Sənan Qurbanov maliyyə problemini yaxın buraxmadı » Football-plus.az
08 avq 18:31liqa

Sənan Qurbanov maliyyə problemini yaxın buraxmadı

Sənan Qurbanov maliyyə problemini yaxın buraxmadı
“Çalışacağıq ki, “Qarabağ”ı darıxmağa qoymayaq”
“Keşlə” ilə yoldaşlıq oyunundan sonra “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavabladı. O həm yoxlama matçı ilə bağlı düşüncələrini dilə gətirdi, həm də bizi maraqlandıran başqa məqamlara toxundu.
- Oyun haqda fikirləriniz necədi? Narazı qaldığınız məqamlar oldu?
- Yeni mövsüm ərəfəsində son hazırlıq matçı idi. Son üç gündə keçirilən məşqlərdəki ağır yükləmələrdən sonra futbolçulara stress altında düzgün oynamağı tapşırmışdıq. Məni ən çox sevindirən odu ki, oyunçular verilən tapşırıqları tam olmasa da, böyük ölçüdə yerinə yetirdilər. Yeni futbolçularımızın da “artırdıqlarının” şahidi olduq. Hiss olunur ki, komandaya uyğunlaşırlar, istədiklərimizi yerinə yetirilər və və inkişaf var. Bizim üçün yaxşı məşq oldu. Həm də premyer-liqa komandalarından artıq birini az da olsa, tanıdıq. Yeni transferlərimiz gündən-günə irəliləyir, yüksəliş var. İnkişaf bizi sevindirir. Hamıdan tam olmasa da, 90 faiz razı qaldım.
- Məlumdu ki, komandanın kapitanı Cavid Hüseynov ötən çempionatın son turunda 3 oyunluq cəza üzündən yeni mövsümün ilk 3 turunu buraxmalı olacaq. Bu üzdən yoxlama matçında onu oynatmadız. Startda Cavidsiz "Qəbələ"nin oyun modeli necə olacaq? Liderin yoxluğunu necə unutdurmağı düşünürsüz?
- Cavid komandamızın kapitanı, bizim üçün vacib futbolçudu. Bunu hər zaman demişəm. Onun liderlik keyfiyyətləri bizə çox lazımdı. Çalışacağıq ki, onun yoxluğunu hiss etdirməyək, başqa variantları yoxlayaq. Üç oyun az deyil. Ancaq bu gün yarımmüdafiənin mərkəzində çıxış edən Elvin Camalovla Sabien Lilayın oyunu məni sevindirdi. Xüsusilə də Elvinin. Hər ikisi verilən tapşırığı yerinə yetirdi.
- “Qəbələ”nin mərkəz hücumçusu Rauf Əliyev olsa da, bu gün onu sonradan meydana buraxdız. Həmin mövqedə isə daha çox Ceyms Adeniyi çıxış etdi. Bu, nə ilə bağlı idi?
- Ceyms sırf hücumçu deyil. Ancaq beynimdəki modeldə onu da hücumun mərkəzində sınamaq vardı. Pis alınmadı. Hücumameyilli yarımmüdafiəçilərə müəyyən tapşırıqlar vermişdik. Hər halda, premyer-liqadakı rəqibin arxa xətt oyunçularına, dayaq yarımmüdafiəçilərinə qarşı necə mübarizə aparacaqları məndə maraq doğururdu.
- Yeni transferlərdən Lalavele Atakora sanki "ansambl"dan geri qalır. Bunun səbəbini nədə görürsüz?
- Ona elə bir iş tapşırmışdım ki, meydanda daha çox qaçdı. Daha çox tapşırığımızı yerinə yetirməyə çalışdı. Sürətli futbolçudu. Mənə elə gəlir ki. Atakoranın digər yeni futbolçularla müqayisədə daha çox məşqsiz qalması ona bir az mane olur. Ancaq Atakora hər gün inkişaf edir, daha da irəliləyir.
- Baş məşqçi kimi ilk rəsmi matçınızda Bəhlul Mustafazadəni əsas heyətdə buraxdız və o, ilk qolda səhvlə yadda qaldı. Bundan sonra onu əsas heyətdən kənarda qoymusuz. Həmin səhvi hələ də ona bağılşamamısız, yoxsa başqa səbəb var?
- Deməzdim ki, bu, səhvlə bağlıdı. Səhvdən heç kim “sığortalanmayıb”. Bunu təcrübəli futbolçu da elə bilər. Sadəcə, "Proqres"lə səfərdəki cavab matçına iki hücumçuyla çıxdıq. Çünki Qəbələdə 0:2 hesabıyla uduzmuşduq. Buna görə də taktiki planda dəyişiklik etdik. Həm də Rasim Ramaldanov standart vəziyyətlərdə daha yaxşı oynadığı üçün onu müdafiənin mərkəzinə qoydum. Yoxlama matçları isə müxtəlif taktiki sxemləri, bütün futbolçuları yoxlamaq üçün yaxşı şansdı. Ona görə də kiminsə ehtiyatda qalması normal haldı.
- Roman Qriqorçuk əsas heyətdə 21 yaş limitinə görə Qismət Alıyevin xeyrinə seçim edirdi. Bəs siz həmin limitə uyğun kimi müəyyənləşdirmisiz?
- Bu gün sırf həmin limit üçün elə bir futbolçu yoxdu ki, daim o oynayacaq. Ümumiyyətlə, əsas heyətlə bağlı elə bir şey yoxdu.
- Yaxşı, onda sualı belə qoyaq: bu baxımdan kimin şansı daha çoxdu?
- Məşqləri əsas götürürük. Kim məşqdə daha çox özünü göstərsə, o da oynayacaq. Kim şansdan daha yaxşı istifadə edəcəksə, daim oynamaq şansı var.
- "Qəbələ" son 3 ildən fərqli Avroliqada mübarizəni erkən dayandırdı. Bu, psixoloji planda komandaya çempionat oyunlarında mənfi təsir göstərə bilər?
- “Proqres”lə ilk oyundan sonra psixoloji cəhətdən problem var idi. Söz vermişdik ki, Lüksemburqda qalib gəlib, mərhələ adlayacağıq. Orda qələbə də qazandıq, amma mərhələ keçmədik. Altı real qol imkanının yalnız birindən yararlana bildik. Üzüntü var idi, amma bunun aradan qaldırılması üzərində çox işlədik. Səfərdə qələbəylə futbolçulara müəyyən təkan verə bildik. Onlara aşıladıq ki, qarşıda uzun marafon bizi gözləyir, əllərimizi aşağı salmaq bizə xeyir verə bilməz. Başlarını dik tutmalarını tövsiyə etdim. Çünki “Qəbələ” iddialı komandadı, həmişə avrokuboklarda yaxşı çıxış edib. Sadəcə, bu dəfə ilk mərhələdə mübarizəni dayandırmaq bizə bir az şok yaşatdı. Önümüzə baxmalıyıq. İnkişaf etməliyik, bir oyunla heç nə əsas götürülmür. Biz məşqçilər və futbolçular olaraq ancaq inkişaf haqda düşünməliyik.
- Komandada maliyyə problemi olduğu söylənilir. Hətta komanda üzvlərinin 3-4 ay maaş almadığı iddiaları yayılıb. Bu nə dərəcədə doğrudu?
- Belə baxanda, yeni mövsüm üçün yığışmağımız heç 3-4 ay deyil (gülür). Hələ iki aydı bir yerdəyik. Xeyr, söz-söhbət doğru deyil. Bizdə maliyyə problemi yoxdu. Futbolçular, məşqçilər heç bir problemlə üzləşməyərək işimizi davam etdiririk.
- “Qəbələ”nin əvəzedici komandasının 1-ci divizionda iştirak etməməsi əsas komandaya necə təsir edəcək?
- Bu, rəhbərliyin işidi və qarışa bilmərik. Bizə nə tapşırılırsa, onu yerinə yetiririk. Həmin qərarın bizim komandaya elə bir təsiri olmayacaq.
- Premyer-liqanın ilk turunda “Səbail”lə üz-üzə gələcəksiz. Rəqib yenilənmiş komandadı. “Səbail”i araşdırmısız, bu komanda haqda nə deyə bilərsiz?
- Açığı, o qədər də araşdırmamışam. Bu gündən başlayaraq rəqibi təhlil edəcəyik. Bilirik ki, “Səbail” yenilənmiş komandadı. Heyətinə yaxşı futbolçular qatıb. Bunlar həm yerli, həm də legioner oyunçulardı. Həmçinin rəqibin heyətində millidə böyük oyun təcrübəsi olan yeni futbolçular da var. Bu il komandalar hamısı heyətini gücləndirib. “Keşlə”ni də bugünkü qarşılaşmada gördük. Qarşıdakı mövsüm daha sürətli və gərgin çempionat keçəcək.
- Çempionatdakı komandaları iki qrupa – “Qarabağ” və başqaları şəklıində bölmək olar?
- “Qarabağ” səviyyəli komandadı. Çalışacağıq ki, onu darıxmağa qoymayaq (gülümsəyir).
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar