01 avq 15:39liqa

“Sabah” superliqa təmsilçisinə uduzmadı

“Sabah” superliqa təmsilçisinə uduzmadı
Elşad Əhmədovun istəyi baş tutmayıb
“Sabah” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışını başa vurub. İyulun 28-də premyer-liqanın debütantı qardaş ölkədə sonuncu - 4-cü yoxlama oyununu keçirib. “Topuk Yaylası” İdman Kompleksinin meydanında baş tutan görüşdə rəqib bir neçə gün əvvəl “Sumqayıt”ın qapısından 7 top keçirən “Alanyaspor” olub. Ancaq “kimyaçılar”dan fərqli, Elşad Əhmədovun komandası superliqa təmsilçisiylə başa-baş mübarizə aparıb. “Sabah”ın ilk “11-liy”i belə olub: Saşa Stamenkoviç, Eltun Turabov, Məqsəd İsayev, Kərim Diniyev, Erik Ramos, Vadim Abdullayev, Tərzin Cahangirov, Elşən Abdullayev, Vanderson, Vitali Kvaşuk, Cavid İmamverdiyev.
Hesab 14-cü dəqiqədə açılıb. “Alanyaspor”un lideri, İstanbul nəhənglərinin heyətinə qatmaq istədiyi Əmrə Akbaba komandasını önə çıxarıb. “Sabah”ın cavabı 84-cü dəqiqədə gəlib. Meydana sonradan çıxan Elgün Nəbiyev “status-kvo”nu bərpa edib. Beləliklə, “ağ-göylər” Boluda keçirdiyi 4-cü matçdan da heç-heçə ilə ayrılıb. Xatırladaq ki, “Girəsunspor” və “Osmanlıspor”la oyunlarda da bu hesab qeydə alınmışdısa, “Sancaktəpə Bələdiyyəspor”la görüşdə tərəflər hərəyə 2 top vurmuşdu.
Bazar günü Türkiyədə səhər məşqi ilə hazırlığa yekun vuran “Sabah” həmin gün axşam saatlarında vətənə qayıdıb. Əhmədov klubun mətbuat xidmətinə verdiyi açıqlamada əvvəlcə son oyunu dəyərləndirib: “Həftənin hazırlığını “Alanyaspor”la oyuna uyğun qurmuşduq. İlk hissədə futbolçular taktiki tapşırıqlarımızın 70 faizini yerinə yetirdi. Demək olar ki, rəqibə boşluqlar vermədik. Bir-iki epizodda boşluq verdik ki, rəqib də bu fürsətlərin birindən yararlanıb, qapımıza qol vurdu. Qolda rəqibin ustalıq səviyyəsi də rol oynadı. Fasilədə uşaqlarla danışdım. İkinci hissədə daha yaxşı oynadıq. Demək olar, 4 yüzfaizlik qol şansımız oldu. Sağ olsun uşaqlar, sona kimi vuruşdular. Rəqib superliqa təmsilçisi idi. Onların “Sumqayıt”la oyununu izləmişdim. Həmin matçda “Alanyaspor”un maraqlı komanda olduğunu görmüşdük”.
Elşad bəy ümumilikdə Bolu toplanışı haqda da fikirlərini açıqlayıb: “Təlim-məşq toplanışından öncə planlaşdırdığımız kimi 4 oyun keçirdik. İstərdik ki, 2 Türkiyə, 2 də başqa ölkə təmsilçisi ilə qarşılaşaq. Lakin alınmadı. 4 görüşün hamısını yerli komandalara qarşı keçirdik. İki matçda hesabda öndə olsaq da, sonda qələbə hesabını qoruyub saxlaya bilmədik. Əsas odu, uşaqlar xarakter nümayiş etdirdi. Düzdü, çatışmayan cəhətlərimiz var. Çempionatın startına kimi həmin çatışmazlıqları aradan qaldırmaq istəyirik. Əsas fikrimiz avqutun 11-də və ya 12-də baş tutacaq çempionatdakı ilk oyunumuza tam hazır olmaqdı”.
Bu arada “Sabah” bir müddət öncə heyətinə qatdığı daha iki futbolçunun adını rəsmən ictimaiyyətə açıqlayıb. Həm Elşən Abdullayev, həm də Bəxtiyar Soltanov ilə birillik müqavilə imzalanıb. “Qarabağ”dan transfer olunan Abdullayev 8, yenidən elitada özünü göstərmək şansı qazanan Soltanov isə 27 nömrəli formada meydana çıxacaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar