04 iy 19:39liqa

“Neftçi” bosniyalılarla qarşılaşacaq

“Neftçi” bosniyalılarla qarşılaşacaq
Karikarinin keçidi rəsmiləşdi
“Neftçi” iyunun 22-dən Türkiyədə təlim-məşq toplanışındadı. Roberto Bordinin komandası gündə iki dəfə - səhər və axşam məşq edir. Artıq “ağ-qaralar” hazırlıq çərçivəsində iki yoxlama oyunu da keçirib. Həmçinin transfer çalışmaları da davam etdirilir. Avroliqanın 1-ci təsnifat mərhələsində Macarıstan “Uypeşt”i ilə üz-üzə gələcək flaqmanla bağlı yenilikləri diqqətinizə çatdıraq.
“Ağ-qaralar” bosniyalılarla qarşılaşacaq
Yuxarıda qeyd etdiyimiz kimi, “Neftçi” iki sınaq matçında qüvvəsini sınayıb. Paytaxt təsmilçisi Makedoniya "Şkupi”sini və Rumıniya "Dunarea Kalarası”nı eyni hesabla (2:0) məğlub edib. “Ağ-qaralar”ın sonuncu yoxlama matçını iyulun 5-də keçirəcəyini və rəqibin "Politexnika” (Rumıniya) olacağını xəbər vermişdik. Yalnız flaqmanın 3-cü sınaq görüşündə hansı komanda ilə qarşılaşacağı bilinmirdi. Artıq iyulun 2-nə planlaşdırılan həmin yoxlama oyunundakı rəqibin kimliyi də müəyyənləşib. “Neftçi” həmin gün Bosniya və Hersoqovina təmsilçisi "Çelik”lə qarşılaşacaq.
Karikari “11 nömrə” oldu
Ötən sayımızda "Neftçi”nin daha bir futbolçunu transfer etməyə yaxın olduğunu qeyd etmişdik. Artıq həmin keçid rəsmiləşib. Qanalı futbolçu Kvame Karikari ilə ikiillik müqavilə imzalanıb. Onu da bildirək ki, 26 yaşlı hücumçu paytaxt təmsilçisinin heyətində “11” nömrəli formanı geyəcək. Hansı ki, “Neftçi”də bu nömrə ilə ötən mövsüm İqnasio Errera çıxış edirdi. Sonuncu klubu "Əl-Ərəbi” (Qətər) olan Karikari Qananın "İnternational Ellies”, İsveçin AİK, "Deqerfors”, "Halmstad”, Türkiyənin "Balıkəsirspor”, Norveçin "Hauqesunn”, Ukraynanın "Stal”, Qətərin "Əl-Marhiya” və Qananın gənclərdən ibarət milli komandasında çıxış edib. Xatırladaq ki, "Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov, mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçilər – Rəşad Eyyubov, Qoran Paratski, hücumçular – Dario Frederiko və Baqali Dabonun keçidini rəsmiləşdirmişdi.
Krivtosyukla müqavilə uzadıldı
Yeni futbolçuların transferi ilə yanaşı, "Neftçi” heyətdə olanların bir çoxu ilə müqaviləni təzələyib. Son olaraq Anton Krivotsyukla anlaşmanın müddəti artırılıb. Belə ki, 19 yaşlı müdafiəçi ilə 2018/19 mövsümünün sonunda bitməli olan müqavilə daha bir il müddətinə uzadılıb. Yeni anlaşmaya əsasən Krivotsyk 2019/20 mövsümünün sonunadək ağ-qara formanı geyəcək. 21 yaşadək futbolçulardan ibarət millinin üzvü ötən mövsüm 30 oyunda meydana çıxıb. Antondan öncə Ruslan Abışov, Kiril Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov və Rəhman Hacıyevlə müqavilənin yeniləndiyini də xatırladaq.
“Uypeşt”lə oyuna qeydiyyat başladı
"Neftçi” Avroiqanın 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də Macarıstan "Uypeşt”i ilə evdə qarşılaşacaq. Həmin oyun saat 21.00-da başlayacaq və "Dalğa Arena”da keçiriləcək. Artıq sözügedən qarşılaşmaya KİV nümayəndələrinin qeydiyyatı başlayıb. Qarşılaşmaya akkreditasiya almaq istəyən media nümayəndələri klubun saytında elan etdiyi, tələb olunan sənədləri iyulun 8-də günün sonunadək press@neftchipfk.com ünvanına göndərməlidi. Qeyd edək ki, akkreditasiyalar matçdan bir gün əvvəl keçiriləcək oyunöncəsi mətbuat konfransından əvvəl veriləcək.
Hacıyev: “Azarkeşlərin dəstəyinə ehtiyacımız var”
Yeri gəlmişkən, Rəhman Hacıyev klubun rəsmi saytına açıqlama verib. Yarımmüdafiəçi müqaviləsinin müddətinin artırılmasına münasibət bildirib: "Çox xoşbəxtəm ki, "Neftçi” ilə yeni müqavilə imzaladım. Çünki "Neftçi” kimi klubun şərəfini qorumaq hər futbolçunun arzusudu və çox qürurvericidi. Mənə etimad göstərdiklərinə görə klub rəhbərliyinə və məşqçilər korpusuna minnətdaram. Bildiyimə görə, bu xəbər azarkeşlər tərəfindən də xoş qarşılanıb. Əlbəttə, bu məni ikiqat sevindirir və həvəsləndirir. Mən də öz növbəmdə əlimdən gələni etməliyəm ki, bu etimadı doğruldum və "Neftçi”yə fayda verim”.
Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirən Hacıyev azarkeşləri "Uypeşt”lə oyunda “ağ-qaralar”a dəstək olmağa çağırıb: "Təlim-məşq toplanışında hər şey plan üzrə gedir. Hiss edirik ki, gündən-günə daha da yaxşı formaya düşürük. Hər iki yoxlama oyununda qələbə qazanmışıq. Təbii ki, bu bizi sevindirir, amma yoxlama görüşlərində nəticə vacib deyil. Əsas odu ki, baş məşqçi heyəti komplektləşdirsin. Vacib oyunumuz "Uypeşt”ə qarşı olacaq. Həmin görüşə böyük həvəslə hazırlaşırıq. Yeri gəlmişkən, bu oyuna bütün azarkeşlərimizi dəvət edirəm. Onların dəstəyinə çox ehtiyacımız var. Biz də öz növbəmizdə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
Dabo: “Uyğunlaşma prosesi mənim üçün yaxşı keçir”
Paytaxt təmsilçisinin yeni transferi Baqali Dabo isə "Neftçi” TV-yə açıqlama verib. Fransız hücumçu təlim-məşq toplanışını dəyərləndirib: "Toplanışımız ağır keçir. Zarafat edirəm. Hər şey normaldı. Yeni baş məşqçi və yeni fiziki hazırlıq üzrə məşqçidən yeni şeylər öyrənirik. Bildiyiniz kimi, onlar İtaliyadandılar. Məncə, hamıya məlumdu ki, italiyalılar təlim-məşq toplanışını necə keçirlər. Biz də bununla burda tanış olduq. Ağır və ya yüngül keçdiyini deyə bilmərəm. Məşqlərimiz orta yüklənmə ilə davam edir. Bir müddət sonra komandamız daha da yaxşı formada olacaq. Uyğunlaşma prosesi mənim üçün yaxşı keçir. Çünki bir çox futbolçunu əvvəldən tanıyırdım. Bakının müxtəlif yerlərində onlarla tez-tez üz-üzə gəlmişik. Birlikdə oyunlara baxmışıq və yaxud restoranlarda qarşılaşmışıq. Azərbaycan çempionatının oyunlarında bir-birimizə qarşı çox çıxış etmişik. Çoxunu ordan tanıyıram. Ona görə də uyğunlaşma asan keçir. İlk oyuna gəlincə, bir az yorğunluq var idi. Məncə, bu normaldı. Artıq bir müddətdi hazırlaşırıq. Fikrimcə, vaxt keçdikcə özümü daha da yaxşı tərəfdən göstərə biləcəm. İlk görüşdəki yorğunluğa baxmayaraq, qələbə qazandıq. Mənə elə gəlir ki, pis oynamadım. Amma bunu məşqçi daha yaxşı bilər. İlk oyun üçün hər şey yaxşı idi”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar