26 fev 13:43liqa

“Qəbələ” İK-nın qərarlarından narazı deyil

“Qəbələ” İK-nın qərarlarından narazı deyil
Zaur Əzizov: “Nizamnamənin tələblərinə uyğun qərar çıxarılıb”

Həftələrdi böyük həvəslə gözlənilən “Qəbələ” – “Qarabağ” matçında gərginliyin olacağı şübhə doğurmurdu. 13-cü turda Bakıda baş tutan oyunda yaşananlardan sonra arada ciddi prinsipiallıq yaranmışdı. Və bu intriqanın azarkeşlərə sirayət edəcəyi sirr deyildi. Göründüyü kimi, 90 dəqiqə ərzində hər iki komandanın tərəfdarları susmaq bilmədi. Söyüş də söyüldü, hakimlərə qar da atıldı, dərin mənalı pankartlara da rast gəldik. Odu ki, İntizam Komitəsinin (İK) yaşananlarla bağlı hansısa qərarlar çıxaracağı gözlənilirdi.
Komitənin çərşənbə axşamı baş tutan iclasında əsas müzakirə mövzusu məhz 19-cu tutun mərkəzi qarşılaşması oldu. Oyunda yaşananlar gözdən keçirilib, ortaya faktlar qoyulandan sonra İK üç qərar qəbul etdi. “Qəbələ” və “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 800 manat, meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 1600 manat, “Qəbələ”nin azarkeşləri tərəfindən təhqiredici pankartların açılmasına görə meydan sahibləri 4000 manat cərimə olundu. İlk iki qərarla işimiz yoxdu. Premyer-liqada, xüsusilə mərkəzi oyunlarda rast gəlinən hallardı. Meydançaya yad əşyalar da atılıb, pirotexniki vasitələrdən də istifadə olunub. Amma pankart açılmasına görə cərimə kəsilməsi... Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və yetirmələri dəfələrlə azarkeşlərin söyüşlərini eşitməyə məcbur olub. Küçə söyüşlərinin biri bir qəpikdən. Hətta yaddaşımızı qurdalasaq, kimlərəsə ünvanlanan təhqiredici pankartlar da açılıb. Lakin bununla bağlı hansısa cərimə olmayıb. Pankart açıldı, ya söyüş söyüldü – eyni şey deyil? Məntiqlə, hər iki halda klublar cəzalanmalıdı. Odu ki, “Qəbələ”yə kəsilən 4000 manatlıq cəriməni görəndə az təəccüblənmədik.
Maraqlıdı, “Qəbələ” rəsmiləri bu haqda nə düşünür? Hansısa addım atmaq fikirləri var? Məsələn, qərardan narazılıq bildirib, apellyasiya şikayəti vermək. Sualımıza aydınlıq gətirmək üçün klubun baş meneceri Zaur Əzizovu aradıq: “Qərarlarla tanışıq və normal yanaşırıq. Apellyasiya şikayəti vermək fikrimiz yoxdu. Çünki qərar çıxarılandan sonra maddələrə bir də göz gəzdirdik və qanun çərçivəsində addım atıldığını gördük. Nizamnamənin tələblərinə uyğun qərar çıxarılıb. Buna görə azarkeşi də qınamaq olmur. Hər kəsin məsələyə baxış bucağı var. Bir adamı hamı sevə bilməz ki. Azarkeşə təzyiq etsək, “onu etmə, filan pankartı açma” desək, 3-5 oyundan sonra tribunada tərəfdar qalmayacaq. Sadəcə, bəzi sözlərə diqqət yetirsək, yaxşı olar”.
Görüş ərzində “Qarabağ” azarkeşləri də kifayət qədər fəal görünürdü. Onların bu fəallığı meydan sahiblərinə baha başa gəlib. Əldə etdiyimiz bilgiyə görə, qonaq fanatların yer aldığı tribunada bir neçə oturacaq sındırılıb. Bəs buna görə dəymiş ziyanı kim ödəyəcək? Həmişə olduğu kimi, zərər vuran azarkeşlərin dəstəklədiyi klubun rəhbrəliyi, yoxsa meydan sahibləri? Neçə oturacaq sındırılıb, dəyəri nə qədərdi? Əzizovla əlaqə saxlamışkən, bu məsələyə də münasibət bildirməsini xahiş etdik: “Bizdə bu işlərlə məşğul olan şirkət var. Həmin şirkət tribunada baxış keçirib və lazım olan qeydləri aparıb. Nə qədər ziyan dəyib – bunu indi deyə bilməyəcəm. Çünki biz də onlardan cavab gözləyirik. Ziyanı kimin qarşılayacağı haqda söz demək çətindi. Çünki bu haqda klubda qərar qəbul olunmayıb”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:52 İslamiada xəbərləri Dünən, 17:51 Şəhriyar liderliyini davam etdirir Dünən, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı Dünən, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib Dünən, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq Dünən, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi Dünən, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? Dünən, 15:59 İlk oyunda məğlubiyyət Dünən, 15:58 Mövsümün ən az qol vurulan turu Dünən, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə Dünən, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu Dünən, 15:45 FİFA referiləri İslamiadada! Dünən, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur Dünən, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi Dünən, 15:36 TURUN MƏŞQÇİSİ Dünən, 15:35 TURUN SİTATI Dünən, 15:33 TURUN OYUNÇUSU Dünən, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu Dünən, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib Dünən, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək Dünən, 15:27 “Neftçi”yə yeni rəis gəlir Dünən, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi Dünən, 15:23 “Forza Neftçi” qərarını verdi Dünən, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı Dünən, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib Dünən, 15:16 Yunanıstana geniş heyətlə Dünən, 15:12 Pevtsov iki pillə irəlilədi Dünən, 15:11 Ən güclü boksçular müəyyənləşdi Dünən, 15:10 Tokioda medala yaxın düşmədilər 26-04-2017, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! 26-04-2017, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? 26-04-2017, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı 26-04-2017, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib 26-04-2017, 20:26 “Energetik” həkimin ümidinə qalıb 26-04-2017, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" 26-04-2017, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi 26-04-2017, 20:09 İslamiada xəbərləri 26-04-2017, 20:07 Azərbaycan derbisində yenə “sülh” 26-04-2017, 20:05 Kseniya “Beşiktaş”la sevindi 26-04-2017, 20:04 Dadaşov məyus oldu 26-04-2017, 20:02 Lider büdrədi, ancaq yıxılmadı 26-04-2017, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs 26-04-2017, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı 26-04-2017, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb 26-04-2017, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı 26-04-2017, 19:43 AZAL “Zirə”yə təslim olacaq? 26-04-2017, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi 26-04-2017, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək 26-04-2017, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv 26-04-2017, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... Bütün xəbərlər
Ən çox oxunanlar