14 avq 18:49liqa, reportaj

“Qəbələ” Aftandil Hacıyevin debütünü korladı

“Qəbələ” Aftandil Hacıyevin debütünü korladı
4. Qəbələ - Səbail 3:0 (1:0)
22. Dmitri Bezotosnı – 5,5
34. Ürfan Abbasov (k) – 6,0
3. Voislav Stankoviç – 5,5
27. Bəhlul Mustafazadə - 5,0
18. İlqar Qurbanov – 5,5
4. Elvin Camalov – 5,0
(8. Qismət Alıyev, 89) – qiymətsiz
88. Sabien Lilay – 5,0
33. Təmkin Xəlilzadə - 6,5
(7. Roman Hüseynov, 88) – qiymətsiz
11. Asif Məmmədov – 5,5
21. Lalavele Atakora – 5,0
17. Ceyms Adeniyi – 6,0
(10. Rauf Əliyev, 81) – qiymətsiz
Ehtiyat oyunçular
35. Murad Popov
5. Rasim Ramaldanov
26. Faiq Hacıyev
32. Amin Seydiyev
99. Abbas Ağazadə
25. Əmrah Zülfüqarlı
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Təmkin Xəlilzadə

1. Emil Balayev – 4,0
13. Şəhriyar Rəhimov – 4,0
99. Jarjue Maudo – 4,0
4. Perilyo Enrike – 4,0
16. İqor Korotetski – 3,5
(27. Emil Martinov, 55) - 4,0
33. Tome Kitanovski – 4,0
(26. Kamal Qurbanov, 82) – qiymətsiz
22. Edqar Paçeko – 5,0
14. Rahid Əmirquliyev (k) – 4,5
11. Ruslan Qurbanov – 4,0
7. Fəhmin Muradbəyli – 4,0
(18. Aqşin Qurbanlı, 67) – 4,0
28. Kevin Kubemba – 3,5
Ehtiyat oyunçular
50. Fərhad Vəliyev
25. Elxan Əhmədov
21. Murtuz Abakarov
17. Elçin Rəhimli
5. Vüqar Bəybalayev
88. Orxan Qurbanlı
70. Ürfan İsmayılov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Edqar Paçeko
Qollar: A.Məmmədov, 23 (1:0, C.Adeniyi). Ü.Abbasov, 63 (2:0, L.Atakora). C.Adeniyi, 82 (3:0, İ.Qurbanov).
Vərəqə: Ü.Abbasov, 27 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Əhmədağa Cabbarov (Bakı).
AFFA nümayəndəsi: Şaiq Həmidov (Bakı).
12 avqust. Qəbələ. Şəhər stadionu. 600 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Ötən mövsümü titulsuz başa vuran, yayda isə Avroliqada uğursuzluq yaşayan “Qəbələ”nin yeni çempionata necə start verəcəyi maraq doğururdu. Aftandil Hacıyev isə “Səbail”in baş məşqçisi kimi ilk rəsmi oyununa, premyer-liqada debüt matçına çıxırdı. Amma Sənan Qurbanov daha öncə həm baş məşqçi əvəzi kimi elita həyəcanı yaşamışdı, həm də Avroliqada “qırmızı-qaralar”ı rəsmi görüşlərə çıxarmışdı.
Oyun Ruslan Qurbanov üçün də xüsusi əhəmiyyət daşıyırdı. Belə ki, hücumçu məhz bu yay fasiləsində “Qəbələ”ni “Səbail”ə dəyişmişdi. Hər iki komanda meydana itkilərlə çıxmışdı. Qonaqların iki üzvü – Eltun Yaqublu ilə Ağabala Ramazanov əməliyyat olunduqlarına görə komandaya kömək edə bilmirdilər. “Qırmızı-qaralar”ın kapitanı Cavid Hüseynov cəzalı olduğuna görə matçı buraxırdısa, Stiven Jozef-Monroz oyunöncəsi məşqdə zədələndiyindən adı iştirak ərizəsinə salınmamışdı. Maraqlıdı ki, Qurbanov hücumda Raufun yox, Adeniyinin xeyrinə seçim etmişdi.
Asifin hesabı açdığı epizoda qədər hər iki komandanın “atəşkəsi pozmaq” imkanı var idi. Bu oyunu yüksək səviyyədə keçirən Təmkin 8-ci dəqiqədə cərimə zərbəsindən fərqlənməyə yaxın olsa da, qapıçı əla reaksiya ilə topu “9-luq”dan çıxardı. “Səbail” isə bunun cavabını Paçekonun uzaqdan vuruşu ilə verdi. Həmin anda qapıçı topu əlindən buraxsa da, Voislav təhlükənin böyüməsinə imkan vermədi. Xəlilzadə 20-ci dəqiqədə əla ara ötürməsi ilə Atakoranı zərbə mövqeyinə çıxardı. Ancaq sonuncu topu düz Balayevin üstünə vurdu. Asifin qolunda isə Adeniyinin əməyi qeyd edilməlidi. O, Ürfanın ötürməsindən sonra sona qədər döyüşdü, qapı önünə asma etdi, yolda müdəfiəçiyə dəyən və qapıçının uzaqlaşdıra bilmədiyi topu isə Məmmədov tora qovuşdurdu. “Səbail”dən Enrikenin başla zərbəsi “status-kvo”nun bərpası üçün yetərli deyildi.
İlk yarıda olduğu kimi, ikinci hissədə də üstün tərəf “Qəbələ” idi. “Səbail” isə zəif oyun nümayiş etdirdi. Qurbanovun komandası fasildən sonra çoxlu qol vəziyyəti yaratdı və bunlardan ikisindən istifadə edə bildi. Halbuki 49-cu dəqiqədə Təmkinin ötürməsindən sonra Lalavele fərqlənməyə borclu idi. Həmin epizodda Xəlilzadənin heyrətdən az qala donub qalmasını anlamaq olardı. Bundan 4 dəqiqə sonra Ruslan əla fürsəti qeyri-dəqiq vuruşla tamamladı. 58-ci dəqiqədə Atakora daha bir əla imkanı boşa verdi. Hər halda, bu futbolçu çox keçmədən məhsuldar ötürmə müəllifi oldu. Onun ötürməsindən sonra Ürfan olduqca effektli zərbəylə komandasını arxayınlaşdıran qola imza atdı. 81-ci dəqiqədə Adeniyi yerli azarkeşləri əvvəlcə təəssüfləndirdi, sonra sevindirdi. O, qapıçı ilə üzbəüz epizodda fərqlənə bilməsə də, bir dəqiqə sonra İlqarın ötürməsini dəqiq tamamlamaqla darmadağını rəsmiləşdirdi. “Qəbələ” ilk sınağından üzüağ çıxsa da, Hacıyevin debütü bərbad alındı. Qələbə “qırmızı-qaralar”ın düşərgəsində əməlli-başlı şadyanalıq yaratdı.
FARİZ

Reaksiylar
Aftandil Hacıyev: “Çətin matç olacağını gözləyirdik. Oyunumuzu matçdan-matça yaxşılaşdırmağa çalışacağıq. Yaxşı vəziyyətlərimiz də oldu. Ancaq səhvlərimiz də var idi və onları təhlil edəcəyik. Son iki həftədə komandanı formalaşdırmışıq. Əlbəttə, bu, görmək istədiyim "Səbail" deyil. Daha yaxşı komandanı görəcəyinizə söz verirəm. Çempionatda tutacağımız yer haqda indidən bir söz demək çətindi. Bütün komandalar güclənib. Proqnoz verməyi xoşlamıram. Rahidin himn oxumaması? Onun himnimizi oxuyub-oxumadığını deyə bilmərəm. Bunu özündən soruşsaz, yaxşıdı. Rahid nümunə göstərdiyimiz futbolçulardandı. Xasiyyətinə, davranışına görə həmişə örnək olub. Düşünmürəm ki, hörmətsizlik etsin”.
Sənan Qurbanov: “Bizim üçün çox vacib oyun idi. Çünki yeni çempionata uğurla start vermək istəyirdik. Qələbəni çox istəyiridk və bunu meydanda gördük. İlk növbədə futbolçularımızı bu istəyə görə təbrik edirəm. Yenilənmiş "Səbail” üzərində parlaq qələbə qazandıq. Rəqibin heyətində həm keyfiyyətli yerli futbolçular, milli üzvləri, həm də səviyyəli legionerlər var. Onların yalnız "Sabah"la yoxlama matçına baxmışdıq. Əslində qol imkanlarımız çox oldu və üçünü dəyərləndirdik. Ümid edirəm ki, növbəti matçlarda daha çox fərqlənəcəyik. Heyəti oyuna, rəqibin taktikasına görə müəyyənləşdirirdik. "Səbail" 3-ü mərkəz müdafiəçisi olmaqla 5 müdafiəçi ilə çıxış edirdi. Ceymsin oynaması taktiki gedişlə bağlı idi. Çünki o daha hərəkətlidi. Rauf da inandığımız futbolçudu və oyuna sonradan fəal qoşuldu”.
Rahid Əmirquliyev: “İlk turun oyunları həmişə çətin olur. Buna baxmayaraq, inanırdıq ki, Qəbələdən ən azı xalla qayıdacağıq. Səfərdə çıxış edirdik və rəqibi əks-hücumlarda yaxalamalıydıq. Lakin elə oldu ki, özümüz əks-hücumlarda qapımızda qollar gördük. Səhvləri təhlil edəcəyik. Komandamız hələ tam hazır deyil. Çalışacağıq ki, növbəti qarşılaşmalarda belə səhvlər olmasın. Öz səhvlərimiz üzündən qollar buraxdıq. Düzdü, futbol bunsuz olmur. Rəqib də çempionluğa oynayan komandadı və xırda səhvləri bağışlamır. Transfer? Bu haqda baş məşqçidən soruşsaz, daha yaxşıdı. Həmin məsələyə toxunmaq istəmirəm... Himn məsələsinə gəlincə, oxuyuram. Ola bilər ki, hansısa epizodu göstəriblər... Kiminsə marağı var ki, bunu qabardır. Onlara demək istəyirəm ki, Rahid həmişə himni oxuyub. Nə oldu, millidə 60 oyun oynadım, hər dəfə himn oxudum, kapitanlıq verilən kimi oxumadım? Bilmirəm, bunu kim çıxarır, kim yazır. Özləri bilər. Himni yaxşı da bilirəm, həmişə də oxumuşam. Deyilənləri əsassız sayıram. U-17-dən başlayaraq bütün millilərdə çıxış etmişəm və heç vaxt belə söhbət olmayıb. Görünür, kiminsə marağındadı belə söhbətləri çıxarmaq, onu da edir”.

Gözdən qaçmadı
* İlk turun başqa oyunlarında olduğu kimi, start fitindən öncə dövlət himnimiz səsləndi. Lakin bir gün öncə “Dalğa Arena”da baş tutan açılış matçından fərqli, Qəbələ şəhər stadionunda üçrəngli bayrağımız da qaldırıldı. Bunu komandaların kapitanları Rahid Əmirquliyevlə Ürfan Abbasov etdi. Maraqlıdı ki, oyunu televiziyadan izləyənlərin bir çoxu Rahidin himni oxumadığını iddia edir və qarşılaşma bitəndən sonra yarımmüdafiəçinin bu haqda fikirlərini öyrəndik. Yadınızdadısa, Əmirquliyevin daha öncə yığmanı kapitan kimi çıxardığı oyunda da himni oxumaması geniş müzakirələrə səbəb olmuşdu.
* "Qəbələ" azarkeşləri maraqlı pankart açmışdı. "Red Black Army" yayda komandanı tərk edən Baqali Daboya fransız dilində ismarıc hazırlamışdı. Yazılanların tərcüməsi "komandanın çətin anlarında oyunçular gedir, kişilər qalır" demək idi. Onu da xatırladaq ki, fransız hücumçu yay fasiləsində "Qəbələ"yə müqaviləni uzatmaqla bağlı razılıq versə də, sonda seçimi "Neftçi"nin xeyrinə etdi.
* “Qırmızı-qaralar”ın çempionatda ilk ev oyunu olsa da, azarkeş sayı haqda ürəkaçan söz demək çətindi. Ən pisi də budu ki, fanklub üzvlərindən başqa digər fanatlar öz yerlərini tutan kimi tuma “güc verdilər”. Beləcə, eyni anda qırılan tum qabığının ahəngdar səsi media-sektordan və VİP-dən aşkar eşidilməyə başladı. Azarkeşlər sektorları tərk edəndən sonra isə oturacaqların yan-yörəsində yaranan vəziyyəti sözlə ifadə etmək çətindi.
* Oyundan sonra təşkil olunan mətbuat konfransında sport24.az saytının redaktoru Mehman Süleymanov “Səbail”in baş məşqçisi Aftandil Hacıyevi ad günü münasibətilə təbrik edib, ona tort verdi. Bu gün 37 yaşı tamam olan Hacıyev isə qarşı tərəfə minnətdarlığını bildirdi. Sözügedən saytın baş məşqçilərin ad günləri ilə bağlı analoji təbrikə ötən ildən başladığını və bunu ənənəyə çevirdiyini də vurğulayaq.
* Çempionatın Əsasnaməsinə görə futbolçuların formasının arxasında ad və ya soyad Azərbaycan dilində yazılmalıdı. Ancaq "Qəbələ"nin yerli oyunçularında soyadlar ingiliscə idi. Əsasnaməyə zidd olsa da, buna görə kluba ciddi cəza veriləcəyi gözlənilmir. Çox güman, xəbərdarlıq olunacaq və düzəliş edilməzsə, daha sərt addımlar atılacaq.
Finasteride Risultati Propecia Compresse Cialis 5 Mg viagra Propecia Help Proscar Amoxil 500mg Food Online Pharama

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar