01 avq 18:59liqa

“Sabah”ın baş məşqçisi gənclərdən razı qalıb

“Sabah”ın baş məşqçisi gənclərdən razı qalıb
Elşad Əhmədov: “Dözümlülük, fiziki hazırlıq sarıdan tam istədiyim səviyyədə deyildi”
Ötən həftə Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdan “Sabah” çempionatın startınadək hazırlığı paytaxtda davam etdirəcək. Qardaş ölkədə dörd yoxlama oyunu keçirən premyer-liqanın debütantı bu görüşlərin hamısında heç-heçə etdi. Hazırlıq prosesi çərçivəsində heyətə bir neçə futbolçu da qatıldı. Ancaq “ağ-göylər” hələ də hücumçu transferini reallaşdırmayıb. Dünən baş məşqçi Elşad Əhmədovla əlaqə saxlayıb, həm Türkiyə toplanışı, həm də başqa məsələlər ilə bağlı danışdıq.
- Boludakı hava şəraiti toplanışın gedişinə problem yaratmadı? Hansısa ekstremal vəziyyətlə üzləşmədiz?
- Hava çox gözəl idi. Deyirdilər ki, orda duman olacaq. Amma qatı duman müşahidə olunmadı. Bir-iki dəfə yağış yağdı. Ümumilikdə Bolu təlim-məşq toplanışı keçmək üçün münasib yerdi.
- Yoxlama oyunlarındakı rəqiblərin səviyyəsindən razı qaldız?
- Səfərdən öncə Türkiyənin iki komandasıyla qarşılaşmağı planlaşdırırdıq. Daha iki rəqib başqa ölkələrin təmsilçiləri olmalıydı. İlkin anlaşma olmuşdu. Ancaq son anda Albaniya “Tirana”sı Boluya gəlmədisə, ərəblər oranı erkən tərk etdi. “Girəsunspor” və “Osmanlıspor” heç də zəif rəqib deyildi. 1-ci liqa təmsilçiləri olsalar da, “Alanyaspor”dan aşkar geri qalmırdılar.
- Bütün oyunlarınızın heç-heçə bitməsi diqqətimizi çəkdi...
- Heç kim heç-heçə etmək haqda fikirləşmirdi. Oyunlar maraqlı keçdi. İlk iki oyunda hesabda önə keçsək də, son dəqiqələrdə top buraxdıq. Növbəti iki görüşdə isə əksi baş verdi. Uşaqlar xarakter nümayiş etdirdi. Sözsüz, ən çətin oyunumuz “Alanyaspor”a qarşı oldu.
- Superliqa təmsilçisi “Sumqayıt”a 7:0 hesabıyla qalib gəlmişdi. Ancaq siz “Alanyaspor”la bərabərə qala bildiz. Nəticə sizi təəccübləndirdi?
- Türkiyə klubunun “Sumqayıt”la matçını izləmişdim. Əslində hesab matç oyuna görə olmadı. Hesab 1:0 olarkən Əfran İsmayılov penaltini dəqiq yerinə yetirsəydi, qarşılaşmanın məcrası dəyişərdi. Nazim müəllim (“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanovu nəzərdə tutur – S.) ikinci hissənin ortalarında əvəzetmələr etdi. Bundan sonra arxa xətdə boşluqlar yarandı və fərq böyüdü. “Sumqayıt” heç də pis təsir bağışlamadı. Hər halda, unutmayaq ki, “Alanyaspor” elita klubudu. Bizə qarşı 7 legioner oynatdılar. Yaxşı futbolçuları var.
- Çempionata neçə faiz hazırsız?
- Tam olmasa da, komanda 80-85 faiz hazırdı.
- Oyun fəlsəfənizi komandaya aşılaya bilmisiz?
- Bunun üçün bir ay çox az vaxtdı. Elə futbolçular var ki, “Sabah”a bir aydan da az vaxtda qoşulub. Çalışırıq ki, nəzəriyyəni mənimsəsinlər. İnşallah, zamanla bu problem yoluna qoyulacaq.
- Hələ də hücumçu transferi baş tutmayıb. Bu məsələdə hər hansı yenilik var?
- Axtarışlarımız davam edir. Dörd futbolçu arasında seçim edirik. Danışıqlar gedir. İnşallah, tezliklə sıralarımıza yeni oyunçu qoşular. Hücumçu əcnəbi olacaq.
- Cavid İmamverdiyevi Türkiyədə hücumda oynatdız?
- Bəli, son oyunda ona “sivri uc”da şans verdim.
- Futbolçulardan razı qaldız? Kim daha çox fərqləndi, kim potensialından aşağı çıxış etdi?
- Yerlilərin potensialına bələdəm. Onları yaxşı tanıyıram. Gənclərdən Eltun Turabovla Elgün Nəbiyev özlərini daha yaxşı göstərdi. Özünə qarşı müsbət fikir formalaşdıran futbolçular çox oldu.
- Baxışda olan iki futbolçunun taleyi necə oldu?
- Ricat Qarayevlə qapıçı Aydın Bayramovu Boluya aparmışdıq. “Sabah”da qalacaqları dəqiqdi. Ancaq əsas və ya əvəzedici heyətdə yer alacaqlarına yaxın günlərdə qərar verəcəyik.
- Toplanışda zədələnən Filip İvanoviçin zədəsi ciddidi?
- Dünəndən fitnesdə çalışmalara başlayıb. Çempionatın ilk turuna kimi sıraya dönüb-dönməyəcəyini deyə bilmərəm. Sabahdan (bu gündən) məşqlərimizi bərpa edəcəyik.
- Bakıda daha bir yoxlama oyunu keçirməyi planlaşdırırdız. Planda dəyişiklik yoxdu ki?
- Avqustun 5-də bu görüş baş tutacaq. Hazırda “Səbail”lə danışıqlar gedir. Stadion məsələsinə hələ aydınlıq gəlməyib.
- Erik Ramos bir neçə ildən sonra ölkəmizə qayıtdı. Paraqvaylı yarımmüdafiəçinin hazırlıq səviyyəsi necədi?
- Aradan xeyli vaxt keçsə də, Ramos elə Ramosdu. Eriki yaxşı tanıyıram. Dayaq yarımmüdafiəçisi mövqeyində güvəndiyim futbolçudu. Öz üzərində işləyir. İnanıram ki, ümidləri yenə doğruldacaq.
- Demək olar ki, Ramosun gəlişiylə xorvat Yosip Baliçin gedişi üst-üstə düşdü. Bu futbolçunu bəyənmədiyiniz üçün göndərdiz. Maraqlıdı, müqavilə bağlayanda oyunçu keyfiyyətlərini yaxşıca nəzərdən keçirməmişdiz?
- Transfer üçün vaxtımız az idi. Ona görə də bütün futbolçuları bir neçə ay əvvəl araşdırmağa imkanımız olmadı. Bəzi oyunlarda Yosipə şans verdim. Baliçin taktiki-texniki hazırlığından narazı deyildim. Ancaq dözümlülük, fiziki hazırlıq sarıdan tam istədiyim səviyyədə deyildi. Məşqlərdə də bu çatışmazlığı onun diqqətinə çatdırmışdıq. 15 günə yaxın hazırlıq prosesində iştirak etdi. Amma alındıra bilmədi. İstəyirəm ki, ortada oynayan futbolçu komandada ən çox qaçan, işlək oyunçu olsun. Bunu mən onda görə bilmədim.
- Premyer-liqadakı rəqiblərinizin hazırlığını, keçirdikləri oyunları diqqət mərkəzində saxlayırdız?
- Bir neçə oyunu izləmişəm. Onu deyə bilərəm ki, bütün rəqiblər bizim üçün təhlükəlidi.
- Adətən, debütantlar ilk mövsümdə elitada qalmaq uğrunda mübarizə aparır. Sizin hədəfiniz də budu?
- İnşallah, yaxşı oyun göstərib, bacardığımız qədər yüksək yerlərdən birini tutmağa çalışacağıq. Əsas odu ki, komanda baxımlı oyun nümayiş etdirsin.
- Ev oyunlarınızı “Əlincə Arena”da keçirəcəksiz. Masazırda azarkeş problemiylə üzləşə bilərsiz. Bu durum sizi narahat edir?
- Məşqlərimizi yerli sakinlərdən izləyənlər olur. İnanıram ki, yaxşı oyun nümayiş etdirsək, tribunaları da tədricən dolduracaqlar. Bu problem zamanla həllini tapa bilər.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar