03 avq 15:44liqa

Yeni futbolçular nə vəd edir?

Yeni futbolçular nə vəd edir?
25 yeni futbolçudan yalnız dördü haqda “yığma üzvü” ifadəsini işlədə bilərik
“Transfer pəncərəsi”nin bağlanmasına bir aydan da az vaxt qalıb. Demək olar ki, ölkə klublar heyətini böyük ölçüdə komplektləşdirib. Bir sıra futbolçular yola salınıb, yenilər alınıb. İstər yay, istərsə də qış fasiləsində klubların heyətinə qatdığı əcnəbi futbolçular marağa səbəb olur. Bu üzdən əksəriyyət yeni gələn legionerlərin karyeralarını vərəqləmək arzusuna güc gələ bilmir. Təbii, həmin futbolçuların səviyyəsi, hansı klublarda forma geyməsi, hansı çempionatlarda çıxış etməsi maraq doğurmaya bilməz.
Bu yay da yenilər baxımından istisna olmadı. Həmişəki kimi yerli bazardakı alış-verişdən sonra klublarımız xaricə üz tutdular. “Sumqayıt”ın strategiyası məlumdu və klub legioner oynatmır. Qalan 7 elita iştirakçısının hamısı heyətinə əcnəbi futbolçu qatıb. Söhbət ölkəmizə yeni gələn legionerlərdən gedir. Bu mənada “Keşlə” ilə “Zirə” xaricdən daha az transfer edibsə, “Qarabağ”la premyer-liqanın debütantı “Sabah” hamıdan öndədi. Bəs görəsən, bizimkilər ən çox hansı ölkələrə üz tutub? Geridə qalan müddətdə çempionatımıza üz tutan, xüsusi fərqləndirə biləcəyimiz əcnəbilər kimlərdi? Onlar öz ölkəsinin yığmasına çağırılırmı? Yenilər daha öncə hansı çempionatlarda top qovub? Onlar arasında “böyük beşlik” təcrübəsi yaşayanlar varmı? Sullara cavab tapmazdan öncə klubların bu yay xaricdən etdiyi transferlərin siyahısına diqqət yetirək.
Qarabağ: Abdullah Zubir, Hannes Halldorsson, Simeon Slavçev, Vaqner da Silva, Con Delarj, İnnosent Emeqara
Qəbələ: Sabien Lilay, Ceyms Adeniyi, Lalavele Atakora
Neftçi: Slavko Braliç, Qoran Paratski, Kvame Karikari
Zirə: Bilal Hamdi, Dilan Duventru
Keşlə: Miloş Boşançiç, Bahodir Nasimov
Səbail: Kevin Kubemba, Enrike Moura, Tome Kitanovski
Sabah: Yosip Baliç, Filip İvanoviç, Saşa Stamenkoviç, Vitali Kvaşuk, Vanderson Enrike, Erik Ramos
Öncə 4 futbolçu ilə bağlı xüsusi məqama toxunaq. Bunlar Emeqara, Nasimov, Stamenkoviç və Ramosdu. Belə ki, adı çəkilənlər daha öncə ölkəmizdə top qovub. İnnosent qısa müddətdə elə məhz “Qarabağ”da çıxış edibsə, qalan üç futbolçu “Neftçi”nin şərəfini qoruyub.
İndi isə gələk əsas məsələyə. Bu yay ölkəmizə təşrif buyuranlardan yığma üzvü olanlar çox azdı. “Qarabağ”da bolqar Slavçev və island Halldorsson, “Qəbələ”də alban Lilay və “Səbail”də konqolu Kubemba hazırda milli üzvü sayılır. Düzdü, gələnlərin bir çoxu əvvəllər ölkəsinin ya əsas yığmasında, ya da aşağı yaş qruplarında forma geyib. Ancaq hazırda yığmaya dəvət almırlar. Belə deyək, klubların heyətinə qatdığı 25 yeni futbolçudan yalnız dördü haqda “yığma üzvü” ifadəsini işlədə bilərik.
Maraqlıdı ki, siyahıda “böyük beşlik” həyəcanı yaşayan cəmi bir futbolçu var. Yuxarıda adını çəkdiyimiz Kubemba 2014/15 mövsümündə “Lill”in formasını geyib və Fransa elitasında 8 oyun keçirib. Doğrudu, Fransa və İtaliyada çıxış edən başqa futbolçular da var. Lakin onlar güclülər dəstəsində oynamayıb və “böyük beşlik” deyiləndə məhz həmin ölkələrin ən yüksək liqası nəzərdə tutulur.
Ayrı-ayrı futbolçuların karyerasına nəzər saldıqda isə diqqəti çəkənlər var. Zubir “Lans”da (Fransa), Slavçev “Sportinq”də (Portuqaliya), Vaqner və Boşançiç “Boavişta”da (Portuqaliya), Delarj “Bursaspor”da (Türkiyə) forma geyib. Yeri gəlmişkən, Boşançiç “Srvena Zvezda”, “Çukariçki” və “Slovan” kimi klubların da şərəfini qoruyub. Bundan başqa, Lilay Xorvatiya, Karikari Türkiyə, Ukrayna, Hamdi Fransının 2-ci liqasında, Cənubi Kipr çempionatında top qovub. Ancaq karyerası ilə öyünə biləcək futbolçular çox azdı. “Transfer bombası” adlandıra biləcəyimiz biri də, demək olar, yoxdu. Doğrudu, Halldorsson bu mənada bir addım önə çıxır. Bu da yığmadakı çıxışına görədi. Lakin klub karyerası Danimarka çempionatından irəli getməyib. Bəlkə də “transfer pəncərəsi” bağlanana kimi bu mənada klublardan biri diqqəti çəkən addım atdı. Ancaq heç inandırıcı görünmür. Çünki artıq çoxları “bazarı bağlayıb”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar