07 avq 17:10liqa

“Səbail”in sayt dərdi bitmək üzrədi

“Səbail”in sayt dərdi bitmək üzrədi
Törə Əhmədova: “Çalışırıq ki, çempionatın startına qədər hazır edək”
Bu mövzuya bir ildə bir neçə dəfə toxunmuşuq. Axı bir saytın başa gəlməsinə nə qədər vaxt lazımdı? “Səbail” artıq premyer-liqada ikinci mövsümünə hazırlaşsa da, rəsmi saytı yoxdu. Hələ debüt mövsümü ərəfəsində (o vaxt mətbuat xidmətinin rəhbəri vəzifəsini hazırda AFFA-nın media ilə əlaqələrinə cavabdehlik daşıyan Firuz Abdulla yerinə yetirirdi) saytın tezliklə istifadəyə veriləcəyi bildirilirdi. Firuz bəy demişdi ki, sayt tam hazırdı: “Sadəcə, komanda tam komplektləşdikdən sonra sayt da istifadəyə veriləcək. Klubla bağlı bütün informasiyalar dəqiqləşdikdən, geyim dəstləri, futbolçuların geyəcəyi formalar, nömrələr müəyyənləşməli, eyni zamanda bir sıra xırda problemlər aradan qalxmalıdı”. Sonra mətbuat xidməti Törə Əhmədovaya həvalə olundu. Xanım mətbuat katibi də “bu gün-sabah”larla mövsümü başa vurdu. Əhmədovadan sonuncu aldığımız cavab belə olmuşdu: “Saytın açılışının yubanmasının səbəbi texniki problemlərdi. Loqonun dəyişməsi, şriftlərin dəyişik düşməsi və ən əsas da dizaynda edilən dəyişikliklər ləngiməyə gətirib çıxardı. Yaxın günlərdə işləri yekunlaşdıracağıq. Çalışacağıq ki, çempionatın startına qədər hazır olsun. Hələ ki saytımız yalnız ana dilimizdə fəaliyyət göstərəcək”.
Düzdü, paytaxt təmsilçisi haqda xəbərləri klubun “feysbuk” səhifəsindən müntəzəm ala bilirik. Ancaq peşəkar klubdan danışırıqsa, portalın olması qaçılmazdı. Axı söhbət elita təmsilçisindən gedir.
Dünən yenidən Törə xanıma müraciət etdik. Məlum oldu ki, problem hələ də tam yoluna qoyulmayıb: “Heç bilmirəm, necə izah edim. Saytda bəzi problemlər var idi. Məsələn, başlıqda bəzi şriftlər avtomatik böyüyürdü, hərflər dəyişirdi. Video yükləyirdik, əvvəl problem görünmürdü, ancaq bir az keçəndən sonra səhifədə başlıq dəyişirdi. Saytın içində olan yazılarda çox ciddi problemlər yaranmışdı. Buna görə də yeni sayt sifariş verməli olduq. Yaxın zamanda sayt fəaliyyət göstərəcək. Bu qədər uzanmasını mən də istəməzdim. Biz sosial şəbəkələrdə mütəmadi müxtəlif paylaşımlar edirik. Hətta mən deyərdim ki, rəsmi sayt müvəqqəti fəaliyyətdə olmadığı üçün "feysbuk" səhifəmiz çox fəal işləyir. Oyun ərəfəsində müxtəlif anonslar, rubrikalarımız və sair var. Amma hazırda rəsmi saytın tez bir zamanda işə düşməsi üçün çalışırıq. Artıq komanda ilə bağlı məlumatlar yüklənir. Bazar ertəsi gətirib mənə göstərəcəklər, problem olmasa, test şəklində fəaliyyətinə start verəcəyik. Çalışırıq ki, çempionatın startına qədər hazır edək”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar