14 avq 19:33liqa

Yeni mövsümümüz mübarək!

Yeni mövsümümüz mübarək!
“Neftçi” və “Qəbələ”dən inamlı start
Nəhayət, ölkə futboluna könül verənlərin həsrəti başa çatdı. Şənbə günü premyer-liqada 2018/19 mövsümü start götürdü. “Qarabağ” – “Zirə” oyunu təxirə salındığından həftəsonu çempionatın açılış turunun 3 oyunu baş tutdu. 6 qolun vurulduğu ilk turu qonaqların hesabına yazmaq olar. Səfərdə oynayanlardan ikisi qələbəyə sevindi. Maraqlıdı ki, bu tur heç bir matçda qarşılıqlı qol olmadı. Başqa sözlə, hesabı açan zəfəri təmin etdi.
Yeni mövsüm “Dalğa Arena”dan başladı. Roberto Bordin premyer-liqada baş məşqçi kimi debütünü qələbəylə “yudu”. “Neftçi” nominal qonaq sayıldığı görüşdə “Sumqayıt”dan üstün oldu. Ruslan Abışovla Namiq Ələsgərovun yoxluğundan əziyyət çəkən flaqmanda hesabı açan Mirabdulla Abbasov həm də 2018/19 mövsümünün ilk qolunun müəllifi kimi adını futbol tariximizə yazdırdı. Sabiq komandasıyla qarşılaşmada Tural Axundovun iki məhsuldar ötürməylə diqqət mərkəzinə düşdüyünü də qeyd etməliyik. Cavid Tağıyev və Əfran İsmayılov “kimyaçılar”ı məğlubiyyətdən qurtarmağa cəhd etsə də, qüvvələr nisbəti buna imkan vermədi. Nazim Süleymanovun uzun fasilədən sonra premyer-liqaya qayıdışı uğurlu alınmadı. Onun üzüntüsünü artıran Vurğun Hüseynovun meydandan qovulması oldu. Mütəxəssisin görəcəyi iş çoxdu. Çünki Samir Abasovun döyüşkən “Sumqayıt”ından əsər-əlamət qalmayıb.
“Qəbələ” də mövsümə inamlı start verdi. Bu, üzərində böyük təzyiq olan Sənan Qurbanov üçün çox vacib idi. Sərgilənən futbol göstərdi ki, bölgə təmsilçisi heç də iddiasından əl çəkməyib. Bu heyətlə ən azı medallar uğrunda mübarizə aparmaq olar. Hərçənd Qəbələdə azarkeş sayının azlığı yenə üzüntüyə səbəb oldu. Halbuki məhz indiki, çətin zamanda komandaya mənəvi dəstək hava-su kimi lazımdı. “Səbail” haqda isə xoş fikir söyləmək çətindi. Heyətində əsaslı dəyişikliklər baş verən bakılıların özünü tapması üçün hələ zamana ehtiyac var.
Əslində komandası darmadağın olan Aftandil Hacıyev heyətdə yeni futbolçuların çox olmasından gileylənə bilməz. Axı belədə adamın qarşısına “Sabah” nümunəsini qoyarlar. Bu yay sökülüb, tam sıfırdan yığılan komanda yeni baş məşqçisi Elşad Əhmədovun rəhbərliyi altında elitada debütdə qələbə qazandı. Özü də kubokun sahibi “Keşlə” üzərində. Düzdü, başlanğıcda gələcək adına proqnoz vermək doğru çıxmaz. Ancaq Azərbaycan futbolunun “mətbəx”indən xəbərsiz Mladen Milinkoviçin “Keşlə”ylə işbirliyi uzaq perspektiv vəd etmir. Başıbəlalı klubdan baş çıxarmaq hər mütəxəssisin işi deyil.
Topaz premyer-liqası
1-ci dövrə, 1-ci tur
11 avqust
Sumqayıt – Neftçi 0:2
12 avqust
Qəbələ - Səbail 3:0
Keşlə - Sabah 0:1
Növbəti turun oyunları: 18 avqust – Zirə - Keşlə, Səbail – Qarabağ; 19 avqust - Neftçi – Qəbələ, Sabah – Sumqayıt.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Bu gün, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Bu gün, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Bu gün, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Bu gün, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Bu gün, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Bu gün, 00:05 Turun oyunçusu Bu gün, 00:04 TURUN SİTATI Bu gün, 00:02 Məhsuldarlıq rekord vurdu Bu gün, 00:01 Turun statistikası Dünən, 23:59 TURUN MƏŞQÇİSİ Dünən, 23:58 Turdan məqamlar Dünən, 23:56 16 medalın izi ilə... Dünən, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu Dünən, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi Dünən, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır Bütün xəbərlər
Ən çox oxunanlar