16 avq 19:03liqa

“Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi

“Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi
“Sumqayıt"ın qapıçıya ehtiyacı var, mənim də oynamağa”
“Keşlə”də Kamran Ağayevin kölgəsində qalan və heç cür “1 nömrə” ola bilməyən Orxan Sadıqlı azı qışa kimi karyerasını “Sumqayıt”da davam etdirəcək. Bir neçə gün idi ki, tərəflər qapıçının keçidini müzakirə edirdi. Nəhayət, dünən ortaq məxrəcə gəlinib. Düzdü, Sadıqlı “gənclik şəhəri” təmsilçisində icarə əsasında çıxış edəcək. Həm də bakılılar onun uzun müddətə yox, qışa qədər “Sumqayıt”da oynamasına razılıq verib. Orxan “Sumqayıt”da oynamağa, “Sumqayıt”ın da onun xidmətinə ehtiyacının olduğunu deyir: “Artıq “Sumqayıt”ın oyunçusuyam, sabahdan (bu gündən) yeni komandamda məşqlərə qatılacam. İlk növbədə "Keşlə" rəhbərliyinə keçidimə şərait yaratdıqlarına görə təşəkkürümü bildirirəm. Hələ mövsümün hazırlığına yeni başlayanda "Sumqayıt"dan mənə təklif gəlmişdi. Ancaq Avroliqaya hazırlaşırdıq, getməyim yaxşı qarşılanmazdı, ona görə "Keşlə"də qalmağa üstünlük verdim. Görürəm ki, "Sumqayıt"ın da qapıçıya ehtiyacı var, mənim də oynamağa. Oynamağım üçün ən yaxşı variant olduğuna görə dəyərləndirdim. "Sumqayıt" məni heyətində görməyi çox istədi, bizim rəhbərliklə danışdılar və ortaq məxrəcə gəldilər. Məni 6 aylığa icarəyə götürüblər. Yanvara qədər "Sumqayıt"da oynayacam. Bundan sonra ola bilsin, "Keşlə"yə qayıtdım. Hələ heç nə bilinmir. "Keşlə" ilə növbəti mövsümün sonuna qədər müqaviləm var.
"Keşlə" hədəfləri olan klubdu. Rəhbərlik də, baş məşqçi də qalmağımı, ikinci güclü qapıçıya ehtiyac duyduqlarını deyirdilər. Ancaq mən oynamaq istəyirəm. Kamran Ağayevi də başa düşürəm, millinin əsas qapıçısıdı, o da oynamalıdı. Burda Kamranla əsas heyətə düşmək uğrunda nə qədər mübarizə aparsaq da, nə qədər çalışsaq da, bilirdim ki, "Keşlə"də oynamaq şansım azdı. Çünki Kamran Ağayev millimizin "1 nömrə"sidi. Mənim üçün şans yaranıb ki, gedib özümü sübut edim. İnşallah, həm "Sumqayt", həm də mənim üçün xeyirlisi olar. Oynamalıyam ki, özümü inkişaf etdirim. "Sumqayıt"ın iki qapıçısı var. Mehdi Cənnətov ilk qarşılaşmada komandasına kömək etdi. Digəri Süleyman Süleymanovdu, çox gəncdi, 1999-cu il təvəllüdlüdü. Nazim Süleymanovu 2008-ci ildən tanıyıram. Onda "Bakı"nın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi idi. Onun rəhbərliyi altında qısa müddət də olsa, çalışmışam, təcrübəli mütəxəssisdi. İnanıram ki, işbirliyimiz uğurlu olacaq”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Bu gün, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Bu gün, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Bu gün, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Bu gün, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Bu gün, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Bu gün, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Bu gün, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Bu gün, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Bu gün, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Bu gün, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Bu gün, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Bu gün, 12:49 Alesio toplanışı dəyərləndirdi Bu gün, 12:47 İkinci oyunda uduzdular Bu gün, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Bu gün, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Bu gün, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Bu gün, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Bu gün, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Bu gün, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Bu gün, 12:21 Yığma Ukraynaya uduzdu Bu gün, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar