ötən mövsümü “Keşlə”də keçirmiş Pərdis hesab arasındakı fərqi artırdı. Bir oyunun axarına, bir də tablodakı rəqəmlərə baxanda adam gözlərinə inana bilmirdi. Di gəl ki, meydan sahiblərindən fərqli, “qırmızılar” ələ düşən imkanlardan maksimum yararlanmağı bacardı. 41-ci dəqiqədə “Zirə” 3-cü qolu vurub oyunun taleyini elə ilk yarıda həll etməliydi. Kamran Pərdisin dubl etməsinə əla reaksiya ilə imkan vermədisə, Sadionun boş qapıya təkrar zərbəsindən sonra top hədəfə düşmədi.
Fasilədən sonra yenə bir qəhrəmanın benefisinə tamaşa etməli olduq. “Keşlə” qol vurmaq üçün bütün mümkün imkanlardan istifadə edir, rəqib isə pusquda durmuş yırtıcı kimi şikarını gözləyirdi. Lakin şikar yırtıcının əlinə düşmədi. Çətin də olsa, özünə yol tapıb parçalanmaqdan azad oldu. Slavik Alxasovun uzaqdan yerinə yetirdiyi cərimə zərbəsi Anar Nəzirovun səhvi nəticəsində hədəfə tuş gəldi. Hesab arasındakı fərqin azalmasından həvəslənən keşləlilər çox çalışsalar da, lazım olan qolu vura bilmirdilər. Vəziyyətin çıxılmaz olduğunu görən Milinkoviç riskə getdi. Öncə Vaqiflə Amili, daha sonra Bahodiri döyüşə atan təcrübəli çalışdırıcı əvəzetmələrin bəhrəsini gördü. Məhz Bahodirin baş zərbəsindən sonra Nəzirov topu tutmaqda çətinlik çəkincə, Klennon təkrar zərbə ilə “Keşlə”lilərə həyat verdi. Halbuki hələ buna qədər bir neçə qol vurula bilərdi. “Zirə”dən Duventru, “Keşlə”dən isə Amillə Tçami əlverişli imkanları boşa vermişdilər. Amil demişkən, yığmaya dəvət alacağına ümid edən hücumçu son saniyələrdə qəhrəman ola bilərdi. Lakin qol şansını tələsik zərbə ilə boşa verib, “Keşlə”də parlaya bilməyəcəyini deyənlərin əlinə əsas verdi.
HƏBİB

Gözdən qaçmadı
* Bir ildən çoxdu premyer-liqa oyunlarına həsrət qalan “AZAL Arena”da yerdəyişmə baş verib. Arena rəhbərliyi nə düşünübsə, VİP-lojanın əvvəlki media sektoruna, media sektorunun isə onun yerinə köçürülməsinə qərar verib.
* Stadionun tablosunun işləməsi xoş hal idi. Amma saatla bağlı problem illər keçsə də, həllini tapmaq bilmir ki, bilmir. Oyun saat 20.30-da start götürəndə, tablodakı əqrəblər 21.30-u göstərirdi.
* Oyunboyu özünü meydan sahibi komandanın azarkeşi kimi aparan “Keşlə” fanatları 90 dəqiqə boyunca susmaq bilmədi. Futbolçuları həvəsləndirmək üçün müxtəlif pankartlardan istifadə edən tərəfdarların Tərlan Quliyevin böyüdülmüş şəklini göstərməsinin səbəbi maraqlı idi.
* 10-cu dəqiqədə Pərdis Fərcad-Azad Kamran Ağayevə qarşı sərt oynadı ki, nəticədə hər ikisi zədələnib yerdə qaldı. Epizodun davamında Kamranın sabiq komanda yoldaşını “yağlamasının” səbəbini bilmək çətin deyildi.
* Pərdis rəqib qapısına yol tapandan sonra sevincinin həddi-hüdudu yox idi. Bu, onu “Keşlə”dən uzaqlaşdıranlara layiqli cavab idi. Odu ki, üzünü mərkəzi sektora tutub “sus” işarəsi verməsi anlaşılan idi. Lakin istəyinə çatdığını demək olmaz. Çünki nə onu komandadan göndərən Yuri Maksimov stadionda idi, nə də baş məşqçinin qərarını dəstəkləyən klubdakı əsas söz sahibi Zaur Axundov.
* Fasilədə giriş qapısının yanında dayanan “Keşlə” rəsmilərinin narahatlığı başadüşülən idi. Komandaları hesabda 0:2 geridəydi deyə, özlərinə yer tapa bilmirdilər. Aralarında birinin digərinə müraciətdə “Pərdisi öz əlləri ilə verdilər, indi başımıza oyun açır” deməsini Zaur Axundov eşitsəydi, vay hallarına.
* Matç başa çatandan sonra Mladen Milinkoviç sevincli görünürdü. O qədər sevincli idi ki, rəqib həmkarının əlini sıxmaq əvəzinə, meydana daxil olub hakimlərə təşəkkür etdi. Sonradan Abbasovu axtarsa da, artıq gec idi. Ayxan bəy paltardəyişmə otağına yollanmışdı.
* “Keşlə”nin paltardəyişmə otağı konfrans zalı ilə yanaşı olduğundan, oyundan sonra Denis Silvanın dəhlizdə yerdə oturub iki əli ilə başını tutduğunu hamı gördü. Lakin çox keçmədən ayağa qalxıb komanda yoldaşlarının yanına keçdi.

Reaksiyalar
Mladen Milinkoviç: “Fikrimcə, hər iki komandanın ifasında maraqlı oyuna tamaşa etdik. Möhtəşəm geridönüş edən futbolçularımı təbrik etmək istəyirəm. Əsl xarakter göstərdilər. Erkən qolun oyunun axarına ciddi təsiri oldu. Fasilədə uşaqlara dedim ki, ilk 10-15 dəqiqədə qol vura bilsək, uduzmayacağıq. Gördüyünüz kimi, son saniyələrdə qələbə topunu da vura bilərdik. Eyni zamanda ilk hissənin 3:0 rəqibin xeyrinə başa çatması da mümkün idi. Oyuna nəzarət 70-80 faiz tərəfimizdə idi. Məncə, ilk oyundan daha yaxşı oynadıq. Uzunmüddətli fasilədən sonra daha yaxşı “Keşlə” görəcəksiz... Düz qeyd edirsiz, “Sabah”la görüşlə müqayisədə əsas heyətdə 5 futbolçunu dəyişməyim böyük risk idi. Riski sevirəm, həyat risklərdən ibarətdi. O ki qaldı 4 müdafiəçi ilə oynamağıma, burda qeyri-adi heç nə görmürəm. Onsuz da futbolçu səhv edəndə 4 müdafiəçili sistemdə də edir, “beşli”də də. Mənim üçün vacib olan komandanın oyun modelidi, hansı mövqedə neçə nəfərin oynaması yox. Həm də daha çox hücumameyilli futbolçulara şans verməyin tərəfdarıyam. Bilirdim ki, “Zirə” əks-hücumlarda təhlükəlidi. Ona görə də daha çox sürətli oyunçulara güvənməyi qərara aldım. Halbuki tez-tez dəyişiklik etməyin tərəfdarı deyildim. Vaqif Cavadov? Çox yaxşı oyunçudu, eşitdiyimə görə, vaxtilə ölkənin aparıcı futbolçularından olub. Düzdü, tapşırıqlarımı tam yerinə yetirə bilmədi. Ona görə də bəzi epizodlarda əsəbləşirdim. Çünki hər bir məşqçi təcrübəli futbolçudan daha artığını gözləyir. Bu gün “Keşlə”də ulduz yoxdu. Ola bilsin, bu sözü ötən mövsüm Sezar Mezar Kolliyə aid etmək olardı. Amma hazırkı durumda belə birini görmürəm. Bosançiç ötən görüşdə zədə almışdı deyə, həftəiçi normal hazırlıq keçməmişdi. Ona görə də ehtiyatda qalmışdı. Pərdisə gəlincə, yaxşı futbolçudu, amma nəsə demək artıq gecdi. Onun əvəzinə layiqli birini axtarsaq da, hələ də tapa bilməmişik. Pərdis təkcə “Zirə”də və “Keşlə”də yox, daha güclü komandalarda oynaya bilər. Komandanı gücləndirmək üçün yeni futbolçular axtarırıq. Ayın sonuna qədər hücumameyilli oyunçu tapa bilsək, müqavilə bağlanacaq”.
Ayxan Abbasov: “İlk hissədə istədiyimiz hücumlar alındı, qollar vurduq. Hətta fasiləyə 3 top fərqi ilə üstün yollana bilərdik. “Keşlə”nin üstün cəhəti standart vəziyyətlərdi deyə, əsasən bu baxımdan təhlükə yaradırdılar. İkinci yarının əvvəlindəki qol rəqibi həvəsləndirdi. Təəssüf ki, qələbə qazana bilmədik. Müdafiəçilərin təzyiq altında olduğunu deməzdim. Sadəcə, diqqətsizlik etdilər, səhvə yol verdilər. Bu da futbolun bir hissəsidi. Fikir verdizsə, son dəqiqələrdə 3 hücumçu ilə oynayırdılar. Bu da istər-istəməz hücum potensiallarını artırırdı. O anlarda əks-hücumlarda yaratdığımız vəziyyətləri dəyərləndirə bilsəydik, indi başqa şeylərdən danışırdıq. Sadəcə, rəqib futbolçular üstümüzə gələndə daha soyuqqanlı olmaq lazım idi. Milinkoviç hansı hesablama cihazı ilə oyuna 70 faiz nəzarət etdiklərini deyib, bilmirəm. Baxın, hansı komanda daha çox qol şansı yaxaladı? Mənim üçün vacib olan budu. Fikrimcə, 2:2 oyunun ədalətli nəticəsi idi... Anar Nəzirov təcrübəli futbolçudu, kapitandı. Bir səhvə, yaxud zəif oyuna görə onu günahlandırmaq istəmirəm. Nə dərəcədə bacarıqlı olduğunu dəfələrlə göstərib. Pərdisə nəsə deməyə ehtiyac yox idi. O həmişə meydanda aqressivliyi ilə seçilib. Yadımdadı, “Keşlə”nin heyətində bizə qarşı oynayanda, müdafiəçilərimizin hamısını zədələmişdi. “Zirə”yə yeni gələndə “Keşlə”dəki haqsızlıqdan danışırdı, qəbul edə bilmirdi. Fərdi söhbətlər hesabına keçmişdə yaşananları unutdurmağa çalışdıq. Bəlkə də özü-özlüyündə bu rəqibə qarşı daha aqressiv oynayırdı, amma xüsusi olaraq ona nəsə deməmişdik”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar