06 iy 00:21liqa

“Keşlə” yenə uduzdu

“Keşlə” yenə uduzdu
Braziliyalı gözləyir, serbiyalı ilə birillik müqavilə bağlanılacaq
2018/19 mövsümünə Türkiyədə hazırlaşan “Keşlə” srağagün növbəti yoxlama oyununu keçirib. Paytaxt təmsilçisi Estoniya “Levadiya”sı ilə üz-üzə gəlib. Xatıladaq ki, bu matç Yuri Maksimovun yetirmələrinin qonşu ölkədə ikinci sınağı olub. Bakılılar bunadək Bosniya və Hersoqovina təmsilçisi “Çelik”lə qarşılaşıb. İlk yoxlama görüşündə 0:2 hesabı ilə uduzan “Keşlə” “Levadiya” önündə də aciz qalıb. Maksimovun komandasının hər hissədə bir dəfə fərqlənməsinə baxmayaraq, oyun rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Paytaxt təmsilçisinin qollarını Denis Silva və Azər Salahlı vurub.
Matçdan sonra Yuri Maksimov “Levadiya” ilə keçirilən oyun barədə fikilərini bölüşüb: “Bu oyunda iki fərqli heyətlə meydana çıxdıq. Birinci hissədə qol vurduq. İkinci yarıda heyətdə 8 dəyişiklik həyata keçirdik. İyulun 12-də keçiriləcək qarşılaşmaya hazırlığımız davam edir”.
Ötən sayımızda “Keşlə”nin düşərgəsində braziliyalı futbolçunun baxış olduğunu xəbər vermişdik. Vaxtilə “Zirə”nin və AZAL-ın şərəfini qorumuş Edu haqda hələ ki son qərar verilməyib. Klubun mətbuat katibi Səbuhi Məmmədovdan aldığımız bilgiyə görə, məşqçilər koprusu braziliyalı hücumameyilli yarımmüdafiəçini iyulun 6-da keçiriləcək “Traktorsazi” ilə matçda bir daha iş başında gözdən keçirməyi planlaşdırır. “Sambaçı” ümidləri doğruldacağı halda onunla müqavilə imzalanacaq.
Edudan fərqli "Keşlə"nin anlaşdığı serbiyalı yarımmüdafiəçi Miloş Bosançiç də artıq komandanın düşərgəsindədi. Mətbuat katibi onunla yaxın günlərdə rəsmi müqavilə bağlanacağını bildirdi. Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçinin son klubu Liberets “Slovan”ı olub. Paytaxt təmsilçisinə azad agent status ilə qoşulan serbiyalı ilə birillik anlaşma imzalanacaq.
Bu arada “Keşlə”nin Avropa Liqasının ilk mərhələsi çərçivəsində “Baltsan”la keçirəcəyi ilk oyunun hakimlərinin adları məlum olub. İyulun 12-də Maltada baş tutacaq qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Volen Çinkov, köməkçiləri isə Georgi Doynov, Denis Sokolov və Draqomir Draqanov olacaq. Qarşılaşmanın hakim-inspektoru İslandiyadan Pyotr Siqurdsson, UEFA nümayəndəsi Pol Lyondu. Sonuncu Cəbəllütariqi təmsil edir.
Çinkova gəlincə, xatırladaq ki, 35 yaşlı ədalət təmsilçisi FİFA referisi statusunu 2018-ci ildən daşıyır. Bu günə kimi də yalnız iki beynəlxalq oyunda iş başında olub. Belə ki, bolqarıstanlı hakim U-17-lər arasında keçirilən Avropa çempionatının elit mərhələsində Serbiya – Çexiya (2:0), İspaniya – Çexiya (2:0) matçlarını idarə edib. İki qarşılamada cəmi 3 sarı vərəqə göstərən referi qırmızı vərəqəyə əl atmamaqla yanaşı, penalti nöqtəsini də göstərməyib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar