01 avq 18:30liqa

Ölkə futbolunun stadion dərdi təzələnib

Ölkə futbolunun stadion dərdi təzələnib
Hazırda üç stadionda təmir işləri gedir
Avqustun 10-da premyer-liqada 2018/19 mövsümünə start veriləcək. Ancaq çempionatın əvvəli heç də ürəkaçan səviyyədə keçməyəcək. Ona görə yox ki, klublarımız hamısı avrokuboklarda yoluna davam edir və daxili yarışa diqqət ayırmayacaqlar. “Üzləri ağ olsun”, üçü elə ilk mərhələdəcə mübarizəni dayandırdı. Özü də hansı komandalarla duellərdə?! İkisi “cırtdan” ölkə təmsilçisini keçə bilmədi, biri isə evdə az qala təkqapı oynadığı komanda önündə darmadağın oldu. Ancaq Avroliqanın ikinci təsnifat mərhələsində klubumuz yoxdu. Ümid təkcə “Qarabağ”a qalıb. Bütün bunlar öz yerində. Toxunacağımız problem isə başqadı. Çempionatın ilk iki ayı ilə bağlı bədbin proqnoz verməyimizin səbəbi bəzi komandaların doğma stadionlarından uzaq düşməsidi. Məhz bu üzdən qarşıdakı “futbol ili” heç də arzulanan vəziyyətdə başlamayacaq.
Onsuz da azarkeş probleminin ölkə futbolunun yaralı yeri olduğunu hamımız yaxşı bilirik. “Kəpəz”in birinci diviziona yuvarlanmasından sonra premyer-liqadakı tamaşaçı sayı ilə bağlı statistika acınacaqlı durumda olacaq. Sumqayıtın paytaxtla məsafəsini nəzərə alsaq, yalnız “Qəbələ” bölgədə oynayacaq. Lakin onsuz da “qırmızı-qaralar” tərəfdar sayına görə öndə gedən komandalardan deyildi. Avroliqadakı uğursuzluq isə Sənan Qurbanovun yetirmələrinin bir qədər də əleyhinə işləyəcək. Hə, “Sumqayıt”ın adını çəkdik, lakin xüsusi məqamı qeyd etmədik. Axı bu komanda da çempionatın ilk iki ayında “doğma divarlar” arasında çıxış etməyəcək. Stadionu təmirdə olan “kimyaçılar”ın başqa arenaya sığınması tribunların vəziyyəti ilə bağlı durumun bir qədər də acınacaqlı olacağından xəbər verir. Deməli, mövsümün əvvəllində tamaşaçı sayı ilə bağlı ürəkaçan nəsə deməyə heç bir dəlil yoxdu.
Öncə komandaların hansı stadionlardan yararlanacağını xatırladaq. “Qarabağ” ev oyunlarını “Azərsun Arena”da, “Qəbələ” Qəbələ şəhər stadionunda, “Keşlə” “ASK Arena”da, “Sabah” “Əlincə Arena”da, “Səbail” isə “Bayıl Arena” keçirəcək. İndi də doğma meydandan uzaq düşən komandalar toxunaq. “Zirə” və “Neftçi” ev oyunlarını “Dalğa Arena”da keçirəcək. “Sumqayıt”ın seçimi isə sabah bəlli olacaq. “Kimyaçılar” iki ehtimaldan birinin – “Bayıl Arena” və ya “Dalğa Arena”nın üzərində dayanacaq. Bu üç komandanın öz stadionlarından yararlana bilməmələri təmirlə bağlıdı. “Bakcell Arena”nın, Zirə Olimpiya Kompleksinin və “Kapital Bank Arena”nın ot örtüyü dəyişldirilir. İlk adı çəkilən idman qurğusunda təbii qazon idi. Lakin örtük sıradan çıxdığı üçün yenisinə ehtiyac yarandı. “Neftçi” bu üzdən ev oyunlarını Mərdəkanda keçirəcək. “Zirə” və “Sumqayıt”ın stadionlarında isə süni qazon təbii ilə əvəzlənir. Proses uzun sürdüyünə görə oktyabra kimi bu komandalar doğma meydandan uzaq qalacaq. İndi isə məsələyə müxtəlif prizmalardan baxaq.
Süni qazonun təbii ilə əvəz olunması hər kəsi sevindirməlidi. Çünki dəfələrlə süni örtüyün fəsadlarından söz açmışıq. Elə vaxtlar olub ki, hətta avrokubokda mübarizəni davam etdirən komandaların bəzi futbolçuları bu bəlanın qurbanı olub. Nəhayət, futbol rəhbərliyi də problemin ciddiliyinin fərqinə vardı və qərar verdi ki, təbii örtüklər salınsın. Əlbəttə, prosesin uzun sürməsi və çempionatın ilk aylarında bəzi klubların doğma arenalardan uzaq qalması xoş görüntü deyil. Hər halda, örtüyün dəyişdirilməsi üzrə mütəxəssis olmadığımız üçün bunun doğrudan da bu qədər uzun vaxt aparıb-aparmaması ilə bağlı konkret fikir səsləndirmək çətindi. İnanaq ki, klubları da bu məqam ciddi narahat edir və prosesin erkən başa çatmaq ehtimalı olsaydı, onlar bizdən öncə əl-ayağa düşərdi. Keçək məsələnin digər tərəfinə. Axı bu iş bütün stadionlarda gerçəkləşməyəcək. “Bayıl Arena” və “ASK Arena”nın ot örtüyü süni olaraq qalacaq. Deyək ki, Bayıldakı stadionun qazonu yaxşı vəziyyətdədi. Axı bu yaxınlara kimi “İnter Arena” adlanan “Keşlə”nin stadionunun qazonu ən bərbad vəziyyətdə olnalardandı. Düzdü, sözügedən arenanın ot örtüyünün başqaları ilə yanaşı təbii ilə əvəzlənməməsinin səbəbi bəlli idi. Belə ki, arenanın hüquqi statusu bəlli olmadığı üçün qazonun dəyişdirilməsi bu il gerçəkləşmədi. Çox güman, növbəti ildə “ASK Arena”ya da təbii örtük salınacaq.
Əslində bir neçə il öncə kütləvi şəkildə süni örtüklü stadionların araya-ərsəyə gətirilməsi səbəbsiz deyildi. Beynəlxalq yarışlara iddia etmək, başqa sözlə, FİFA və UEFA-ya “bizdə struktur var” demək üçün həmin addımlar atıldı. Kimin bu biznesdən nə qazandığını hələ bir kənara qoyuruq. Süni qazonun fəsadları ortaya çıxandan sonra təbii örtüyə keçilməsi qaçılmaz oldu. Fakt budu ki, bütün dünya sünidən imtina edir. Hazırda üç stadionda gedən təmir işləri isə çempionata zərbədi. Azarkeşlərin komandalarından uzaq düşməsi, premyer-liqa iştirakçılarının tərəfdar dəstəyindən məhrum olması öz yerində. Sabah hansısa məşqçinin uğursuzluğa görə “filan oyunları “doğma divarlar” arasında keçirsəydik, belə olmazdı” kimi bəhanənin arxasına sığınacağı da istisna deyil. Bütün bunlara “müvəqqəti çətinlik” deyib, göz yumaq, dərinə getməyək. Əsas sual başqadı. Görəsən, həmin təbii örtüyü necə qoruyacaqlar? Demək olar, bütün stadionlarda təbii qazonu qoruyub saxlamaq problemə çevrilib. Ümumiyyətlə, bizdə bu dərdin əlacı tapılmır. Səbəbi iqlimlə, drenaj sistemi və ya havalandırma ilə bağlayırlar. Ancaq bir reallıq var ki, problemdən heç cür qurtula bilmirik. Yalnız Qəbələdə belə problem olmur, o da ingilis Fil Şarplesin əməyinin bəhrəsidi. Belə çıxır, hər stadiona Şarples kimi mütəxəssis lazımdı. Əks halda, görülən işlərin heç bir xeyri olmayacaq. Bu isə xərclənən pulların havaya sovrulması, komandaların və azarkeşlərin üzləşdiyi çətinliklərin boşuna olması anlamına gəlir.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Bu gün, 23:13 U-17 yenə darmadağın oldu Bu gün, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Bu gün, 23:07 Yenilgidə hakim izi olmadı Bu gün, 23:06 Üzücü başlanğıc Bu gün, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Bu gün, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Bu gün, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Bu gün, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Bu gün, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Bu gün, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Bu gün, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Bu gün, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Bu gün, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Bu gün, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Bu gün, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Bu gün, 22:23 İkinci tur 2 günə sığacaq Bu gün, 22:21 Mik Benet təqdim olundu Bu gün, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Bütün xəbərlər
Ən çox oxunanlar