20 iy 13:02liqa

“Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı

“Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı
“Elşad Əhmədov ikinci divizion səviyyəsində məşqçidi”
“Sabah” Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirir. Elitanın debütantı dünən qardaş ölkədə ilk yoxlama oyununu keçirib. Paytaxtı klubu Türkiyənin birinci liqa təmsilçisi “Girəsunspor”la qarşılaşıb. “Göy-ağlar”ın məskunlaşdığı “Vonresort Abant” otelinin meydançasında keçirilən qarşılaşmada baş məşqçi Elşad Əhmədovun start “11-liy”i belə olub:
30. Saşa Stamenkoviç, 4. Tərzin Cahangirov, 5. Kərim Diniyev (k), 6. Vadim Abdullayev, 7. Vitali Kvaşuk, 11. Elgün Nəbiyev, 14. Tural Qürbətov, 19. Məqsəd İsayev, 21. Novruz Məmmədov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov.
Mütəxəssis ikinci hissədə Ülvi İbazadə, Elvin Həsənəliyev, Cavid İmamverdiyev və Elvin Bədəlova da oynamaq fürsəti yaradıb. Hesabı paytaxt klubu açıb. Kvaşuk yeni komandasında ilk qolunu vurub. Ukraynalı futbolçu 55-ci dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirib. Ancaq türklər hesabı bərabərləşdirməyə müvəffəq olub. Matç 1:1 hesabıyla başa çatıb. “Sabah” növbəti yoxlama oyununu iyulun 21-də keçirəcək. Maraqlıdı ki, rəqibin kimliyi hələ də bilinmir.
“Sabah” paralel olaraq, heyəti formalaşdırmaqda davam edir. Bakılılar “Neftçi”nin daha bir sabiq futbolçusuyla ortaq məxrəcə gəlib. Vaxtilə flaqmanın Avroliqanın qrupuna yüksəlməsində pay sahibi olan Erik Ramos yenidən ölkəmizə qayıdacaq. 2012-16-cı illərdə ağ-qara formanı geyən paraqvaylı dayaq yarımmüdafiəçisi son iki mövsümü vətənində “Rubio Nyu”da keçirib. “Sabah” Ramosla birilliyə anlaşıb. Erik bu gün axşam saatlarında Boluda olacaq. Sabahdan isə tibbi müayinədən keçib, komandanın məşqlərinə qoşulacaq.
“Sabah” daha bir maraqlı addım atıb. Ramosla anlaşan debütant yenicə transfer etdiyi Yosip Braliçlə yolları ayırıb. Sportlife.az saytının iddiasına görə, xorvatiyalı dayaq yarımmüdafiəçisinin oyunu Əhmədovu razı salmayıb. Bu üzdən Elşad bəy onu yola salmağı rəhbərlikdən tələb edib. Futbolçu isə portala verdiyi müsahibədə çalışdırıcını günahlandırıb: “Gedişimi baş məşqçi istədi. Əvvəlcə 2 illik müqaviləyə qol çəkdim. İki həftədən sonra məşqçi məni istəmədi. Sonra xitam müqaviləsinə qol çəkdim. Səbəbini soruşdum. Baş məşqçi dedi ki, guya onun oyun üslubuna uyğun gəlmirəm. Bəyənmirdilərsə, onda niyə müqavilə bağlayırdılar? Amma mən buna inanmıram. Yəqin ki, başqa səbəbi var idi. Onun bu qərarını eşidən klub nümayəndələrinin hamısı şoka düşmüşdü. “Sabah” yaxşı klubdu, amma onun baş məşqçisi ikinci divizion səviyyəsindədi. Çünki o, nə məşqçi kimi, nə də insan kimi yaxşıdı. Üstəlik, təcrübəsizdi. Heç komandadakı legionerlərlə də normal münasibət qura bilmir. Müqavilənin pozulmasına görə kompensasiya almışam. Artıq vətənimdəyəm. Menecerim mənim üçün komanda axtarır. Ən yaxşı variantı seçəcəyik”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar