01 iy 17:46liqa

Avrokubok oyunlarını qəbul edəcək arenaların örtüyünə ciddi nəzarət olunur

Avrokubok oyunlarını qəbul edəcək arenaların örtüyünə ciddi nəzarət olunur
Olmpiya stadionuna havalandırma sistemi alınıb
İyunun ilk 20 günündən fərqli, son 10 gündə havanın hərarətinin kəskin dərəcədə artması adamların narahatlığına səbəb olur. Son bir neçə gündə kifayət qədər günvurmalar qeydə alınıb. Bu mənada əkin-biçinlə məşğul olanların Allahdan imdad diləməsi də başadüşüləndi. Sinoptiklərin məlumatına görə, məlum hava şəraiti yayboyu müşahidə olunacaq. Məsələn, hazırda kölgədə havanın hərarəti 34-35 dərəcədisə, gün altında 42-43 dərəcə istiliyin olduğu deyilir. Bu da kifayət qədər ciddi göstəricidi.
Təbii, yaranmış durum futbola da təsirsiz ötüşmür. Düzdü, avrokuboklara hazırlaşan komandalar məşqlərini xaricdə davam etdirir. Başqa cür desək, təbiəti səfalı olan dağların qoynundadılar. Digər 4 elita təmsilçisi isə ölkə daxilində toplanış keçir. Bu da futbolçuların sağlamlığı üçün ciddi təhlükədi. Bu cür istidə dükana gedib çörək almaq adamın nəfəsini kəsir, o ki qalmışdı top dalınca qaçasan, fiziki tapşırıqları yerinə yetirəsən.
Daha bir problem isə təbii örtüklü meydanlarla bağlıdı. Bildiyiniz kimi, avrokuboklarda iştirak edəcək komandalarımızın hər biri rəqiblərini təbii qazonda qəbul edəcək. “Qəbələ” özünə doğma olan şəhərdəki örtüyün xidmətindən yararlanacaqsa, “Qarabağ” ənənəsinə uyğun olaraq Tofiq Bəhramov ad;na Respublika stadionuna müraciət edəcək. “Keşlə” ilə “Neftçi” isə “Dalğa Arena”dan istifadə edəcək. Yəni bu üç stadiondakı qazonların hamısı təbiidi. Təxminən iki həftədən sonra oyunların start götürəcəyini və havaların kəskin isti keçəcəyini nəzərə alanda, örtüklərə görə narahat olmamaq mümkün deyil. İndiyə qədər komandalarımızın ev oyunları zamanı meydanların günvurmadan biabırçı duruma düşməsinin az şahidi olmamışıq.
Maraqlıdı, bu dəfə vəziyyət necədi? Hansısa təhlükə gözlənilirmi? Azarkeşlər iyul-avqust aylarında saralmış qazona rast gəlməyəcəklər? Məsələyə aydınlıq gətirmək üçün stadionlarda qulluq işlərinə nəzarət edən aidiyyatı şəxslərlə əlaqə saxladıq.
İzzət Mahmudov, “Qarabağ” rəsmisi: “Şükürlər olsun, hazırda hər şey qaydasındadı. Qazon xalça kimidi. Bilirəm, havaların bu dərəcədə isti keçməsi insanlarda narahatlıq yaradır. Ümid edirəm ki, avrokubok görüşlərinə qədər heç bir problem olmayacaq. Hər halda, təcrübəli mütəxəssislərin verdiyi məsləhət və tapşırıqları yerinə yetiririk”.
Fil Şarples, “Qəbələ” rəsmisi: “Açığı, hazırda Bakıdayam. Başımız “Gilan Holdinq”in bəzi işlərinə qarışıb. Ona görə də Qəbələdə hazırda durumun necə olmasına dair dəqiq məlumat verə bilməyəcəm. Amma narahatlığa ehtiyac yoxdu. İllərdi yanımızda yetişən mütəxəssislər var. Onlar nəyi necə etməyin lazım olduğunu yaxşı bilir. Böyük təcrübəyə sahibdilər. İndiyə qədər yay aylarında ciddi sıxıntı olmayıbsa, bundan sonra da olmayacaq. Hər hansı bir çətinlik yaranacağı təqdirdə bizə müraciət edəcəklər. Eyni sözləri Respublika stadionu haqda da söyləyə bilərəm. Məndə olan məlumata görə, orda da heç bir problem yoxdu”.
Kamran Vəliyev, AFFA-nın infrastruktur üzrə direktoru: “Kəskin istilər zamanı təbii örtüklü meydanların əziyyət çəkməsi başadüşüləndi. Hazırda “Dalğa Arena”da qazonun durumu normaldı. Örtüyü qorumaq üçün xüsusi proqram hazırlanır. “Aqrosport” şirkətinin ot üzrə mütəxəssisi İn Martinin hazırladığı proqram üzrə müxtəlif kimyəvi vasitələrdən, gübrələrdən istifadə olunur. Bildiyiniz kimi, istilər zamanı xəstəliklər tez baş qaldırır. Bunun qarşısını almaq üçün kimyəvi maddələrdən istifadə etməklə yanaşı, sulanmanın gecə aparılmasına dair qərar verilir. Bu, ota müsbət təsir göstərir. Nəzərə alsaq ki, qarşıda “Dalğa Arena”nı avrokubok matçları gözləyir, deyərdim ki, vəziyyət ürəkaçandı. Amma ot örtüyü də canlı orqanizm sayılır. Ona görə də gələcəyə aid 100 faizlik nəsə proqnozlaşdırmaq olmur. Bəzən gözlənilməz dəyişiklik baş verə bilir. Xüsusilə havaların qəfil dəyişməsi ota təsir göstərir. Öncəki illərdə örtüklərdə baş vermiş fəsadlar da sırf bu amillərlə bağlı olub. Gələcəkdə xoşagəlməz hallardan tam qaçacağıq deyə bir şey yoxdu. Hər an hər şey baş verə bilər. Bizim işimiz neqativ halların qarşısını almaqdı. Məsələn, Olimpiya stadionuna havalandırma sistemi alınıb. Xüsusilə yay ayları üçün effektli sayılır. Həmin sistem stadion daxilində havanın sirkulyasiyasını təmin edir”.
HƏBİB
Anabolic Steroids For Sale
Buy Legal Steroids

<a href="https://buysteroidslegal.info/#">Buy Anabolic Steroids Online</a>

Anabolic Steroids For Sale
Buy 100% Legal Steroids

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar