26 fev 13:34liqa

AZAL-ın heyətini gücləndirməsi elitada qalamağa hesablanıb

AZAL-ın heyətini gücləndirməsi elitada qalamağa hesablanıb
Eldəniz Yusifov: “Transferlərlə bağlı heç bir maliyyə sıxıntımız yoxdu”

Mövsümün ilk yarısını uğursuz nəticələr fonunda turnir cədvəlinin son pilləsində qapayan AZAL-ın heyətində qışda bir sıra dəyişikliklər reallaşdı. Əslində bu gözlənilən idi. Əks halda, ümid etməli bir şey qalmayacaqdı. Sonda isə komanda birinci diviziona yuvarlanacaqdı. Düzdü, təhlükə hələ realdı. Sadəcə, qış fasiləsində vəziyyəti düzəltmək üçün müəyyən addımlar atılmalıydı. Maraqlıdı ki, çempionatın ilk yarısında baş məşqçi Tərlan Əhmədova qış fasiləsində heyəti gücləndirməklə bağlı sual veriləndə, o qədər də nikbin danışmırdı. Bu da səbəbsiz deyildi. İki il öncə klubun büdcəsi kəskin azldıldı və bundan sonra “təyyarəçilər” məhdud büdcə ilə premyer-liqada mübarizə aparmağa başladılar. Ötən mövsüm hər şey qaydasında olsa da, cari “futbol ili”ndə heç də hər şey arzulanan səviyyədə deyil. Bunun isə səbəbləri çoxdu. Həm elitada daha az komandanın mübarizə aparması, həm də 2015/16 mövsümündən dərs çıxaran klubların AZAL-a daha ciddi yanaşması nəticələrdə özünü göstərir.
Ancaq razılaşaq ki, qış transfer çalışmalarında fəal klublardan biri də AZAL oldu. Hələ noyabrın sonu – dekabrın əvvəlində Sadio Tounkara ilə anlaşan Şüvəlan təmsilçisi fasilədə bir neçə legioneri rənglərinə bağladı. Arkadi Qalperin, Frank Madu və Alamandine Roberts transfer edildi. Həmçinin fasiləyə qədər “Sumqayıt”ın şərəfini qoruyan, “transfer pəncərəsi” dönəmində bir sıra xarici ölkələrdən təklif aldığı deyilən Vaqif Cavadov da sonda AZAL-la razılığa gəldi. Daha bir legioner isə bir neçə gün öncə komandaya qoşuldu ki, bu da Mehdi Taouil idi. Lakin sonuncu hələ ki, “təyyarəçilər”in heyətində rəsmi oyuna çıxmayıb.
Yeni transferlərin komandaya köməyi isə hələ də hiss olunmur. Belə ki, komanda fasilədən sonra keçirdiyi 5 qarşılaşmanın hamısında məğlub olub. Düzdü, bəzi oyunlarda AZAL-ın hakim haqsızlığı ilə üzləşdiyi də vurğulnmalıdı. Xatırladaq ki, “Qarabağ”la görüşdə (1:2) komanda hesabda öndə olarkən, azlıqda qaldı. Sadio Tounkaraya göstərilən ikinci sarı vərəqənin hansı məntiqlə verildiyini anlamaq mümkün deyil. “Qəbələ” ilə qarşılaşmada isə “qırmızı-qaralar” 1:0 hesabı ilə öndə olarkən, özü də matçın sonlarına yaxın Tərlan Əhmədovun yetirmələrinin haqlı penaltisi verilmədi. Bəlkə də bu oyunlarda idarəçilik qüsursuz olsaydı, “təyyarəçilər” indi daha çox xala malik idi. Ancaq fakt budu ki, hazırda AZAL-ın cəmi 8 xalı var və şüvəlanlıları 7-ci pillə ilə 8 xallıq məsafə ayırır. Bu məsafənin qapadılması isə elə də asan məsələ deyil. Çox güman, bu üzdən daha iki yerli futbolçu ilə razılığa gəlindi. Söhbət Samir Məsimovla Bəxtiyar Soltanovdan gedir. Bununla belə, hər iki futbolçu daha öncə oyun təcrübəsindən əziyyət çəkib. Onların hazır olması nə qədər inandırıcı görünmürsə, AZAL-a fayda verib-verməyəcəyi zamanın işidi. Hər halda, bu transferlər bir qədər gözlənilməz idi. Özü də komandanın maddi cəhətdən işləri qaydasından deyilsə, daha doğrusu, rəhbərlik məhdud büdcə müəyyənləşdiribsə, bu qədər transfer necə edilir? Məgər yeni razılığa gələn futbolçular qəpik-quruşa oynayır? Deyək ki, mövsümün sonuna kimi AZAL-da oynamağa razılıq verən yerlilər futbolsuz qalmamaq üçün, digər klubların diqqət mərkəzinə düşmək ümidi ilə çox az məbləğ qarşılığında Şüvəlan təmsilçisinin heyətində top qovacaq. Həmin 5 legionerin də çox az maaşa razılaşdığı heç də inandırıcı deyil. Kim minlərlə kilometr ailəsindən uzaqda 500-1000 dollara oynamağa “hə” deyər? Bax, məsələnin maraqlı tərəfi budu.
Transfer məsələləri ilə bağlı AZAL-ın meneceri Eldəniz Yusifovla danışmağı lazım bildik: “Son transferlərin hamısına “gözlənilməz” deməzdim. Mehdi Taouil ilə yanvarın sonunda anlaşmışdıq. Sadəcə, onun gəlişi bir qədər yubandı. Düzdü, Samir Məsimovu bir qədər gözlənilməz saymaq olar. Təbii, azad agent statusuna malik idi. Bəxtiyar Soltanov yayda da bizə müraciət etmişdi. Lakin baş məşqçi tərəfindən onun transferinə o qədər də isti yanaşılmadı. Bu dəfə isə dəvət etdik. Bəxtiyar istedadlı oyunlçudu, kifayət qədər təcrübəsi var. İndi və gələcəkdə bizə kömək etmək gücündə olan futbolçudu. Bizim transferlərlə bağlı heç bir maliyyə sıxıntımız yoxdu. Büdcə əvvəldən müəyyənləşib. Ona uyğun da iş görürük. Biz 9 futbolçu ilə vidalaşmışdıq. İki nəfər icarəyə verildi, 7 nəfərlə isə yollar ayrıldı. Onların yerinə 8 futbolçu gətirmişik. Belə deyim, 9 nəfər gedib, 8-i gəlib. Bu, ümumi büdəcədən kənara çıxmaq, əlvə xərc demək deyil. Gələn legionerlərin hamısını yüksək məbləğə gətirməmişik. Onlarla mövsümün sonuna kimi müəyyən məbləğə razılaşmışıq. Bizdəki maaş fondundan, əməkhaqqı üçün nəzərdə tutulan məbləğdən kənara çıxmamışıq. Bütün bunlar büdcəyə uyğun həyata keçirilib. Mövsümün əvvəlindən təsdiq olunan büdcəyə uyğun işimizi qurmuşuq. Samir və Bəxtiyarla mövsümün sonunda müqavilənin maliyyə şərtlərinə baxmaq şərtli ilə növbəti il üçün də razılaşmaq müzakirə olunacaq. Biz premyer-liqada qalmaq, yerimizi qorumaq, növbəti mövsüm də güclülər dəstəsində mübarizə aparmaq istəyirik. Bununla bağlı lazımi işlər görülür. Qarşıda hələ 9 tur var. Bu oyunlarda çox şeylər dəyişə də bilər. Çempionatın maraqlı hissəsi hələ qabaqdadı. Ümid etməsəydik, gücümüzə inanmasaydıq, gələcəyə nikbin baxmasaydıq, bu işləri görməzdik. Onu da deyim ki, artıq transfer çalışmalarını bitmiş hesab etmək olar”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Yığma, yoxsa “Niyə də yox?!” komandası? 13:12Olimpiya çempionu güləşçimizi təriflədi 13:10“Marafon”a basqını Aynar Məmmədov təşkil edib? 13:08Yığmamız “Novruz” turnirində niyə NTD-nin formasında oynayıb? 13:04“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35 Bütün xəbərlər
Ən çox oxunanlar