22 fev 14:33liqa, manset

Jurnalistlərin çoxluğu Qəbələdə problem yaradıb

Jurnalistlərin çoxluğu Qəbələdə problem yaradıb
Elvin Camalov əməliyyat üçün Türkiyəyə gedir

“Qarabağ” üzərindəki qələbəylə yenidən liderliyə yüksələn “Qəbələ”də üzlər gülür. Ancaq “qırmızı-qaralar”ı bundan sonra daha çətin dönəm gözləyir. Çünki bölgə təmsilçisi əksər oyunlarını səfərdə keçirəcək. Üstəlik, zədə epidemiyası da davam etməkdədi. Kor bağırsağından əməliyyat olunan Asif Məmmədov bu həftə məşqlərə başlayacaq. Baqali Dabonun mikrozədəsi var. Fransalı hücumçu 1-2 gün dincəldikdən sonra komandanın hazırlığına qoşulacaq. Ancaq 3 futbolçu var ki, onlar növbəti turda da meydana çıxa bilməyəcək. Rafael Santos fevralın 24-də Bakıya gələcək. Müayinədən keçdikdən sonra zədəsinin son durumuna aydınlıq gələcək. Vitali Vernidub bir həftədən sonra məşqlərə başlayacaq. Elvin Camalovun zədəsi isə daha ciddidi. Gənc futbolçu bu gün əməliyyat olunmaq üçün İstanbula yollanacaq. “Acıbadem” xəstəxanasında cərrah masasına uzanacaq yarımmüdafiəçinin sol ayağının çeçələ barmağında sınıq aşkarlanıb. Onun nə zaman sıraya dönəcəyinə əməliyyatdan sonra aydınlıq gələcək.
Bu arada “Qarabağ”la görüşə təkcə azarkeşlərin yox, jurnalistlərin də böyük marağı var idi. Təsadüfi deyil ki, 40-dan çox jurnalist derbini işıqlandırmaq üçün Bakıdan Qəbələyə yola düşmüşdü. Ancaq mətbuat nümayəndələri bəzi problemlərlə üzləşdilər. Bunlardan biri internetlə bağlı problem idisə, digəri rahat şəkildə oturub oyun haqda kompüterdə qeydlər aparmaq üçün media sektorun olmaması idi. Məsələ ilə bağlı “Qəbələ”nin marketinq meneceri Səmid Nəsibovla danışdıq: “Bizdə buna qədər jurnalistlərin işləməsiylə bağlı hansısa problem olmamışdı. Jurnalistlər üçün 3 yerdən oyunu izləmək imkanı yaradılıb. Bunların biri tribunaların yuxarısındakı yer, biri akademiyanın otağı, mərkəzi tribunada ayrılmış yumşaq kreslolardı. Bu dəfə jurnalistlərin sayı çox olduğundan bəzi problemlərlə üzləşdik. Tribunada jurnalistlər üçün ayrılan yerlərdə hər kreslonun önündə açılıb-bağlanan masa var. “Wi-fi”ya qoşulmaq mümkündü. Razıyam, başqa stadionlardakı kimi media sektorumuz yoxdu. Bu da ondan irəli gəlir ki, bu arena akademiyanın stadionu kimi inşa edildiyindən bir çox məqamlar nəzərə alınmayıb. Çatışmazlıq da bununla bağlıdı. Gələcəkdə böyük stadion tikilsə, orda hər şey standartlara cavab verəcək. Bu stadiondakı şəraitimiz isə bundan ibarətdi”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:30 “Qüvvələr nisbəti bərabər deyildi” Bu gün, 12:28 Basketbol Federasiyası bəyanat yaydı Bu gün, 12:26 Qadzenin transferi yaya qaldı Bu gün, 12:24 Mütəxəssislər Roberto Bordinin qərarına hörmət edir Bu gün, 12:22 Futbolçuları Bordinin həmyerlisi müayinə etdi Bu gün, 12:21 PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir Bu gün, 12:19 Tanış serblər Obradoviçi təriflədilər Bu gün, 12:17 Elbrus Məmmədov “Sumqayıt”dan ayrılmayacaq Bu gün, 12:15 "Qarabağ" qələbənin bəhrəsini gördü Bu gün, 12:11 “Qarabağ”ın oyunu sabah 18.00-da başlayacaq Bu gün, 12:07 “İnter”də ayrıldılar, “Sabah”da qovuşdular Bu gün, 11:06 Futzalın kubok mənzərəsi Bu gün, 11:04 “Ağsu” Şamaxıda meydana çıxacaq Bu gün, 11:03 Şeydayevlə Səmədov BƏƏ-yə yollandı Bu gün, 11:02 Klub rəhbərliyi Nasimovu əliboş yola salıb Bu gün, 11:00 “Qardaşlar” Region Liqasına hazırlaşır Bu gün, 10:58 Liderlər üçün “qara həftə” Bu gün, 10:57 Oxucu məktubu Bu gün, 10:55 "Zirə"nin bütün rəqibləri açıqlandı Bu gün, 10:53 Elvin Bədəlov “Sumqayıt”da baxışdadı Bu gün, 10:52 “Qəbələ” Adeniyisiz hazırlaşır Bu gün, 10:51 Karikari BƏƏ-yə yollandı Bu gün, 10:49 Əfqan Həmzəyev Beynəlxalq Tələbə Futbol İttifaqının baş katibi seçildi Bu gün, 10:46 “Kəpəz” Tovuzda uduzdu Bu gün, 10:45 Pedronun iki variantı var Dünən, 14:51 Tahir Süleymanov “Neftçi”nin tədbirinə dodaq büzdü Dünən, 14:49 Qış "transfer pəncərəsi" rəsmən açıldı Dünən, 14:46 Eddidən növbəti 90 dəqiqəlik oyun Dünən, 14:45 Almeyda Koreyadan gələn təklifi rədd edib Dünən, 14:42 Riçardın “Astana” karyerasına baxış... Dünən, 14:39 Oyun təxirə salındı, Almeyda Qurbanova qalib gəldi Dünən, 14:30 “Zirə” Antalyaya 8-ci səfərini gerçəkləşdirdi Dünən, 14:28 “Hücumçudan necə oynadığını yox, neçə qol vurduğunu soruşurlar” Dünən, 14:20 Komitə üzvləri Obradoviçi təriflədilər Dünən, 14:17 1/16 finalçılar müəyyənləşdi Dünən, 14:14 “Turan Tovuz” yoxlama görüşləri üçün Gürcüstana gedə bilər Dünən, 14:08 Elbrus Məmmədov Obradoviçin köməkçisi olacaq Dünən, 14:06 Coşqun Diniyev “Sabah”la anlaşdı Dünən, 14:02 Həftənin idman proqramı Dünən, 13:59 Klublar çempionatı boykot etdi Dünən, 13:57 “Keşlə” Antalyaya yollandı, Kərimi əməliyyat olundu Dünən, 13:55 Dario gəldi, “Neftçi” getdi Dünən, 13:54 “Araz”ın sabiq qapıçısı Alfa Liqada iki dəfə çox qazanır Dünən, 13:50 “Sabah” qələbəylə başladı Dünən, 13:49 “Qəbələ” qələbə ilə getdi Dünən, 13:46 Delarj gələcəyini “Qarabağ”da görür 13-01-2019, 18:41 “Şüvəlan” Tural Qürbətovla güclənib 13-01-2019, 18:38 Ayxan Abbasov baxışda olanları bəyənməyib 13-01-2019, 18:36 “Sumqayıt” ikinci yarıda coşdu 13-01-2019, 18:33 Vüqar Həşimov yad olundu 13-01-2019, 18:32 Dino 19 qol vursa da... 13-01-2019, 18:30 Kubok sürprizlərlə başladı 13-01-2019, 18:25 “Astana” Almeydanı icarəyə verir 13-01-2019, 18:24 Azər Məmmədov “Qarabağ”ın əvəzedicilərinin baş məşqçisi oldu 13-01-2019, 18:22 Hakimlərin Mingəçevir toplanışı başladı 13-01-2019, 18:14 Obradoviçin U-21-ə təyinatı rəsmiləşdi 13-01-2019, 18:11 Roberto Bordin hücumçu və yarımmüdafiəçi axtarır Bütün xəbərlər
Ən çox oxunanlar