21 iy 12:20liqa

“Sumqayıt” “sülh”lə başladı

“Sumqayıt” “sülh”lə başladı
Nazim Süleymanov: “Futbolçular ilk oyuna görə pis təsir bağışlamadılar”
Hazırlığın ikinci mərhələsini Türkiyədə davam etdirən “Sumqayıt” dünən qardaş ölkədə ilk yoxlama matçını keçirib. “Kimyaçılar”ın rəqibi Qətərin “Əl Şəhaniyə” klubu olub. Baş məşqçi Nazim Süleymanov ilk dəqiqələrdən bu futbolçulara meydana çıxmaq şansı yaradıb: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 10. Aleksey İsayev, 14. Bəxtiyar Həsənalızadə, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 22. Əfran İsmayılov, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev.
Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 39. Tural Bayramlı, 41. Tural Manafov, 44. Qvanzav Maqamadov, 70. Ülvi İsgəndərov, 90. Elman Nəsibov, 97. Xəyal Nəcəfov.
Start heyətindən də göründüyü kimi, Süleymanov ilk dəqiqələrdən komandaya bu yay qoşulan 5 futbolçuya özünü göstərmək imkanı yaradıb. Onu da qeyd edək ki, ötən mövsümdən fərqli, “gənclik şəhəri”nin təmsilçisinin yeni çalışdırıcısı 4-lü müdafiəyə üstünlük verməyi lazım bilib. Oyuna inamlı başlayan “kimyaçılar” rəqibi öz qapısına doğru sıxışdırmağı bacarıb. Bunun da nəticəsi kimi artıq 11-ci dəqiqədə Nicat Qurbanov Qətər klubunu meydanın mərkəzinə dəvət edib. Hesabda önə çıxmasına baxmayaraq, Süleymanovun yetirmələri hücumları davam etdirib. Meydanın mərkəzini ələ keçirməklə rəqibi topsuz qoyan “ağ-göylər” yarımsaatı tamamında hesab arasındakı fərqi artırmağa yaxın olub. Ancaq komandaya yeni qoşulan İsayevin cərimə meydançasının həndəvərindən zərbəsi “çərçivə”dən az fərqlə aralı keçib. Futbolun “vurmayana vurarlar” prinsipi bu dəfə də işə düşüb. Belə ki, rəqibin ilk yarıdakı nadir hücumlarından biri qolla nəticələnib. 38-ci dəqiqədə “Əl Şəhaniyə” “status-kvo”nu bərpa edib. İlk yarı elə bu hesabla da başa çatıb.
Fasilədən sonra da oyunda diqtə edən tərəf “gənclik şəhəri”nin təmsilçisi olsa da, tablodakı hesab dəyişməyib. Sumqayıtlılar azı üç real qol şansı yaratsalar da, bundan yararlana bilməyiblər. Yeri gəlmişkən, Nazim bəy 70-ci dəqiqədən sonra dəyişikliklərə əl atmağı lazım bilib. O, demək olar ki, ehtiyat oyunçular skamyasında yer alan bütün yetirmələrinə meydana çıxmaq imkanı yaradıb. Beləliklə, “Sumqayıt” Türkiyədəki ilk yoldaşlıq oyununu “sülh”lə başa vurub.
Nazim Süleymanovun oyunla bağlı fikirləri: “Ümumilikdə götürsək, oyundan razı qaldım. Futbolçular ilk oyuna görə pis təsir bağışlamadılar. Oyun ərzində xeyli qol vəziyyətimiz oldu, lakin imkanlardan istifadə edə bilmədik. Yoldaşlıq görüşləri əsasən heyətin formalaşdırılması üçün nəzərdə tutulub. Ona görə də bu oyunlarda əldə olunan nəticələr elə də önəm daşımır".
“Kimyaçılar”ın kapitanı Vurğun Hüseynov isə bunları bildirib: “Hazırlıq dönəmində bu bizim ilk sınağımız idi. Qətər klubu zəif komanda olmasa da, bizim daha yaxşı təsir bağışladığımızı düşünürəm. Fikrimcə yaratdığımız qol vəiyyətlərini lazımınca dəyərləndirə bilsəydik, yekunda böyükhesablı qələbə qazana bilərdik. Fasilədən sonra baş məşqçi çoxsaylı əzələmələr etdi ki, bu da hardasa oyunun sürətinin bir qədər aşağı düşməsinə səbəb oldu. Nazim müəllim optimal heyəti formalaşdırmaq üçün bütün futbolçuları iş başında görmək istəyirdi ki, bu da anlaşılandı”.
Sonda xatırladaq ki, “Sumqayıt” növbəti sınaq matçını iyulun 22-də keçirəcək. “Kimyaçılar”ın rəqibi superliqa təmsilçisi “Alanyaspor” olacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar