07 avq 17:07liqa

"Sumqayıt"ın qarşısına qoyulan hədəf məni həvəsləndirdi”

"Sumqayıt"ın qarşısına qoyulan hədəf məni həvəsləndirdi”
Əli Babayev yığmaya can atır
“Sumqayıt”ın bu yay heyətinə qatdığı futbolçulardan biri də Əli Babayevdi. 28 yaşlı futbolçu karyerasına İsraildə, daha dəqiq desək, “Hapoel Raanana”da başlayaıb və bu klubun bütün yaş qruplarında çıxış edərək əsas komandaya yüksəlib. “Kimyaçılar”ın dünənki məşqindən sonra onunla da danışdıq.
- Əvvəlcə özün haqda məlumat verərdin...
- Həm atam, həm də anam azərbaycanlıdı. Özüm də burda doğulmuşam. Bir yaşım olanda ailəm İsrailə köçüb. Futbola da orda başlamışam. "Hapoel Raanana"nın şərəfini qorumuşam. İndi də bura, "Sumqayıt"a gəlmişəm.
- "Sumqayıt"a gəlişin necə alındı?
- Menecerim mənə bu klub haqda məlumat verdi. Klub prezidenti Riad Rəfiyevlə görüşmək üçün bura gəldim və ötən mövsüm "Sumqayıt"ın evdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzduğu oyunu canlı izlədim. Daha sonra görüşüb söhbət etdik və bura gəlməyə qərar verdim.
- Adətən, futbolçular daha yaxşı şərtlər təklif edən İsrail klublarına yollanırlar. Sən isə əks marşrutla hərəkət etməyi lazım bildin.
- Bunun bir neçə səbəbi var. İlk növbədə hiss etdim ki, “Sumqayıt”ın mənə marağı ciddidi. Bunu həm klub prezidenti Riad Rəfiyev, həm də idman direktoru Zamiq Hüseynovla söhbətdə hiss etdim. Fikirləşdim ki, bu cür insanlarla işləmək xoş olar. Bundan başqa, "Sumqayıt"ın qarşısına qoyulan hədəf məni həvəsləndirdi. Yeni komandam Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparacaq ki, bu da seçimimə təsir etdi.
- Yeni komandan haqda ilk təəssüratını bilmək istərdim.
- Türkiyədə çox məhsuldar təlim-məşq toplanışı keçdik. Fikrimcə, bu toplanış xeyirimizə olacaq. Həmin hazırlıq prosesində komandaya tam uyğunlaşdım və hazırda uşaqlarla münasibətim də çox yaxşıdı.
- Avropa Liqasına vəsiqə qazanmaq heç də asan olmayacaq. Sizi ciddi rəqbət gözləyir.
- Düzünü desəm, Azərbaycan klubları haqda geniş məlumatım yoxdu. Bilirəm ki, "Qarabağ" Çempionlar Liqasının qrupunda oynayıb, yaxşı komandadı. "Qəbələ" də pis deyil. İnternet vasitəsilə bəzi matçlara baxmışam.
- “Sumqayıt”ın azarkeşləri çox tələbkar olduğundan burda top qovan futbolçu ya qəhrəman olur, ya da komandanı yarımçıq tərk edir. Bu barədə sənə nəsə deyiblər?
- Azarkeşin çox olması yaxşı haldı. Mən İsraildə də dolu tribunalar önündə oynamışam. Bu mənada bunun məsuliyyətini gözəl başa düşürəm. İnanıram ki, öz oyunumuzla həm mən, həm də komanda onların dəstəyinə layiq olacaq.
- Komandaya dayaq yarımmüdafiəçisi kimi dəvət olunmusan. Nazim Süleymanov səni doğma mövqedə oynadır, yoxsa başqa zonalarda da yoxlayıb?
- İsraildə olduğu kimi, burda da baş məşqçimiz həm müdafiəyə yardım etməyimi, həm də hücumların qurulmasında iştirakımı istəyir. Bir növ mənə sərbəstlik verib.
- Nazim Süleymanovla işləmək necədi?
- Çox yaxşı. Nazim müəllim insan kimi də gözəl insandı, məşqçi kimi də xoş sözlərə layiqdi.
- Bildiyim qədər İsraildə müxtəlif yaş qrupları üzrə yığmalarda oynamısan. Ancaq əsas komandaya yüksələ bilməmisən.
- Bəli, İsrailin U-19 və U-21 yığmasının formasını geymişəm. Görünür, əsas yığmanın məşqçilər korpusunun diqqətini cəlb edə bilməmişəm və ona görə də dəvət etməyiblər.
- Bizim millidə oynamaq istərdin?
- Əlbəttə, istərdim. Bunun üçün şansım da olacaq. Sadəcə, özümü sübut etməli və milliyə dəvət almalıyam.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar