10 avq 13:58liqa

“Qarabağ” – “Zirə” oyunu təxirə salındı

“Qarabağ” – “Zirə” oyunu təxirə salındı
Alan da razıdı, satan da...
Premyer-liqanın 2018/19 mövsümünə sabah, yəni cümə günü start verilməliydi. Bəli, məhz verilməliydi. Bir qədər də dəqiqləşdirsək, avqustun 10-u, saat 20.00-da “Azərsun Arena”da “Qarabağ” – “Zirə” qarşılaşmasının start fiti çalınmalı, komandalar 90 dəqiqə ərzində münasibətlərinə aydınlıq gətirməliydi. Lakin bu baş verməyəcək. Daha doğrusu, məlum görüş hansısa müddətə təxirə salınacaq. Elə xəbəri keçmiş zamanda təqdim etməyimiz də buna görədi.
Hər halda, “Qarabağ” – BATE qarşılaşmasından sonrakı mətbuat konfransında Qurban Qurbanovun dedikləri bunun sübutudu: “Açığı, oyunun təxirə salınması haqda düşünməmişdim. Amma bu matçdan sonra belə bir fikrim var. “Zirə” rəhbərliyindən və PFL-dən görüşün təxirə salınmasını xahiş edəcəyik ki, Belarusdakı qarşılaşmaya yaxşı hazırlaşaq. Rəqibi keçmək üçün qalib gəlməliyik. Başqa çıxış yolumuz yoxdu”.
Qurbanovun sözləri hər nə qədər təəccüblü görünsə də, bu gün üçün buna məcburdu. Təbii, Berti Foqtsla Robert Prosineçkinin dönəmində təqvimin parçalanmasına görə əcnəbi mütəxəssisləri az tənqid etmirdik. Onlara “komandalar niyə yığma maraqlarının qurbanı olmalıdı” sualını verirdiksə, “Qarabağ”ın çalışdırıcısına “avrokubokların qrupunu hədəf seçən komanda həftədə 2-3 oyun keçirməyə hazır olmalıdı” sözlərini deyə bilərik. Amma deyə bilmirik.
Elə bir vəziyyət yaranıb ki, Qurbanovu anlamağa çalışırıq. Bakıda BATE-yə məğlub olan komandanın baş məşqçisi özü üçün götür-qoy edib. Rəqibin üstün və zəif cəhətlərini görəndən sonra yetirmələrinə vermək istədiyi tapşırıqlar var. Həm də hansısa taktiki gedişlər üzərində işlənilməlidi. Hər halda, bu gün ölkə futbolunun reytinqi və “Qarabağ”ın adı naminə hər birimiz çempiondan Belarusda qələbə gözləyirik. Bunun üçün isə Qurban Qurbanov zamana ehtiyac duyur. Yorğunluq, digər tərəfdən də vaxtın az olması komandanın ziyanına işləyə bilər. Odu ki, əvvəlki illərdə olduğu kimi, bu dəfə də “Zirə” ilə oyunun təxirə salınmasına “keçənə güzəşt” deməyə məcburuq. Sadəcə, məcburuq.
Tutaq ki, “Qarabağ” tərəfi oyunun təxirə salınmasında maraqlıdı. Bəs “Zirə”nin mövqeyi necədi? Hər halda, onlar da hazırlıq mərhələsində məhz bu oyuna görə çalışıb. Baş məşqçi Ayxan Abbasovun öz planları olub. Bu məqsədlə öncə “Zirə”nin baş məşqçisini aradıq: “Bununla bağlı “Qarabağ”dan rəsmi müraciət məktubu almamışıq. “Qarabağ”ın istəyinə normal baxırıq. Başa düşürük ki, bir həftə sonrakı cavab görüşünə daha yaxşı hazırlaşmaq istəyirlər. Klublarımız bir-birinə kömək etməlidi. Avrokuboklardakı təmsilçilərimizin maraqları nəzərə alınmalıdı. Müraciət etsələr, buna qarşı çıxmayacağıq. Məşqləri davam etdirib “Keşlə” ilə oyuna hazırlaşacağıq”.
Ardınca PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxlayıb, qurumun mövqeyini bildirməsini xahiş etdik: “Az öncə oyunun təxirə salınması ilə bağlı “Qarabağ”dan məktub aldıq. “Zirə”nin də mövqeyi öyrənildi və qərara alındı ki, oyun sentyabrın 26-na təxirə salınsın. “Qarabağ”ın BATE ilə cavab matçına yaxşı hazırlaşması üçün bu qərar qəbul olundu”.
Maraq üçün qeyd edək ki, BATE hazırda davam edən Belarus çempionatında sonuncu görüşünü iyulun 20-də ”Minsk”ə qarşı keçirib və 2:0 hesabıyla qalib gəlib. 18-ci turda meydana çıxmayacaq borisovlular bir də avqustun 25-də 19-cu tur çərçivəsində “Vitebsk”i qəbul edəcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar