26 fev 13:57liqa, manset

Ozobiç çempionluğu kubokdan çox istəyir

Ozobiç çempionluğu kubokdan çox istəyir
“Kumirim Ronaldo ilə Şuker olub”

Filip Ozobiç ad-soyadlı futbolçunu “Qəbələ”yə keçənə qədər heç kim tanımırdı. Hətta “Samtredia” ilə oyunda meydanda gördüyümüz bəstəboy, fiziki cəhətdən o qədər də güclü olmayan “19 nömrə”yə baxıb ağız büzənlərə da rast gəlmək olardı. Lakin zamanın axarı Ozobiçin kim olduğunu göstərdi. MTK, ardınca “Lill”in qapısına vurduğu o möhtəşəm qol bir anda diqqətləri Filipin üzərinə yönəltdi. Növbəti qarşılaşmalarda artıq hər kəs ümidini xorvat yarımmüdafiəçiyə bağlayırdı. Necə ki, hazırda “Qəbələ”nin aparıcı üzvü, məhsuldar oyunçusudu. Kubokda 1, premyer-liqada 11 dəfə fərqlənən Filip heç karyerası ərzində bu qədər qol vurmamışdı. İndi Ozobiçsiz “Qəbələ”ni təsəvvür etmək çətindi. Azərbaycanda oynaya-oynaya Xorvatiya millisinə dəvət alması isə bir başqa ləzzətdi. Bu dəqiqə özünü yaxşı tərəfdən göstərən ən yaxşı legionerdi desək, yanılmarıq. Elədisə, onu siz oxuculara yaxından tanıtmaq, vacib suallara cavab tapmaq da bizim borcumuzdu.
- “Qəbələ” premyer-liqada, sən isə bombardirlər yarışında birincisən. Özünü necə hiss edirsən?
- Mən bombardirlər yarışında birinciyəm, ya ikinci, hətta üçüncü – fərq etməz. Əsas odu, “Qəbələ” liderdi. Mənim üçün vacib olan budu. Təbii ki, bu dəqiqə özümü yaxşı hiss edirəm. Amma qarşıda bizi bir çox oyunların gözlədiyini biləndə, rahatlaşa bilmirəm.
- Nə vaxtsa sənə “Azərbaycanda 19 turdan sonra 11 qol vuracaqsan” desəydilər, ciddiyə alardın?
- Azərbaycana gələndə qarşıma məqsəd qoymuşdum ki, nə olur-olsun, özümü sübut etməliyəm. Mənə bəslənən ümidləri doğrultmalıydım. Hazırda yaxşı formadayam, ancaq bundan artığını edə biləcəyimi düşünürəm. Bu hələ maksimum deyil mənim üçün. 19 oyuna 11 qol isə, təbii ki, yaxşı göstəricidi.
- Mövsümün yekununda ən sərrast futbolçu ola biləcəksən? Yoxsa arxanca gələnlərdən ehtiyat edirsən?
- Arxamca komanda yoldaşım Baqali Dabo ilə Rauf Əliyev gəlir. Məndən fərqli, onlar hücumçudular. Yəni daha çox qol imkanı yaxalayırlar. Ona görə də mənə çatmaq imkanları kifayət qədər yaxşıdı. Mən isə bombardirlər yarışına yox, komandamın çıxışına önəm verirəm. Bundan sonra mən qol vurmayım, Dabo, Ruslan, yaxud Zenyov vursun, təki hədəfə çataq.
- Bu yaxınlarda Daniel Subotiçlə danışmışdım. O çəkinmədən “Qəbələ” 100 faiz çempion olacaq” sözlərini dilinə gətirmişdi. Sən də eyni fikirdəsən?
- Heç bir işdə 100 faiz zəmanətini vermək olmur. Həyatdı, hər şey mümkündü, xüsusilə də futbolda. Çox şey ola bilər. Bizim məqsədimiz sona qədər çempionluğa oynamaqdı.
- Sənin üçün hansı dəyərlidi: çempionluq, yoxsa ölkə kuboku?
- Hər ikisi çox dəyərlidi. Amma mənim üçün çempionluq daha vacibdi.
- Karyeran ərzində Moskva “Spartak”ı, “Hayduk” və “Slaven” klublarının şərəfini qorusan da, heç vaxt indiyə qədər uğurlu olmamısan. Niyə?

- “Spartak”da olanda gənc idim. Bəlkə də təcrübəsizliyimə görə özümü tam göstərə bilmədim. “Hayduk”a yeni gələndə zədə aldım və həmin zədə məni xeyli geri saldı. Ona görə də bacarığımdan tam istifadə edə bilmədim. Sanki nəsə çatmırdı. “Slaven”ə gəlincə, orda çox yaxşı forma yığdım. Və həmin fiziki güc, üstəgəl, təcrübə bu gün mənə kömək edir. Yəni bu gün bu cür çıxış etməyimin səbəbi üç fərqli komandada yığdığım təcrübədi.
- Daha bir maraqlı məqam “Spartak” və “Hayduk”da çıxış edəndə rəqib qapılarına yol tapa bilməməyin, “Slaven”də isə 3 il ərzində cəmi 9 dəfə fərqlənməyindi. “Qəbələ”də geridə qalan 8 ay ərzində ümumilikdə 14 qol vurmusan. Buna səbəb nədi: baş məşqçi sənə meydanda sərbəstlik verir, yoxsa komanda yoldaşların güclüdü?
- Əlbəttə ki, hər ikisinin xüsusi rolu var. Həm meydanda sərbəstəm, həm də komanda yoldaşlarım mənə lazım olan köməyi göstərir. Ən vacibi bilirsiz nədi? “Qəbələ”də özümü olduqca rahat hiss edirəm, sanki evimdəyəm. Bu da oyunuma təsir edir.
- “Qəbələ” ilə müqavilə bağlayanda ilk ağlından keçən nə idi, nə düşünürdün?
- Dediyim kimi, əsas məqsədim özümü göstərmək, digər komandalarda yığdığım təcrübədən istifadə etmək idi. Potensialımı tam açmağı arzulayırdım. Buna get-gedə nail oluram, amma bu hələ son deyil. Daha yaxşısını edə biləcəyimə inanıram.
- Bildiyimə görə, “Qəbələ” ilə anlaşmanın müddəti mövsümün sonunda başa çatır. Karyeranı Azərbaycanda davam etdirəcəksən?
- Müqaviləmin müddəti 2018-in yayında bitəcək. İndidən bu haqda danışmaq artıq olar. O vaxta kimi bir ildən çox vaxt var.
- “Qəbələ”də oynadığın müddətdə ciddi təkliflər almısan?
- Təklif gələndə mənə gəlmir ki. “Qəbələ” ilə anlaşmam varsa, təbii ki, müraciəti kluba ünvanlayırlar. Amma mənim heç nədən xəbərim yoxdu. Diqqətimi futbol oynamağa yönəltmişəm, təklifləri dəyərləndirməyə yox.
- Meydanda bu qədər qaçırsan, rəqib futbolçular səni bu qədər vurur, amma zədələnmirsən. Halbuki digər yarımmüdafiəçilər – Rəşad Sadiqov, Nika Kvekveskiri, Asif Məmmədov, Elvin Camalov zədəyə görə bir çox oyunlarda iştirak edə bilməyiblər. Orqanizmin möhkəmdi, yoxsa zədədən qaçmağı bacarırsan?
- Futbolçu bəzən adi vəziyyətdə, məsələn, topu qəbul edəndə, yaxud ötürmə verəndə də zədə alır. Yəni bunun orqanizmə, özünü sığortalamağa dəxli yoxdu. Zədədən danışmağı sevmirəm. Yaxşı olar ki, siz də bu haqda sual verməyəsiz. Yoxsa qarşıdakı günlərdə zədələnərəm (gülür). Bəlkə də düzgün hazırlıq keçdiyimizə görədi.
- Ötən ay Xorvatiya millisinə dəvət olundun və Çindəki turnirdə iştirak etdin. Çıxışından razı qaldın?
- Mən öz çıxışımdan heç vaxt razı qalmıram. Ola bilər, 2 qol vurum, ötürmə verim, amma oyunun videoyazısına baxanda hər dəfə hansısa səhvlərimi görürəm. Amma əsas yığmada olmağım hansısa həyəcan yaratmamışdı. Çünki buna qədər bütün yaş qruplarından ibarət millilərin şərəfini qorumuşdum. Bir şeyi deyə bilərəm ki, istirahətdən qayıtmışdıq və oyundan qabaq yalnız bir məşqimiz olmuşdu.
- Baş məşqçi Ante Çaçiçin səninlə söhbəti oldu? Oldusa, nə dedi?
- Mənimlə ayrılıqda söhbət etmədi. Yarış başa çatandan sonra bütün futbolçuları yığdı və çıxışımızdan razı qaldığını bildirdi.
- Səncə, bu gedişlə yenidən dəvət göndərəcəklər?
- Mənim işim bacardığımın ən yaxşısını etməkdi. Oynayıram, üzərimə düşən işin öhdəsindən gəlməyə çalışıram. Bundan sonrasına baş məşqçi qərar verəcək. Təbii ki, bir xorvat futbolçu kimi ölkəmin millisinin şərəfini qorumağı arzulayıram. Fikrimcə, bu, hər bir oyunçunun istəyidi.
- Maraqlıdı, kumirin kim olub?
- Kumir deyəndə ki... Uşaq yaşlarımda ən çox braziliyalı Ronaldonun və Xorvatiya millisinin üzvü Davor Şukerin iştirakı ilə keçirilən oyunlara baxırdım. Buna baxmayaraq, sonda yarımmüdafiəçi oldum.
- Bəs öz oyununu indiki ulduzlardan hansının oyununa bənzədirsən?
- Özümü kiməsə bənzətməyim düzgün olmaz. Bunu kənardan baxanlar bilər. Məncə, siz də öz yazılarınızı başqa jurnalistin yazıları ilə müqayisə etmirsiz. Yox, söhbət bəyəndiyim futbolçudan gedirsə, bu Messidi.
- Boş vaxtlarını necə keçirirsən, nəyə sərf edirsən?
- Gəzməyi, görmədiyim, bilmədiyim yerlərlə tanış olmağı çox sevirəm. Yəni otaqda oturmaqla aram yoxdu. Qəbələdə olanda təbiətin qoynunda gəzməyi, dağlara çıxmağı tərcih edirəm. Bakıda isə daha çox restoranlarda olur, bəzən də şəhərin mərkəzini gəzirik.
- 8 aydı Azərbaycandasan. Ölkəmiz haqda düşüncələrin necədi?
- Burda gördüklərimdən həqiqətən də şokdayam. Təsəvvür etmədiyim qədər gözəl ölkə və mülayim insanlarla rastlaşdım. Hər kəs məni özünə doğma bilir. Hətta kim olduğumu bilməyənlər də. Ən vacibi Azərbaycanda sıxılmıram, nədənsə şikayətim yoxdu. Yaşamaq üçün hər şey var, bircə qalır futbol oynamaq.
- Ailəlisən, ya da sevdiyin var?
- Sevdiyim qız var, hazırda Xorvatiyadadı. Üzrlü səbəblərdən bu gün yanımda deyil.
- Toy nə vaxtdı?
- Dəqiq tarixi söyləyə bilmərəm, çünki müəyyənləşdirməmişik. Təxmini tarix kimi 2-3 il sonranı göstərə bilərəm.
- Az qala vacib sual yadımdan çıxacaqdı. Məndə olan məlumata görə, Ozobiç soyadlı futbolçunun varlığı haqda yığma məşqçilərinə Robert Prosineçki məlumat verib. Yəni bir növ bacarığına şübhə olmadığını bildirib. Olmuş söhbətdi?
- Bunu sizə kim deyib, bilmirəm. Ancaq mənim xəbərim yoxdu. Həqiqətən də mənim haqda Prosineçki kiməsə nəsə deyibsə, bununla yalnız fəxr edə bilərəm. O cür böyük futbolçunun rəğbətini qazanmaq təkcə mənim üçün yox, hər bir futbolçu üçün şərəfdi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Dünən, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Dünən, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Dünən, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Dünən, 14:56 Əliyarı finala layiq görmədilər Dünən, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Dünən, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Dünən, 14:12 Mahirdən şübhəli mesaj Dünən, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Dünən, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Dünən, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Dünən, 14:00 Emildən növbəti “quru” oyun Dünən, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Dünən, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Dünən, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Dünən, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Dünən, 13:51 “Keşlə” sabah toplanışa başlayır Dünən, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Dünən, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar