15 avq 23:53liqa

Fərhad Vəliyev karyerasını bərpa etdi

Fərhad Vəliyev karyerasını bərpa etdi
“Karyeramı yeni bitirdiyim üçün yaxşı formadayam”
Premyer-liqanın yeni mövsümünə çox ciddi dəyişikliklə başlayan klublardan biri, heç şübhəsiz, "Səbail”di. Bu mənada paytaxt təmsilçisini hətta “Sabah”dan da “islahatçı” klub saymaq olar. Məşqçilər korpusunu tam dəyişən "Səbail” futbolçu heyətinə də əl gəzdirib. Ancaq biri var ki, o həm məşqçi, həm də futbolçu heyətində yer alıb. Fərhad Vəliyev bir neçə ay öncə karyerası ilə bağlı vacib qərar verdi. Belə ki, təcrübəli qolkiper “Sumqayıt”ın yeni rəhbərliyindən aldığı birillik müqavilə təklifinə “yox” deyib karyerasını bitirdiyini elan etdi və “Səbail”in məşqçisi olmağı üstün tutdu. Amma son anda onu qapıçı kimi sifariş ediblər. Halbuki bir neçə gün öncə PFL-ə təqdim olunan sifariş ərizəsində onun adı yox idi. “Qəbələ” ilə oyunun protokolunda isə o, ehtiyat qapıçı kimi qeyd olunub. Maraqlıdı ki, Vəliyev “50” nömrəli futbolkanı götürüb və bir növ Sumqayıtdan gəldiyinə işarə vurur. Bəs Fərhadın heç kimin gözləmədiyi halda karyerasını bərpa etməsinə səbəb nədi? Məsələ burasındadı ki, 25 futbolçu sifariş edən “Səbail” transfer haqqını qapıçı gətirməklə istifadə etməyib. Vəliyevdən həm qapıçı, həm də qapıçı məşqçisi kimi istifadə etməyi üstün tutan klub bununla da bir sahə oyunçusu almağa zəmin formalaşdırıb. Qeyd edək ki, 3-cü qapıçı olacaq Vəliyev ehtiyac yaranacağı təqdirdə qapıya keçəcək. “Səbail”də “1 nömrə” Emil Balayev, 2-ci qapıçı isə Elxan Əhmədovdu.
Təcrübəli qolkiper məhz baş məşqçi Aftandil Hacıyevin xahişi ilə adının sifariş ərizəsinə salındığını deyir: “Hazırda komandamızda iki qapıçı var – Emil Balayev və Elxan Əhmədov. Hazırlığımla bağlı problem yoxdu. Karyeramı yeni bitirdiyim üçün yaxşı formadayam. Ona görə də baş məşqçimiz Aftandil Hacıyev üçüncü qapıçı qismində sifariş olunmağımı məsləhət gördü. Əlavə qapıçı transfer etməyə ehtiyac duyulmadı. Məni oynayan məşqçi saymaq olar. Lakin meydana çıxmaq ehtimalım çox azdı. Yalnız zəruri halda qapıya keçə bilərəm”.
“Səbail”in zədəlilərlə bağlı problemi isə başından aşır. Ötən mövsümdən qalan tək-tük oyunçudan ikisi – komandanın aparıcı üzvləri ciddi zədədən əziyyət çəkir. Söhbət Eltun Yaqublu ilə Tamazi Tsetsxladzedən gedir. Yaqublu əməliyyat olunsa da, Tamazi gözləmə mövqeyindədi. Gürcü müdafiəçinin iki ay yaşıl meydandan kənarda qalacağı deyilsə də, bu hələ dəqiqləşməyib. Hazırda vətənində olan Tamazinin Gürcüstana da müayinə olunmaq üçün yollandığı bildirilir. Onun qasıq nahiyəsində problem var və zədəsinin nə qədər ciddi olub-olmadığı “chek-up”dan sonra açıqlanacaq. Eltuna gəlincə, yaxınlarda Münhendə əməliyyat olunan kapitan 5-6 gün sonra yenidən Almaniyaya gedəcək. Həkimlər müdafiəçinin əməliyyatdan sonra qaydasında olub-olmadığını yoxlayacaqlar. İstənilən halda, Yaqublu 2019-cu ildən tez məşqlərə başlaya bilməyəcək. Ağabala Ramazanov isə 2 həftə sonra komandaya qoşulacaq. Ötən həftə kor bağırsağından əməliyyat olunan yarımmüdafiəçi artıq evə buraxılıb. O, təxminən iki həftə sonra məşqlərə başlaya biləcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar