15 avq 23:25liqa

Premyer-liqada start təəssüratı

Premyer-liqada start təəssüratı
Arif Əsədov: “Yuri Maksimovun komandası daha balanslaşmış görünürdü”
Avqustun 11-i və 12-də keçirilən oyunlarla premyer-liqada yeni mövsüm start götürdü. Düzdü, başlanğıc heç də mükəmməl alınmadı. Ən azı ona görə ki, ilk turda artıq bir oyun təxirə salındı. Belə ki, açılış matçı avqustun 10-na planlaşdırılmışdı və “Qarabağ”la “Zirə” birincilərin meydanında üz-üzə gəlməliydi. Ancaq “köhlən atlar” BATE ilə oyuna daha yaxşı hazırlaşmaq üçün PFL-ə qəsəbə təmsilçisi ilə matçın təxirə salınmasıyla bağlı müraciət etdi, təşkilatçı qurum da qarşı tərəfin razılığını alandan sonra oyunu təxirə saldı. Sözügedən matçın sentyabrın 26-da keçiriləcəyini də qeyd edək. Beləcə 27-ci ölkə çempionatının ilk oyunu “Dalğa Arena”da “Sumqayıt”la “Neftçi” arasında gerçəkləşdi. Bununla da daha bir marafona, hədəfə çatmaq yolunda bir-birinə güzəşt etməyəcək komandaların mübarizəsinə start verildi. Sonda kimin hansı yeri tutacağını, elita iştirakçılarından hansıların məqsədinə çatıb-çatmayacağını zaman göstərəcək. İndidən bu haqda qəti proqnoz vermək çətindi. Bununla belə, başlanğıc təəssüratını bölüşmək olar. Söhbət təkcə komandaların ilk sınaqda necə təsir bağışlamasından getmir. Ümumilikdə startda yaranan suallara, çatışmazlıqlara, müsbət və mənfi məqamlara nəzər yetirmək olar.
Azarkeş sayı
Premyer-liqanın birinci turunun oyunları zamanı tribunalarda 1700 nəfər azarkeş olub. Bu da hər oyuna orta hesabla 566 tamaşaçı deməkdi. “Qəbələ” – “Səbail” görüşünü 600, “Keşlə” – “Sabah” matçını 300, “Sumqayıt” – “Neftçi” duelini isə 800 futbolsevər izləyib. Təbii, üç çempionat oyunu üçün tamaşaçı sayının 2 minə çıxmaması acınacaqlı mənzərədi. Halbuki premyer-liqanın startı olduğundan azarkeşlərin stadionlara həvəslə yollanacağını düşünürdük. Deyək ki, “Dalğa Arena” “Sumqayıt”ın öz stadionu deyil və məhz bu üzdən də həmin oyunda azarkeş sayı mini aşmadı. Hərçənd bir neçə klubun stadionu təmirə bağlandığı üçün Mərdəkandakı arenaya sığınması say məsələsində hələ çox xəyal qırıqlığı yaradacaq. “Dalğa Arena”ya gediş-gəlişin “su içimi” omadığını hamı bilir. Xüsusən bizim canına əziyyət vermək istəməyən tamaşaçılar üçün belə bir şey göydən düşmüş oldu. Bəhanə var – yol uzaqdı. “Dalğa Arena”nı kənara qoyaq. Hər halda, stadionlar hazır olanda hər kəs öz doğma meydanına dönəcək. Bəs digər qarşılaşmalar? Yerli mütəxəssisə həvalə olunan “Qəbələ”nin ilk oyununa bazar günü, münasib saatda və sərin havada cəmi 600 tamaşaçı gəlirsə, artıq sözə ehtiyac qalmır. Onsuz da bu şəhərdə futbola marağın olmadığını dəfələrlə yazmışıq. Gələnlərin yarıdan çoxunun tuma “güc verməsi”, gedəndən sonra oturacaqlarda “dərin iz buraxması” ayrı bir dərddi. “Keşlə” – “Sabah” görüşündə isə təəccüblənmədik. Aşağı-yuxarı elə bu qədər tamaşaçının gələcəyini gözləyirdik. 8 klubdan 7-si ev oyunlarını paytaxtda keçirirsə, qalan yeganə komanda isə məşqlərini Bakıda keçib, oyunda-oyuna bölgəyə yollanırsa, boş tribunalar hələ çox “göz oxşayacaq”.
Diqqəti çəkən məqamlar
Təbii, ilk turda yaddaqalan məqamlar oldu. Bir neçə baş məşqçinin, eləcə də ölkəmizə yeni gələn legionerlərin çempionatımızda debütünü, bəzi əcnəbi oyunçuların premyer-liqaya dönüşünü qeyd edə bilərik. “Neftçi”nin baş məşqçisi Roberto Bordinin mətbuat konfransında mərhələli tərcümə də diqqəti çəkdi. Paytaxt klubundan yaranan durumla bağlı verilən açıqlama ötən sayımızda var idi. Daha bir yaddaqalan an Qəbələdə yaşandı. Belə ki, çempionatın Əsasnaməsinə görə futbolçuların formasının arxasında onların adı və ya soyadı Azərbaycan dilində yazılmalıdı. Ancaq "Qəbələ"nin yerli oyunçularında soyadlar ingiliscə idi. Əsasnaməyə zidd olsa da, buna görə kluba cəza verilməyib, sadəcə, xəbərdarlıq edilib. Təşkilatçılıqla bağlı isə qüsur görmədik.
Kim necə təsir bağışladı?
Bir oyuna görə komandalar haqda hökm vermək doğru olmaz. Özü də “Qarabağ”la “Zirə”nin oyunu təxirə salındığından, kimlərin hansı yerə namizəd olduğunu söyləmək, demək olar, mümkünsüzdü. Ancaq oyunlardakı çalarlara əsaslanıb, həm də ötən mövsümlə müqayisəli şəkildə müəyyən fikir yürütmək olar. Həm “Səbail”in, həm də “Sumqayıt”ın ötən mövsümlə müqayisədə zəiflədiyini deməliyik. Görünür, nə paytaxt klubunun baş məşqçisi Aftandil Hacıyev, nə də “kimyaçılar”ın çalışdırıcısı Nazim Süleymanov heyəti komplektləşdirə bilib. Ola bilsin, oyundan-oyuna, zaman keçdikcə bu komandalar “artırsın”. Lakin ilk turdakı görüntü müsbət fikirlər üçün əsas vermir. “Neftçi” ilə “Qəbələ”nin isə yüksək yerlər uğrunda mübarizə apara biləcəyi az-çox hiss olundu. Hər iki komanda “quru” qələbə qazansa da, oyun planında çatışmazlıqlar diqqəti çəkdi. Təbii, ilk turda heç bir komandanın 100 faiz hazır olmadığını məşqçilər özləri dəfələrlə qeyd edib. Debütant “Sabah” isə premyer-liqaya qələbəylə başladı və mövsümboyu rəqiblərə başağrı ola biləcəyini, daha doğrusu, “asan yem” olmayacağını göstərdi. Ötən mövsümdəki “Keşlə” ilə indiki arasında yerlə-göy qədər fərq var. Belə davam edərsə, Mladen Milinkoviçin “sükan”ı uzun müddət əlində saxlaması çətin olacaq. Hər halda, Zaur Axundovun uğursuz nəticələri sıralayan məşqçilərə uzun müddət güvənmək kimi xarakterinin olmadığını yaxşı bilirik. Bütün bunlar öz yerində. Ancaq komandalar haqda daha konkret fikir yürütmək üçün premyer-liqada yaranacaq fasiləni gözləmək lazımdı. Çünki ona qədər artıq 3 tur geridə qalacaq.
Mütəxəssis rəyi
Komandaların ilk turda necə təsir bağışlaması ilə bağlı mütəxəssi fikri də öyrəndik. Arif Əsədov startı belə dəyərləndirdi: “Düzdü, ilk tura əsasən komandaların durumu ilə bağlı nəsə demək çox çətindi. Ancaq bərabərsəviyyəli oyunlar izlədik. Belə bir nəticəyə gəlmək olar ki, “Qarabağ”ın çempionluq şansı daha çoxdu. Onunla “qızıl” uğrunda mübarizə aparacaq komandalardan “Neftçi”ni, bir qədər də “Qəbələ”ni qeyd etmək olar. “Avrokubok zonası” üçün isə bütün elita iştirakçıları mübarizə apara bilər. Hələ tam hazır olmayan komandalardan “Səbail”in adını çəkmək olar. Görünür, paytaxt klubu tam formalaşmayıb. Oyunçuların bir-biri ilə anlaşması, xətlərarası əlaqə yaxşı səviyyədə deyil. “Sabah” debütant olmasına rəğmən, səfərdə “Keşlə”dən 3 xal alırsa, deməli, komandaların aşağı-yuxarı eyni gücdə olması ilə bağlı dediklərimiz təsdiqini tapır. “Keşlə”yə yeni baş məşqçi gəlib, sistem dəyişib. Ancaq ortada bir şey nəzərə çarpmadı, komandanın oyun üslubu görünmədi. Bəlkə də vaxt lazımdı, məşqçi deyə bilər ki, təzə gəlmişəm, mənim yığdığım heyət deyil. Amma ötən ilin “Keşlə”si daha etibarlı idi. Yuri Maksimovun komandası daha balanslaşmış görünürdü. Yeri gəlmişkən, “Sabah”ın heyətinə baxsaq, görərik ki, bir çox komandanın heyətindən daha təcrübəli, ölkə futboluna bələd olan oyunçular yığılıb. Hansı ki, bu futbolçulardan bəziləri “Neftçi”nin heyətində Avroliqanın qrupunda çıxış ediblər. Burdan da belə görünür ki, deyildiyi kimi, gənc futbolçulara şans vermək və ya çempionatda yerini qorumaq üçün yox, daha iddialı görünür. “Neftçi”nin isə hələ də Avroliqadakı uğursuzluğun təsirindən çıxa bilmədiyi hiss edilir. Oyun baxımından heç də xoş görünməsə də, “ağ-qaralar” ilk turlar üçün önəmli sayılan 3 xal qazandılar. Komandanım özünəinamını qaytarması baxımından bu xalların əhəmiyyəti böyükdü. Bu qələbə “Neftçi”də psixoloji durumu da qaydasına sala bilər. “Sumqayıt” oyuna pis başlamasa da, hücumçu problemi hiss olunur. Görünür, Nazim Süleymanov komandanı hələ tam formalaşdırmayıb. Bu üzdən mütləq hücumçu transfer olunmalıdı. Növbəti turlarda “Sumqayıt” arzuladığı oyunu göstərmək və nəticə qazanmaq istəyirsə, dediyimiz məqam olduqca vacibdi. “Qəbələ”yə gəlincə, bu komandada da dəyişikliklər olub. Həm heyətdə, həm baş məşqçi postunda. Komanda istəkli idi, mübariz təsir bağışladı. Qələbə qazanmaq istəyi aşkar görünürdü. Yerli futbolçulara üstünlük verilməsi müsbət haldı. Xüsusən gənc Bəhlul Mustafazadənin oynaması xoş təəssürat doğurdu. Bilirsiz ki, Azərbaycan futbolunda libero problemi var. Ona görə də belə gənclərə şans vermək, onları ölkə futbolun qazandırmaq lazımdı. Bütün bunları “Qəbələ” adına müsbət məqam kimi qeyd etmək olar. Oyuna gəlincə, “qırmızı-qaralar” da oyununu tam tapmayıb. Bu üzdən indidən nəsə demək doğrudan da çətindi”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar