14 avq 18:57liqa, reportaj

Qalib narazı, məğlub razı qaldı

Qalib narazı, məğlub razı qaldı
2. Sumqayıt – Neftçi (Bakı) 0:2 (0:1)
1. Mehdi Cənnətov – 5,0
74. Yusif Nəbiyev – 5,5
14. Bəxtiyar Həsənalızadə - 4,0
2. Rail Məlikov - 4,0
3. Vurğun Hüseynov (k) – 4,0
18. Süleyman Əhmədov - 4, 0
(21. Arif Daşdəmirov, 58) – 4,0
99. Əli Babayev – 4,5
10. Aleksey İsayev – 5,0
7. Cavid Tağıyev – 5,0
(60. Elvin Məmmədov, 70) – 4,5
22. Əfran İsmayılov – 5,0
70. Ülvi İsgəndərov – 3,5
(77. Murad Xaçayev, 46) – 4,0
Ehtiyat oyunçular
36. Süleyman Süleymanov
4. Şəhriyar Əliyev
17. Nicat Qurbanov
41. Turan Manafov
44. Qvanzav Maqomedov
97. Xəyal Nəcəfov
Baş məşqçi: Nazim Süleymanov
Komandanın ən yaxşısı: Yusif Nəbiyev

1. Səlahət Ağayev - 5,5
21. Məhəmməd Mirzəbəyov – 5,5
5. Anton Krivotsyuk – 5,5
28. Slavko Braliç – 5,5
18. Tural Axundov – 6,0
8. Emin Mahmudov (k) – 5,5
97. Soni Mustivar – 5,0
(6. Qoran Paratski, 46) – 5,0
9. Baqali Dabo – 5,5
4. Rəşad Eyyubov – 5,0
(26. Ömər Buludov, 50) – 5,0
10. Dario Federiko – 5,0
22. Mirabdulla Abbasov – 5,5
(11. Kvame Karikari, 88) – qiymətsiz
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
12. Kamran İbrahimov
77. Elvin Sərkərov
95. Rəhman Daşdəmirov
17. Rəhman Hacıyev
7. Namiq Ələsgərov
37. Vüsal Əsgərov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Tural Axundov
Qollar: M.Abbasov, 27 (0:1, T.Axundov). E.Mahmudov, 71 (0:2, T.Axundov).
Vərəqələr: S.Əhmədov, 36 (rəqibi tutmaq). V.Hüseynov, 56 (qeyri-dman hərəkəti). M.Mirzəbəyov, 62 (rəqibi tutmaq). A.Krivotsyuk, 88 (rəqibi tutmaq) – sarı. V.Hüseynov, 67 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: RAUF CABBAROV, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Xaqani Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
11 avqust. Mərdəkan. Dalğa Arena. 800 tamaşaçı (6700 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlvə olunub.
Oyunun qiyməti: 5,5.
“Qarabağ” – “Zirə” matçı təxirə salındığından “Dalğa Arena”da keçirilən qarşılaşma mövsümün açılış oyunu oldu. Mövsümlərarası fasilədə hər iki komandada çoxlu dəyişiklik olduğundan, avrokuboku nəzərə almasaq, azarkeşlər demək olar ki, həm yenilənmiş “Neftçi”ni, həm də “Sumqayıt”ı gördülər. Matçdan öncə proqnozsevərlərin əksəriyyəti paytaxt təmsilçisinin asanlıqla qalib gələcəyini düşünürdü. Düzdü, sonluq onların fikiləşdiyi kimi oldu. Ancaq qarşılaşmanın əvvəli heç də Bordinin komandasının əziyyətsiz qələbə qazanacağından xəbər vermirdi. İlk 10 dəqiqədə rəqibdən üstün oynayan nominal qonaqlar çox keçmədən təşəbbüsü Nazim Süleymanovun komandasına verdi. “Kimyaçılar” daha kəsərli həmlələr edir, rəqibdən daha sürətli oyun nümayiş etdirirdilər. Lakin hücumda yer alan Ülvi “dişsiz” təsir bağışlamaqla komanda yoldaşlarının əziyyətini heçə endirirdi. Cavidlə Əfranın yer aldığı cinahlar xoş təsir bağışlayır, hücumçuların arxasında oynayan İsayev çalışqanlığı ilə seçilirdi. Ancaq matçda ilk qol qonaqlardan gəldi. 27-ci dəqiqədə Turalın qapı önünə asmasını müdafiəçilərin boş buraxdığı Mirabdulla başla dəqiq tamamladı. Fasilədən sonra “gənclik şəhəri”nin təmsilçisi daha bir zərbə aldı. Vurğun 11 dəqiqə aralığında iki dəfə sarı vərəqə alaraq meydanı erkən tərk etməli oldu. Azlıqda qalan komandanın fiziki cəhətdən “oturması” da sözünü dedi. Əfranı hücumda oynadan, Əlini müdafiənin mərkəzinə çəkən Süleymanov çox çalışsa da, oyunda dəyişiklik edə bilmədi. Əvəzində “ağ-qaralar” ikinci dəfə sumqayıtlıları meydanın mərkəzinə dəvət etdilər. Bu dəfə Axundov Eminin fərqlənməsinə şərait yaratdı. Bu həm də matçda vurulan son qol oldu. Çox maraqlıdı ki, oyun başa çatandan sonra qələbə qazanan “Neftçi” düşərgəsi o qədər sevincli görünmürdü. Komandanın baxımsız oyunu hamını məyus etmişdi. 3 xal itirən “Sumqayıt”ın rəsmiləri isə komandanın yaxşı oyununa görə bir-birini təbrik edirdilər.
RƏŞAD

Reaksiyalar
Nazim Süleymanov: “Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. İrəli baxmaq lazımdı. Komanda uduzsa da, pis təsir bağışlamadı. Xüsusilə ilk hissədə. İlk qolda iki mərkəz müdafiəçimiz zonanı yox, rəqibi bağlamalı idi. İkinci qolda da səhvimiz oldu. Təcrübəli futbolçu bunu etməməlidi. Yaxşı qol epizodlarımız vardı. İlk oyunda həyəcan, təlaş olur. Bu gün hücumda Ülvi İsgəndərova etibar etdik. Onun 21 yaşı var, cavan deyil. Bu yaşda oynamalıdı. İstəmədik ki, ilk hissənin ortasında dəyişək. Fasiləyədək ona şans verdik. Əfranın hücumda oynamasına gəlincə, onda hücumçuya xas keyfiyyətlər var. Bizdə futbolçu, qapıçı problemi gündəmdədi. Hər kəsin fikrinə hörmətlə yanaşıram. İsayevin ikinci hücumçu kimi oynaması daha effektli idi, nəinki hücumda. Futbol səhvlərdən ibarətdi. Arxa xətt oyunçularımıza inanırıq. Məğlubiyyət zamanı komandanı daha da sıxırıq, qələbələrdə isə şişirdirik. Hakim də səhv edə bilər. O da insandı. Sadəcə, futbolun xırda nüansları var ki, onları nəzərə almaq lazımdı. İlk hissədə referi qarşılaşmanı elə vaxtda dayandırdı ki, hücum edirdik. Müdafiə olunanda başqa məsələ. İlk oyunda futbolçular kimi, hakimlər də səhv edə bilər. Yəni hakimlərin bir-biri ilə anlaşa bilməməsi də özünü göstərdi. Bəlkə də bütün bunlar ilk turun həyəcanından irəli gəlirdi. Qapıçı dəvət etmişdik, ancaq bəzi səbəbdən alınmadı. Həmçinin də hücumçu. Elə nüans var ki, Sərdarın keçidini bu oyuna kimi həll edə bilmədik. Ümid ediirk ki, növbəti matçda oynaya biləcək”.
Roberto Bordin: “İlk oyunun iştirakçısı olmaq xoşdu. Qalib gəslək də, istədiyimiz oyunu göstərə bilmədik. Hərçənd oyunda rəqibdən sayca üstün idik. Anton yığmada da müdafiənin mərkəzində oynayıb. O, sol cinahda da çıxış edə bilər. Təəssüf ki, sarı vərəqə aldı. Ancaq ümumilikdə Krivotsyukdan razı qaldım. Matç boyunca təkcə Səlahətə yox, bütün futbolçulara iradımı bildirdim ki, oyuna tez başlayaq. Xüsusilə say üstünlüyünə malik olduğumuz vaxtlarda. Sona yaxın Səlahət bir qədər oyunu yubadırdı. Qarşılaşmada 3-cü qolu vurmaq istəyiridk. Ağayev ilk hissədə çox yaxşı qurtarış etdi. Ruslanın zədələnməsindən sonra müdafiədə müəyyən boşluq yaranıb ki, bunun da üzərində işləyirik. Müdafiəni daha da təkmilləşdirməyi fikirləşirik. Yarımmüdafiə xəttində zədəli futbolçu oldu. Ona görə məcburi əvəzləmə etmək məcburiyyətində qaldım. Ömərin meydana çıxmasını hesabı qorumaq üçün taktiki gediş kimi dəyərləndirmək olmaz. İndi "Qarabağ" haqda düşünmürəm. Çünki növbəti turda "Qəbələ"ylə qarşılaşacağıq. Hazırda bu matç haqda fikirləşməliyik. Azərbaycan çempionatında yaxşı legionerlərlə yanaşı, səviyyəli, bacarıqlı yerli futbolçular da var. İlk təəssüratlarım yaxşıdı. Dabo elə futbolçudu ki, hücumda da oynaya bilər, cinahda da. Onu cinahda ona görə oynatdım ki, təkbətək mübarizələrdə üstündü və bu keyfiyyətlərini də göstərdi. Rəhman Hacıyevin ehtiyatda qalması, sadəcə, taktiki seçimlə bağlıdı. Qərar belə oldu ki, orta sahədə Soni Mustivar, Rəşad Eyyubov və Emin Mahmudov oynasın. Bacarıqlı, gənc futbolçularımız var və hər birinə növbəti matçlarda şans verəcəyik”.

Gözdən qaçmadı
* İlk oyunu məcburiyyətdən “Dalğa Arena”da keçirən “kimyaçılar”ı təxminən 100-ə yaxın sumqayıtlı azarkeş dəstəkləyirdi. “Forza Neftçi”nin üzvlərinin sayı onlardan az olsa da, bakılılar daha fəal idilər.
* Himn səslənərkən Rail Məlikov, Mirabdulla Abbasov, Tural Axundov kimi futbolçular əllərini ürəklərinin üstünə qoyub himni oxusalar da, “ağ-göylər”in yeni transferi Əli Babayev kimisə axtarırmış kimi tribunalara boylanır, formasını qaydaya salır, müxtəlif hərəkətlər edirdi.
* Komandasının oyunundan narazı qalan Bordinin köməkçisi Füzuli Məmmədov dözməyib yerindən durdu və üzünü Emin Mahmudova tutaraq, “uşaqlara tapşır, hərə öz mövqeyində oynasın” söylədi.
* “Neftçi”nin yeni baş məşqçisi 90 dəqiqə boyunca oturmadı. Hər xırda detala reaksiya verən, çox danışan Bordin arada italyan dilində öz-özünə nəsə danışırdı.
* “Neftçi”nin ilk qolundan sonra nədənsə stadionun diktoru fərqlənən futbolçunun adını elan etmədi.
* Meydana əvəzetmədən daxil olan Ömər Buludovun yaşıl otun üstünə çıxandan sonra sağ ayağı üstündə 3 dəfə tullanması da gözümüzdən yayınmadı.
* 75-ci dəqiqədə “Forza Neftçi”nin üzvləri “Qarabağ”ı yada salıb, “köhlən atlar”ın əleyhinə bir neçə şüar səsləndirdilər.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar