07 avq 17:40liqa

Ölkədə futbol ajiotajından əsər-əlamət yoxdu

Ölkədə futbol ajiotajından əsər-əlamət yoxdu
Gələn həftə futbolumuzda 2018/19 mövsümünə start veriləcək. Həmişə olduğu kimi, mübarizəyə əvvəlcə premyer-liqa iştirakçıları başlayacaq. Təqvim də xeyli vaxtdı müəyyənləşib. Ancaq ölkə çempionatının startına çox az vaxt qalmasına baxmayaraq, hansısa ajiotaj hiss olunmur. Halbuki adətən, yeni mövsümün startı futbolsevərlər tərəfindən bayram kimi qeyd olunur. Çünki futbola olan tələbatlarını ödəmək imkanı qazanırlar. Bizdə də bir qayda olaraq belədi. Amma bu dəfə istisnadı. Sanki çempionata əvvəlki maraq qalmayıb. Çünki bayram ab-havasından əsər-əlamət yoxdu. Bəs niyə belədi? Futbolumuza, çempionatımıza soyuq münasibətin kökündə nə dayanır? Bu yazıda futbol ictimaiyyətinin biganəliyinə aparan səbəblərdən danışacağıq.
Avroliqayla erkən vida
Avrokubokların püşkü atılanda əksəriyyət klublarımızın ilk mərhələni itkisiz keçəcəyini güman edirdi. Amma proqnozlarımızda yanıldıq. Avroliqanın finalını qəbul edəcək ölkənin bu turnirdəki bütün təmsilçiləri elə startda çıxdaş oldu. Nə “Neftçi”, nə “Qəbələ”, nə də “Keşlə” münasib rəqiblərlə bacardı. Bu da ölkə əmsalını artırmaq şanslarını xeyli azaltdı. İndi bu baxımdan ümid qalıb “Qarabağ”a. “Köhlən atlar”ın da ÇL yolu heç də asan deyil. BATE-ni keçsə belə, pley-offda elə komandalarla qarşılaşacaq ki... Ancaq Avroliqada ölkə rekordunu yeniləyib, qrupdan çıxa bilər. “Qarabağ”ın inamlı çıxışı da azarkeşlər üçün kifayət etmir. Axı futbolumuz yalnız “Qarabağ”dan ibarət deyil. Bu idman növünün inkişafı üçün bütün klublar əlini daşın altına qoymalıdı. Son fiasko isə ümidləri qırır. Bu da azarkeşləri futbolumuzdan, bir az da dəqiqləşdirsək, ölkə çempionatından soyudur. Onlar üçün stadion yalnız “Qarabağ”ın avrokubok oyunları zamanı cəlbedici ola bilər.
Bölgə futbolunun süqutu davam edir
Bu mövzudan o qədər danışmışıq ki, daha deməyə söz də tapmırıq. Günahı AFFA-nın da boynuna atmaq olar, bölgə iqtisadiyyatını canlandırmayan hökumətin də. Əvvəlcə bölgələrdə normal gəliri olan fabrik və zavodlar fəaliyyət göstərməlidi ki, yerli klublara da sponsorluq edə bilsinlər. Vəziyyət gündən-günə daha da pisləşir. Elitada olduğu bütün mövsümlərdə azarkeş sayına görə lider olan “Kəpəz” növbəti dəfə premyer-liqanı tərk edib. Artıq Qərb bölgəsini elitada təmsil edən komanda yoxdu. “Qarabağ” məlum səbəblərdən de-fakto paytaxt klubuna çevrilib. “Qəbələ” də maliyyə problemlərinə görə iddialı statusunu itirməkdədi. “Qırmızı-qaralar” hətta medalçılar sırasına düşməsə, buna təəccüblənmək lazım deyil. Komanda məşqlərini Bakıda keçir, oyundan-oyuna Qəbələyə yollanır. Ordakı matçlarda da tribunalar tam dolmur. Bir sözlə, futbolumuzda yeknəsəklik davam edir. Sanki idmanın şahı ölkəmizdə boz rəngə bürünüb. Rəngarənglik deyilən bir şey yoxdu. Belə şəraitdə hansı ajiotajdan, hansı bayramdan danışmaq olar?
Çempionatda rəqabət yoxdu
Futbolumuzda yaranmış “Bakı çempionatı” termini özüylə rəqabətsizlik gətirib. Hə, “Qarabağ”ın ardıcıl 5 dəfə çempion olduğu illərdə “Qəbələ” titul üçün savaşırdı. Amma Roman Qriqorçukun dönəmində son iki-üç turadək məsələ həll olunurdu. “Zirə” debüt mövsümündə boy göstərsə də, yanacağı sona kimi çatmadı və gümüş medalla kifayətləndi. Başqaları isə sadəcə, başlarını girələyirdi, vəssalam. Bəs bu mövsüm? Düzdü, “Neftçi” bir qədər güclənib. Elə “Qarabağ”a az-çox “diş göstərəcək” komanda məhz flaqmandı. Başqalarının hayı gedib, vayı qalıb. Reallıqdan danışırıqsa, digər 6 iştirakçı ən yaxşı halda ilk “3-lüy”ə düşməyə çalışacaq. Çempionluq mübarizəsindən danışmağa dəyməz. Rəqabətsizlik fonunda güclü azarkeş marağını gözləmək insafsızlıq olar.
“Alğı-satqı” söhbətləri azarkeşləri iyrəndirib
Son iki ildə danışılmış oyunlarla bağlı söz-söhbət futbolumuzu cənginə alıb. Xüsusən də 1-ci divizionda “alğı-satqı” prosesi tüğyan edir. AFFA UEFA-dan aldığı xəbərdarlıqdan sonra bu “mərəz”i aradan qaldırmaq üçün radikal addımlar atır. Bu məqsədlə xeyli futbolçu cəzalanıb və bir neçə klub AFFA-nın bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırılıb. Ancaq “təmizlik” əməliyyatı aşağı dəstədə klub sayına mənfi təsir göstərib. Vaxtilə divizionda ən azı 14 komanda mübarizə aparırdısa, ötən mövsüm bu say 10-a endi. Növbəti “futbol ili”ndə isə əvəzedicilər də qoşulduqdan sonra bu say 12 və ya 14 ola bilər. Hərçənd PFL çempionatı təşkil etmək üçün heç 12-ci komandanı belə tapa bilmir. Bir sözlə, cılızlaşma prosesi aşağı dəstədə də gedir. Digər tərəfdən, “alğı-satqı”yla bağlı gəzən söz-söhbətlər azarkeşləri futboldan iyrəndirir. Çünki müdafiəçinin, qapıçının hər səhvi, hər gözlənilməz hesab istər-istəməz adamda şübhə yaradır. Belədə “oyunlar alınıb-satılırsa, onları niyə izləyim” fikri azarkeşin beyninə hakim kəsilir. Bu məqam da futbolumuza marağı azaldan səbəblərdəndi.
Səs-küylü transferlər yoxdu
2015-ci ildən klub futbolunda böhran yaşanır. Artıq heç kim pul boxçasının ağzını axıra kimi açıb, kimi gəldi transfer etmir. Keçdi o dövrlər. Səxavətinə görə ölkədə liderlik edən “Bakı” və “Xəzər Lənkəran” çoxdan böyük futboldan kənara çəkilib. Onlara baxıb səs-küylü transferlər edən, vaxtilə adından söz etdirmiş futbolçuları heyətinə qatan digər klublarda da indi durğunluq yaşanır. Klub rəhbərləri az qala suyu da üfürə-üfürə içir. Artıq hamı qəpiyinin belə qədrini bilir. Hətta ən imkanlı klubumuz olan “Qarabağ” da. Halbuki əvvəllər tanınmış legionerlərin oyununu canlı izləmək üçün stadionlara üz tutanlar olurdu. İndiki əcnəbilərin əksəriyyəti Azərbaycan çempionatına tramplin gözüylə baxan gənclərdi. Bu isə sıravi futbolsevər üçün cəlbedici deyil.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar