08 avq 18:26liqa

Mladen Milinkoviç iki futbolçu transfer etməyi düşünür

Mladen Milinkoviç iki futbolçu transfer etməyi düşünür
“Rauf Albaniya futboluna və ordakı həyata uyğunlaşa bilmədi”
“Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç “Qəbələ” ilə yoxlama oyunundan sonra jurnaslitlərin əhatəsinə düşdü. Serbiyalı mütəxəssis rusca başa düşsə də, danışmaqda çətinlik çəkdiyini bildirdi. Belədə tərcüməçi funksiyasını köməkçisi Aleksandr Karakliç yerinə yetirdi.
- “Keşlə” rəhbərliyiniz altında keçirdiyi ikinci yoxlama oyununda da eyni hesabla uduzdu. Bu matç sizdə nə kimi təəssürat yaratdı?
- Komanda ilə daha yaxından tanış olmaq imkanı qazanıram. Bu dəfə də müəyyən informasiyalar topladım. 10 gündü burdayam və görmək istəyirəm ki, komanda dediklərimi nə qədər mənimsəməyi bacarıb. Həm də ən əsası, baxmaq istəyirdik ki, Sezar Meza Kollinin gedişindən sonra bizə onun mövqeyinə əvəzləyici lazımdı, yoxsa daxili ehtiyat qüvvə hesabına vəziyyətdən çıxa bilərik.
- Hansı nəticəni çıxardız?
- Sezarın mövqeyinə yeni futbolçu cəlb edəcəyik.
- Konkret namizəd var?
- İki-üç futbolçuya baxırıq. Onlar arasında seçim edəcəyik. Ancaq rəsmi müqavilə imzalanana qədər ad çəkməyəcəyik.
- Həmin futbolçular son klubunuz “Kukesi”dəndi?
- Yox. Nə “Kukesi”dəndi, nə də ümumiyyətlə, Albaniyadan.
- Ancaq Albaniya mətbuatı hələ “Qarabağ”la matç ərəfəsində “Kukesi”nin iki futbolçusu ilə danışıqlar aparmaq üçün Bakıda onlarla görüşdüyünüzü yazmışdı. Hətta görüşdən çəkilən fotoda keçmiş futbolçunuz, hazırda “Qəbələ”də oynayan Rauf Əliyev də vardı...
- Xeyr, bu adi görüş və ordan çəkilən şəkil idi. Məni, sadəcə, həmin futbolçularla görüşə dəvət etmişdilər. Oturub söhbətləşdik. Başqa heç bir şey yoxdu.
- Həmin fotoya əsasən belə qənaətə gəldik ki, Raufla aranızda artıq problem yoxdu.
- Onunla nə Albaniyada problemim vardı, nə də burda. Həmin Albaniya mətbuatı yazmışdı ki, guya Raufun ünvanına xoş olmayan söz demişəm. Ancaq belə şey olmayıb. Müsahibəmdə demişdim ki, Rauf yaxşı futbolçudu, sadəcə, Albaniya futboluna və burdakı həyata uyğunlaşa bilməyib. Bu, futbolda ilk belə hal deyil. Hətta yüksək səviyyəli futbolçular başqa ölkədə çıxış edəndə uyğunlaşma problemi yaşayır. Bunun nəticəsində fərqli ölkədə oyunları, karyeraları alınmır.
- Belə söz-söhbət də gəzir ki, sizi “Keşlə” rəhbərliyinə burda çalışan həmyerliniz Aleksandr Karakliç məsləhət görüb...
- Xeyr. Prezidentimizin Serbiyada dostu var və o, namizədliyimi təklif edib. Karakliçə də belə serbiyalı məşqçinin olduğunu deyiblər. Soruşublar ki, tanıyırsan, necə məşqçidi? O da məni tanıdığı üçün fikirlərini bildirib və sonda təyinat reallaşıb (Karakliç də təsdiq edir – F.).
- Özünüzə tanıdığınız əlavə köməkçi gətirmək fikriniz var?
- Buna ehtiyac görmürəm. Məşqçilər korpusumuz normaldı, yetərincə köməkçim var. Əsas ona görə bunu etmək istəmirəm ki, geniş heyəti sevmirəm. Komandaya gəlincə isə, bir-iki futbolçu da dəvət edəcəyik, bununla heyətimiz tam komplektləşəcək.
- Belə çıxır, təkcə Sezarın çıxış etdiyi mövqeyə, yəni oyun qurucusu yox, başqa futbolçu cəlb etmək fikrindəsiz?
- Orta sahəyə oyunçular gətirməyimiz lazımdı. Heyətə cəlb edəcəyimiz hər iki futbolçu oyunqurucusu olacaq.
- Yeni çempionatın starına bir həftədən də az vaxtı qaldı. Siz də “Keşlə”yə gec gəldiyinizdən, hazırlıq keçməyə, komandayla yaxından tanış olmağa vaxtınız az olub. Maraqlıdı ki, belə çətinliklər olduğu halda, gözləntiniz nədi?
- Həqiqətən az vaxtım olub. Birgə işlədiyimiz müddətdə zamandan maksimum yararlanaraq çox şey görmək istəyirik. “Qəbələ”ylə matçda məşqdə etdiklərimizdən çox şeyi görə bildik. Bu çox gözəldi. Ancaq elə şeylər də var ki, məşqdə bunun üzərində çalışmışdıq, meydanda alınmadı. Ümid edirəm ki, ilk üç turda yaxşı nəticələrə imza atacağıq. Bundan sonra isə çempionatda böyük fasilə yaranacaq. Həmin 3 həftə ərzində hər şeyi edəcəyik ki, komanda sentyabrda tam hazır olsun. Hesab edirəm ki, bir aydan sonra komanda tələblərimə tam cavab verəcək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar