21 avq 21:39liqa

İkinci tura qol “yağdı”

İkinci tura qol “yağdı”
Premyer-liqada artıq 2-ci tur da arxada qaldı. Beləliklə, kimin çempionata nə qədər hazır olub-olmadığı haqda mülahizə yürütmək olar.
“Qarabağ” mövsümə “quru” hesablı qələbə ilə başladı. Qurban Qurbanov “Səbail”lə görüşə “ikinci heyət”lə çıxsa da, əsasən az şans qazanan futbolçulara şans versə də, çempion yenə səviyyəsini ortaya qoydu. ÇL-də komandaya kömək edə bilmədiyinə görə tənqid olunan Mahir Mədətov dubl etdi və belədə təzyiqdən nisbətən “sığortalandı”. Çətin ki, Qurban Qurbanov 3-cü tura da ehtiyat qüvvəylə çıxsın. Belədə “Neftçi” favorit olacaq. Qurbanov millinin oyunları ərəfəsindəki tura həm də yığmanın baş məşqçisi kimi diqqət yetirəcək, namizədləri gözdən keçirəcək.
“Keşlə” premyer-liqanın açılış turunda debutant “Sabah”a uduzmaqla azarkeşlərini üzmüşdü. Odu ki, Mladen Milinkoviçin komandası məğlub olmağı ağlının ucundan belə keçirmirdi. “Zirə” isə çempionata qələbəylə başlamağı qarşısına məqsəd qoymuşdu. Hadisələrin axarı Ayxan Abbasovun ürəyincə idi, erkən qol vuran qəsəbə təmsilçisi ilk hissəni 2 top fərqiylə öndə başa vurmuşdu. Ancaq təslim olmayan keşləlilər bütün hücum potensialını döyüşə atmaqla məğlubiyyətdən qurtula bildilər. Geridönüş edən Milinkoviçin komandası növbəti turda, nəhayət, qələbənin dadını hiss edə bilər. Axı rəqib “Səbail”di. Həmin “Səbail” ki, 2 turdan sonra xal qazanmayan və qol vurmayan yeganə komandadı.
Ardıcıl 2 qələbə sayəsində zirvədə qərarlaşan “Neftçi” üçün “Qəbələ” ilə oyun asan olmadı. “Ağ-qaralar” göstərdi ki, “Qarabağ”la çempionluq mübarizəsi üçün əsas namizəd odu. Yeri gəlmişkən, Roberto Bordinin komandası növbəti turda məhz ağdamlılarla qarşılaşacaq. Bakılılar rəqibinin iki “cəbhə”də mübarizə aparmasından yararlanmalıdı. “Neftçi” hələ ki “bərk qoz” təsiri bağışlayır. Ötən turda yerli oyunçular fərqlənmişdisə, bu dəfə qol vuranlar legionerlər oldu. “Qəbələ”ni də indidən hesabdan silmək olmaz. Sənan Qurbanovun yetirmələri xüsusilə ikinci hissədəki oyunu ilə Roman Qriqorçukun dövründəki komandanı xatırlatdı. Sadəcə, qol imkanlarının reallaşdırılması baxımından problem var. Düzdü, bu, “Səbail”lə görüşdə hiss olunmadı, ancaq qarşısına “Neftçi” çıxan kimi problemlər göründü. Əsas odu ki, komanda qol vəziyyəti yarada bilir, istək və dəst-xətt həminkidi. “Qırmızı-qaralar”ı növbəti turda “Sumqayıt”la oyun gözləyir. Bölgə təmsilçisi növbəti sınaqdan qalib ayrılsa, ilk “3-lük”də möhkəmlənib 3 həftəlik fasiləyə nikbin əhval-ruhiyyədə yollanacaq.
“Sabah” - “Sumqayıt” matçının nəticəsi çoxları üçün sürpriz oldu, ancaq debutant arxayınlığın cəzasını çəkdi. Baş məşqçi Elşad Əhmədov da etiraf edir ki, “arxayınlıq olub”, “Sumqayıt” onların gözlədiyindən yaxşı oynayıb”… Premyer-liqada buraxılan ilk qol(ların)un və məğlubiyyətin acısını darmadağınla yaşayan debutant bu “sillə”dən dərs çıxarmalıdı. Hələ bunun “Qarabağ”ı, “Qəbələ”si, “Neftçi”si var. Elə bazar günü “Zirə” ilə oyun da asan olmayacaq. Əslində bu komandanın potensialı var. Yetər ki, bu potensialdan düzgün yararlana biləsən. Ən azı Marko Deviç kimi “silah” var. Ukraynalı ardıcıl ikinci oyunda da fərqlənərək, qolçuluq keyfiyyətlərini ölkəmizdə də nümayiş etdirməkdədi. Nazim Süleymanovun komandası haqda nə demək olar? Sumqayıtlılarda bəlkə də ötənmövsümkü sürət çatışmır, pressinq azalıb. Amma təcrübəli mütəxəssis komandasının potensialını top saxlamağa, kombinasiyalı hücumlar təşkil etməyə yönəldib. “Neftçi” ilə matçda bu keyfiyyətlərini ilk yarının 15-20 dəqiqəsi ərzində nümayiş etdirə bilmişdilərsə, “Əlincə Arena”da meydanda bir komanda var idi…
İkinci tur həm də məhsuldarlığı ilə yadda qaldı. Hər oyunda ən azı 2, ümumilikdə 14 qol vuruldu. Bu isə orta hesabla 3,5 top deməkdi. Maraqlıdı ki, qol sayı artan sıra ilə əks olundu: 2, 3, 4, 5…
Topaz premyer-liqası
1-ci dövrə, 2-ci tur
18 avqust
Səbail – Qarabağ 0:2
Zirə - Keşlə 2:2
19 avqust
Neftçi – Qəbələ 2:1
Sabah – Sumqayıt 1:4
1. Neftçi 2 2 0 0 4-1 6
2. Qəbələ 2 1 0 1 4-2 3
3. Qarabağ 1 1 0 0 2-0 3
4. Sumqayıt 2 1 0 1 4-3 3
5. Sabah 2 1 0 1 2-4 3
6. Zirə 1 0 1 0 2-2 1
7. Keşlə 2 0 1 1 2-3 1
8. Səbail 2 0 0 2 0-5 0
Bombardirlər: Mahir Mədətov (Qarabağ), Marko Deviç (Sabah) – 2.
Növbəti turun oyunları: 25 avqust - Qəbələ – Sumqayıt, Zirə – Sabah; 26 avqust - Qarabağ – Neftçi, Keşlə – Səbail.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar