05 iy 20:30liqa

"Neftçi" "Keşlə"nin qisasını darmadağınla aldı

"Neftçi" "Keşlə"nin qisasını darmadağınla aldı
Dünən "Neftçi” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununu keçirdi. Buna qədər iki sınaq matçında qüvvəsini sınayan "ağ-qaralar"ın 3-cü rəqibi "Çelik” oldu. Bosniya və Hersoqovina təmsilçisi ilə qarşılaşma flaqmanın məskunlaşdığı "Fənərbaxça Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutub. Bu oyun da əvvəlki iki yoxlama matçı ilə eyni saatda - Bakı vaxtı ilə 18.00-da start götürdü. Əslində "Çelik” bizə tanış komandadı. Belə ki, bosniyalılar bir neçə gün öncə "Keşlə" ilə yoldaşlıq matçında üz-üzə gəlmişdi. Həmin oyunda sabiq “bankirlər” iki cavabsız qolla məğlub olmuşdu. Bu üzdən "Neftçi"nin onların qisasını alıb-almayacağı maraq doğururdu.
Öncə "ağ-qaralar”ın start "11-liy"ini diqqətinizə çatdıraq: 94. Rəşad Əzizli, 5. Anton Krivotsyuk, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 9. Baqali Dabo, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov (k), 77. Elvin Sərkərov, 93. Soni Mustivar.
İlk dəqiqələrdən ehtiyatqa qalan oyunçular bunlar idi: 1. Səlahət Ağayev, 73. Nail Alışov, 4. Rəşad Eyyubov, 10. Dario Frederiko, 21. Məhəmməd Mirzəbəyov, 28. Slavko Braliç, 36. Xəlil Bəşirov, 37. Vüsal Əskərov, 51. Elçin Əsədov, 70. Əli Şirinov.
Öncə onu qeyd edək ki, baş məşqçi Roberto Bordin əvvəlki iki oyunla müqayisədə yenə də bəzi dəyişikliklərə əl atmışdı. Bu da təbiidi. İtaliyalı mütəxəssis optimal heyəti formalaşdırmaq, daha doğrusu, müəyyənləşdirmək üçün yoxlama matçlarında tez-tez rotasiyalara əl atır.
Qarşılaşmaya gəlincə, artıq 2-ci dəqiqədə bosniyalılar qola yaxın olub. Ancaq Əzizli topu ələ keçirməklə komandası üçün xilaskar rolunu oynayıb. "Ağ-qaralar" bunun cavabını gecikdirməyib. Cərimə meydançasına daxil olan Dabonun ötürməsindən sonra Mahmudov zərbə endirib. Lakin top qapının üstündən keçib. Bu tandem 14-cü dəqiqədə yenidən diqqət mərkəzinə düşüb. Özü də həmin an qurulan hücum qolla nəticələnib. Emindən ötürməni qəbul edən Baqali "atəşkəsi pozub". Bu, Dabonun paytaxt təmsilçisinin heyətində ilk qolu idi. Cəmi 4 dəqiqə sonra o məhsuldar ötürmə müəllifi olub. Cərimə meydançasına daxil olaraq, rəqib müdafiəçini geridə qoyan Dabo Hacıyevi topla təmin edib. Rəhman isə onun zəhmətini lazımınca dəyərləndirərək uzaq küncü dəqiq nişan alıb. Lakin bu da ilk yarıda vurulan sonuncu qol olmayıb. "Neftçi" 34-cü dəqiqə hesab arasındakı fərqi daha da artırıb. Dabonun ötürməsindən sonra rəqib müdafiəçi Mirabdullaya qarşı kobud oynayıb və hakim penalti təyin edib. “Nöqtə”yə yaxınlaşan Rəhman qapıçı ilə dueldən qalib ayrılıb. 39-cu dəqiqədə isə Əzizli yenidən "çərçivə"də inamlı oyunla yadda qalıb. O, rəqib futbolçunun zərbəsindən sonra topu qaytarıb. Bu həm də ilk hissədəki sonuncu təhlükəli vəıziyyət olub.
İkinci yarının startında Səlahət Əzizlini, Eyyubov isə Hacıyevi əvəzləyib. 49-cu dəqiqədə Baqali qapıçı ilə təkbətək çıxsa da, fürsəti boşa verib. Daha dəqiqi, qapıçı onun fərqlənməsinə mane olub. Az sonra Mirabdullanı Dario əvəzləyib. Bir saatın tamamında "Çelik" yenidən qapısında qol görüb. Topu cərimə meydançasında qəbul edən Ələsgərovun zərbəsindən sonra "mərmi" dirəyə çarparaq tora daxil olub. Bundan 1 dəqiqə sonra Slavko Sərkərovun, Məhəmməd isə Axundovun əvəzinə mübarizəyə qoşulub. 70-ci dəqiqə "Neftçi"nin qapısı önündə təhlükə yaranıb. Rəqibin qapıya zərbəsini Səlahət zərərsizləşdirib. Qalan vaxtda Əsgərov, Şirinov, Bəşirov və Əsədov meydana çıxıb. 90-cı dəqiqə isə rəqib hesab arasındakı fərqi azalda bilib. Lakin bosniyalıların bundan artığına gücü çatmayıb və "Neftçi" "Keşlə"nin qisasını darmadağınla alıb - 4:1.
Qeyd edək ki, bundan keçirilən yoxlama oyunlarında Makedoniya "Şkupi”sini və Rumıniya "Dunarea Kalarası”sını eyni hesabla (2:0) məğlub edən "ağ-qaralar”ın iyulun 5-dəki rəqibi "Politexnika” (Rumıniya) olacaq.
FARİZ

Reaksiyalar
Kiril Petrov: "Yaxşı oyun alındı. Baş məşqçinin bizdən tələb etdiyini həyata keçirə bildik. Məşqlərdə üzərində işlədiyimiz sxemi bu gün oyunda reallaşdırmağa çalışdıq. Bir neçə dəfə istədiyimiz alındı və yaxşı qollar vurduq. Bütün komandanı təbrik edirəm. Hazırlığı davam etdirmək lazımdı”.
Slavko Braliç: "Təlim-məşq toplanşında artıq üçüncü qələbəni qazandıq. 4:1 hesabı ilə qalib gəldik. Buna görə çox sevinirik. Hazırlığımız çox yaxşı gedir. Məşqlərə eyni qaydada davam etməliyik. İnanıram ki, "Uypeşt”lə oyuna tam hazır olacağıq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Bu gün, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Bu gün, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Bu gün, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Bu gün, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Bu gün, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Bu gün, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Bu gün, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Bu gün, 12:52 “Keşlə” üçün çıxış yolu Bu gün, 12:49 Dmitri Kramarenko yığmada qaldı Bu gün, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Bu gün, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Bu gün, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Bu gün, 12:16 Türklər yığmamızı darmadağın etdi Bu gün, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Bu gün, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Bu gün, 12:05 Dünya ulduzları Bakıya gəlir Bu gün, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Bu gün, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar