14 avq 18:55liqa, reportaj

Debütant “Keşlə”ni cəzalandırdı

Debütant “Keşlə”ni cəzalandırdı
3. Keşlə – Sabah (Bakı) 0:1 (0:1)
1. Kamran Ağayev (k) – 5,5
19. Azər Salahlı – 5,0
3. Denis Silva – 5,0
27. Adrian Skarlatake – 4,5
2. Sərtan Taşkın – 4,5
90. Ebrima Sohna – 5,0
8. Miloş Bosançiç – 4,5
(88. Məmməd Quliyev, 38) – 5,0
4. Slavik Alxasov – 5,0
7. Vaqif Cavadov - 5,0
(97. Elnur Cəfərov, 78) – qiymətsiz
14. Andre Klennon – 4,5
9. Amil Yunanov – 4,5
(11. Bahodir Nasimov, 46) – 4,5
Ehtiyat oyunçular
15. Orxan Sadıqlı
21. Herve Tçami
33. Tərlan Quliyev
65. Cabir Əmirli
66. Murad Qayalı
Baş məşqçi: Mladen Milinkoviç
Komandanın ən yaxşısı: Kamran Ağayev

30. Saşa Stamenkoviç – 5,5
25. Vanderson Silva – 5,5
5. Kərim Diniyev (k) – 6,0
33. Eltun Turabov – 5,5
19. Məqsəd İsayev – 5,0
15. Erik Ramos – 5,5
6. Vadim Abdullayev – 5,0
(13. Filip İvanoviç, 90) – qiymətsiz
8. Elşən Abdullayev – 6,0
(4. Tərzin Cahangirov, 80) – qiymətsiz
7. Vitali Kvaşuk – 6,0
27. Bəxtiyar Soltanov – 5,0
(11. Elgün Nəbiyev, 71) – 4,5
9. Marko Deviç – 6,5
Ehtiyat oyunçular
1. Tərlan Əhmədli
2. Ülvi İbazadə
3. Elvin Bədəlov
14. Tural Qürbətov
21. Novruz Məmmədov
39. Əlibəy Məmmədli
88. Elçin Əsədov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Marko Deviç
Qol: M.Deviç, 45+2-p.
Vərəqələr: A.Skarlatake, 39 (qeyri-idman hərəkəti). S.Taşkın, 64 (qeyri-idman hərəkəti). S.Stamenkoviç, 81 (oyunun bərpasını ləngitmək) - sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Nahid Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev (hamısı Bakı).
Hakim-inspektor: Fazil Mürşüdov (Sumqayıt).
AFFA nümayəndəsi: Ramiz Abdullayev (Bakı).
12 avqust. Bakı. ASK Arena. 300 tamaşaçı (5300 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Açılış turunun ilk və yeganə paytaxt derbisini maraqlı edən bir neçə məqam var idi ki, bu mənada debütlərə diqqət yetirmək lazımdı. Heç şübhəsiz, “Sabah”ın premyer-liqada ilk rəsmi oyunda özünü necə göstərəcəyi maraq doğururdu. Paytaxt təmsilçisi premyer-liqaya heç də başqa elita komandalarından zəif hazırlaşmayıb. Transferlərlə iddiasını ortaya qoyan “ağ-göylər” hər mövqeyə azı bir səviyyəli oyunçu alıb. Qapıda Saşa Stamenkoviç, orta sahədə Cavid İmamverdiyev, hücumda isə Marko Deviçə böyük ümidlər bəslənilir. Hərçənd zədəli Cavidin açılış matçında oynamayacağı əvvəldən bəll idi.
“Keşlə”də isə Mladen Milinkoviç Azərbaycan çempionatında debüt matçına çıxmışdı. Serbiyalı mütəxəssis startda Avroliqadakı uğursuzluğu unutdurmalı və doğma azarkeşlər önündə bəraət qazanmalı idi.
Oyuna “Sabah” fəal başladı. Daha əzmkar oynayan, meydanın hər qarışı uğrunda döyüşən Elşad Əhmədovun komandası təcrübəli rəqibə “dişini göstərə” bilirdi. İlk təhlükə məhz meydan sahiblərinin qapısı önündə yaşandı. 5-ci dəqiqədə Taşkın meydanın mərkəzində kobud səhvə yol verdi. Elşən pressinq tətbiq edib topu ondan oğurladı və qapıçı ilə təkbətək çıxdı. Ancaq Kamran onun son vuruşunun qarşısını ayağı ilə kəsərək, yüzfaizlik qolu əngəllədi. “Keşlə”nin cavabı 13-cü dəqiqəyə təsadüf etdi. Vaqifin hiyləgər ötürməsindən sonra Klennon az qala qapıçı ilə təkbətək çıxacaqdı ki, komanda yoldaşı Slavik ona əngəl oldu. İki dəqiqə sonra Vaqif özü hesabı açmağa yaxın idi. Ancaq sol cinahdan gələn ötürməni yaxın məsafədən “çərçivə”yə ünvanlayan Cavadovun sevinməsinə topu qapı xəttindən çıxaran Diniyev əngəl oldu.
25-ci dəqiqədə “Sabah” növbəti real imkanı boşa verdi. Yenə Elşən topu Sərtandan alıb kəskin əks-hücum təşkil etdi. Cnahdan cərimə meydançasına daxil olan yarımmüdafiəçinin ötürməsini Kvaşuk qapıya vurmağa yubandı və beləliklə, müdafiəçilər yerini alıb təhlükəni önlədilər.
Hissənin sonlarına yaxın “Keşlə” məcburi əvəzetməyə əl atdı. Bosançiç zədələndiyindən Milinkoviç onu oyundan alıb Məmmədi meydana buraxdı. Ancaq bu da heç nəyi dəyişmədi, yenə ərazi üstünlüyü “Sabah”ın tərəfində idi. İlk yarıya əlavə olunan dəqiqələrdə Skarlatake cərimə meydançasında Deviçi kobudluqla dayandırdı ki, Rəhim Həsənov tərəddüd etmədən penalti nöqtəsini göstərdi. Topun arxasına keçən səbəbkar özü standart vəziyyətdən də qolçuluq bacarığını göstərdi və premyer-liqamıza qolla başladı.
“Keşlə” ikinci hissəyə dəyişikliklə başladı. Heç nə ilə yadda qalmayan Amil yerini Bahodirə verdi ki, 50-ci dəqiqədə özbək forvard fərqlənə bilərdi. Penalti nöqtəsinin üstündə topu sinəsiylə qəbul edən Nasimov çevrilməyə imkan tapsa da, Eltun ona zərbə vurmağa imkan vermədi və təhlükəni sovuşdurdu. Ümumiyyətlə, meydan sahibləri ikinci hissəyə fəal başladı və xüsusilə “paraşüt” ötürmələrdən istifadə etməklə rəqib müdafiəsini gərginlikdə saxlayırdı. “Sabah” isə əks-hücumlara bel bağlayırdı. 58-ci dəqiqədə Kvaşukun cərimə zərbəsi təhlükəli alındı. Yarımmüdafiəçinin küncə ünvanladığı topu Kamran kornerə çıxara bildi. Oyunun son bölümü gərgin atmosferdə keçdi. “Sabah”ın matçın sonlarında sırf nəticəyə oynaması, nəyin bahasına olur-olsun, vaxtı “öldürməyə” çalışması “Keşlə”liləri özündən çıxarırdı. Elşad Əhmədovun yetirmələri bunu yaxşı bacardı və rəqibin ara-sıra həmlələrinə baxmayaraq, hesabı qorudu. Beləliklə, debütant premyer-liqaya qələbə ilə başladı.
MİRAĞA

Reaksiyalar
Elşad Əhmədov: “İlk oyun idi, həyəcan vardı. Uşaqlara demişdim, onların yeni baş məşqçisi var, futbolçular özlərini göstərmək istəyəcəklər. Matç "Keşlə"nin üstünlüyü ilə keçdi. Lakin biz də yaxşı oynadıq və qələbə qazandıq. Qələbəni prezidentimizin körpəsinə həsr edirik. Onun doğum günüdü.
Yerli futbolçulardan bizə çox da həvəslə gələn olmadı. Ona görə 6 legioner götürdük. Bundan sonra əcnəbi istəmirik. İkinci mərkəz hücumçusunu öz içimizdən çıxarmalıyıq. Bəzi futbolçularımızda yorğunluq hiss olunması fikri ilə razıyam. 2-3 futbolçuda yorğunluq vardı. Komandaya gec qoşulanlarda fiziki durum tam qaydasında olmaya bilər. Cavid İmamverdiyevin növbəti matçda meydanda olub-olmayacağını deyə bilmərəm. Çox istərdim bizimlə olsun. Amma həkim nə desə, o olacaq. Qarşımıza konkret məqsəd qoyulmayıb. Bacardığımız qədər yaxşı oyun göstərib yüksək yer tutmaq istəyirik”.
Mladen Milinkoviç: “Komandaya demişdim ki, ilk oyun psixoloji planda çox vacibdi. Yekunda futbolçuları dilxor gördüm. Bu, bizim üçün yaxşı hal deyil. Rəqibi təbrik edirəm, yaxşı komandadı. Bir qol vurdular və 3 xal əldə etdilər. Oyunumuzda bəzi dəyişikliklər etmək lazımdı. İlk hissədə Miloşun zədə alması bizə pis təsir etdi. Meydana sonradan çıxanların o səviyyəyə çatması üçün vaxt lazımdı. Fasilədən sonra şanslarımız oldu. Amma qol vura bilmədik. Hələ çempionatın başlanğıcıdı. Turun digər görüşlərinə də baxmışam. Komandalar arasında güc baxımından fərq görmədim. İki həftədi Azərbaycandayam. "Sabah"ın heyətində matçın axarını dəyişən ən azı iki futbolçu vardı. Bizdə isə əvvəl Sezar Meza Kolli vardı. O da getdi. Transfer axtarışındayıq. Amma çox çətindi. Ayın sonuna qədər vaxtımız var. Bu haqda prezidentlə də danışmışıq”.

Gözdən qaçmadı
* Başda İqor Ponomaryov olmaqla, “Sabah”ın yeni təsis olunan Müşahidə Şurasının üzvləri 40 dəqiqə əvvəldən “ASK Arena”ya təşrif buyurub VİP-tribunada əyləşdilər.
* İsinmə hərəkətləri zamanı “Keşlə”li azarkeşlərin “Orxan, sən bizim qürurumuzsan” şüarını səsləndirməsi səbəbsiz deyildi. Gənc qolkiperin “Sumqayıt”a keçmək variantı gündəmdədi və görünür, azarkeşlər bu yolla onu fikrindən daşındırmağa çalışırdılar.
* Cavid İmamverdiyevin oyundan əvvəl mülki geyimdə meydana çıxması komandasına dəstək anlamı daşıyırdı. Ancaq tezliklə rəqib komandanın üzvləri onun başına toplaşdılar. Vaxtilə Bahodir Nasimov və Denis Silva ilə “Neftçi”də bir yerdə top qovan Cavidi “Sumqayıt”da komanda yoldaşı olmuş Azər Salahlıyla Amil Yunanov da yalqız buraxmadı, “5-lik” bir neçə dəqiqə söhbətləşdi.
* Oyundan əvvəl Azərbaycan himni səsləndirildi və Kamranla Kərim bayrağı qaldırdı.
* Görünür, hakimlərə yalnız oyun üçün “Nike” forması verilib. Yoxsa isinmə hərəkətləri üçün meydana “Adidas”la çıxmazdılar.
* Matçın gedişində bir qrup “Neftçi” azarkeşi “Sabah”ın qapıçısı Saşa Stamenkoviçə səslənərək, onu alqışladı. Serb də əlini ürəyinin üstünə qoyaraq, onlara qarşılıq verdi.
* Kamran Ağayev meydanı hamıdan gec tərk etdi. Həm üzgün, həm də narazı idi. Deyinə-deyinə tunelin yolunu tutan təcrübəli qolkiperin "mən qapını qoyub meydanın mərkəzinə qədər gedirəm, asma edirəm, heç kim hücum etmir. 0:1 uduzuruq, qol vurmaq istəyən yoxdu" üsyanı komanda yoldaşlarına idi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 23:13 U-17 yenə darmadağın oldu Bu gün, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Bu gün, 23:07 Yenilgidə hakim izi olmadı Bu gün, 23:06 Üzücü başlanğıc Bu gün, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Bu gün, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Bu gün, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Bu gün, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Bu gün, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Bu gün, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Bu gün, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Bu gün, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Bu gün, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Bu gün, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Bu gün, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Bu gün, 22:23 İkinci tur 2 günə sığacaq Bu gün, 22:21 Mik Benet təqdim olundu Bu gün, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar