26 fev 13:42liqa

“Adam bilmir ki, sabah başına nə iş gələcək”

“Adam bilmir ki, sabah başına nə iş gələcək”
Cəzalar Samir Abasovu qorxutmur

Premyer-liqanın 19-cu turunda “doğma divarlar” arasında minimal hesabla AZAL-ı yenən “Sumqayıt”da üzlər gülsə də, baş məşqçi Samir Abasovun texniki zonadan uzaqlaşdırılması düşərgədə bir qədər məyusluq yaradıb. Fasilədə baş hakim Rəhim Həsənov tərəfindən cəzalandırılan çalışdırıcıya AFFA İntizam Komitəsi (İK) da sərt üzünü göstərib. Belə ki, texniki zona qaydalarını pozduğuna görə 38 yaşlı məşqçi “Zirə” ilə qarşılaşmanı tribunadan izləməli olacaq. Klub isə buna görə 1600 manat cərimə ödəyəcək. Xatırladaq ki, Abasov cari mövsümdə artıq ikinci dəfə eyni aqibətlə üzləşir. Premyer-liqanın 3-cü turu çərçivəsində baş tutan “Qəbələ” - “Sumqayıt” matçında Baqali Dabonun qoluna etiraz edən Samir bəyin davranışı Rauf Cabbarovu narazı saldığından onu “qırmızı” ilə “mükafatlandırmışdı”.
İntizam Komitəsi geridə qalan 19 turda iki dəfə tribunaya göndərilən mütəxxəssisə xüsusi xəbərdarlıq etməyi də unutmayıb. Analoji hadisə bir daha təkrarlanacağı halda “kimyaçılar”a daha ağır sanksiya tətbiq olunacaq.
Məsələ ilə bağlı “qəhrəman”ın da fikirlərini öyrəndik. Samir bəy hakimin haqlı qərar verdiyini söylədi: “Matçdan sonra baş tutan mətbuat konfransında bildirdiyim kimi, fasilədə hakimə verdiyi qərarla bağlı etiraz etdim. Sən demə, bu da qaydalara zidd imiş. Bu üzdən məni texniki zonadan uzaqlaşdırdı. Sonradan öyrəndim ki, FİFA referisi verdiyi qərarla düzgün addım atıb. Bəzən deyirlər ki, hakimlər Samirə qarşı qərəzlidilər. Ola bilsin, 90 dəqiqədə bəzən özümdən çıxıram, emosiyalarıma hakim ola bilmirəm. Ancaq düşünmürəm ki, hansısa referi mənimlə prinsip aparır, mənə qarşı qərəzlidi. Hakimlər hər iki halda lazım olan qərarı veriblər”.
Yəqin ki, İK-nın xüsusi xəbərdarlığı, kluba kəsilən cərimə və ən əsası, 19 turda iki dəfə texniki zonadan uzaqlaşdırılması Abasovu qarşıdakı turlarda özünü bir qədər təmkinli aparmağa, hisslərinə hakim omağa məcbur edəcək. Necə deyərlər, “ilan vuran, ala çatıdan qorxar”. Ancaq deyəsən, Samir bəy üçün qovulmaların, xəbərdarlığın xeyri yoxdu. Onu dinləyək: "Hər dəqiqənin öz hökmü var. İndidən deyə bilmərəm ki, yenidən hansısa qərara sərt etiraz etməyəcəm. Futbolda belə hallar qaçılmazdı. İndidən deyə bilmərəm ki, növbəti turlarda hakimlər bizim oyunlarımızda özlərini necə göstərəcəklər. Hansısa haqsızlıqla üzləşsək, öz xasiyyətimə bələd olduğumdan bilirəm ki, yenə dinc oturmayacam. Ümumiyyətlə, indidən bu haqda danışmaq mənasızdı. Belə bir hal yaşanarsa və hansısa sanksiya tətbiq etsələr, onda nəsə deyə bilmərəm. Öz işləridi. Adam bilmir ki, sabah başına nə iş gələcək”.
RƏŞAD
That's a genuinely imviessrpe answer.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar