24 iy 22:51liqa

“Sabah” “Osmanlıspor”la oyunda qələbəni əldən verdi

“Sabah” “Osmanlıspor”la oyunda qələbəni əldən verdi
Elşad Əhmədov: “Çatışmayan cəhət odu ki...”
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah” iyulun 21-də qardaş ölkədə ikinci yoxlama oyununu keçirib. Premyer-liqanın debütantı Bakı vaxtı ilə 19.00-da ötən mövsüm superliqanı tərk edən “Osmanlıspor”la qarşılaşıb. Baş məşqçi Elşad Əhmədovun qurduğu start “11-liy”i belə olub:
30. Saşa Stamenkoviç, 4. Tərzin Cahangirov, 5. Kərim Diniyev, 6. Vadim Abdullayev, 7. Vitali Kvaşuk, 11. Elgün Nəbiyev, 14. Tural Qürbətov, 19. Məqsəd İsayev, 21. Novruz Məmmədov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov.
İkinci hissədə ehtiyatdakı futbolçular da meydana çıxıb. “Bolu Termal Otel”in meydanında keçirilən görüşdə hesab 2-ci dəqiqədə açılıb. Rəqib müdafiəçinin səhvindən sonra topu ələ keçirən Tural Qürbətov cərimə meydançasına daxil olaraq toru silkələyib. Qonaqların buna cavabı 86-cı dəqiqədə gəlib. “Sabah”ın futbolçulardan birinin top itkisi baha başa gəlib. Furkan Yaman uzaqdan qapını dəqiq nişan alıb. Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Maraqlıdı ki, “ağ-göylər”in Boludakı ilk matçında - “Girəsunspor”la oyunda da bu hesab qeydə alınmışdı.
Əhmədov təlim-məşq toplanışının gedişi haqda klubun mətbuat xidmətinə açıqlama verib: “Ayın 16-dan Türkiyədə hazırlıq keçirik. Burda daha çox taktiki-texniki tapşırıqlar üzərində işləyirik. Əvvəlcədən hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirməyi nəzərdə tutmuşduq. Artıq iki görüş keçirmişik. Sevindirici haldı ki, Bakıda keçdiyimiz fiziki hazırlığın bəhrəsini burda görürük. Uşaqlar canla-başla çalışırlar. Çatışmayan cəhət odu ki, hər iki oyunda önə keçsək də, son dəqiqələrdə qol buraxdıq. Deməzdim ki, bu, fiziki hazırlıqla bağlıdı. Çatışmayan cəhətlərimiz var. Keçirdiyimiz oyunlarda taktiki planda boşluqlar verdik ki, rəqib də bundan yararlandı. Məşqlərdə bu çatışmazlıqlar üzrində işləyirik. Daha iki oyunumuz var. Hazırda bu matçlara hazırlaşırıq. Bir neçə futbolçumuz zədəlidi. Fərdi məşq edən oyunçularımız da var. Əsas məqsədimiz avqustun 11-də başlayacaq ölkə çempionatına tam hazır olmaqdı. Uşaqlardan tam razıyam. İşimizi davam etdiririk”.
Yeri gəlmişkən, “Sabah” transfer etdiyi futbolçuları ictimaiyyətə sırayla təqdim edir. Klubun “feysbuk” səhifəsində hücumçu Tural Qürbətov, yarımmüdafiəçi Vadim Abdullayev, müdafiəçilər Novruz Məmmədov və Kərim Diniyevlə 2, qapıçı Tərlan Əhmədliylə isə 1 illik müqavilə bağlandığı qeyd olunub. Tərlan 1, Kərim 5, Vadim 6, Tural 14 və Novruz 21 nömrəli formada çıxış edəcək.
Bu arada növbəti mövsümə hazrlığı davam etdirən “Sabah”ın əvəzediciləri də yoxlama oyununda qüvvəsini sınayıb. Rəqib “Qarabağ”ın müvafiq komandası olub. Binə stadionunda keçirilən görüş “Sabah”ın 1:0 hesablı qələbəsiylə nəticələnib. Yeganə qola Tahir Zeynalov imza atıb. Qeyd edək ki, bir müddət Şamaxıda toplanış keçən Vasif Haqverdiyevin komandası artıq hazırlığı paytaxtda davam etdirir.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar