01 iy 17:25liqa

Mövsümün rəmzi komandası

Mövsümün rəmzi komandası
Ötən sayımızda 2017/18 mövsümündə məşqçilərin işinin qiymətləndirilməsinin yekununu nəzərinizə çatdırmışdıq. Daha öncə isə başqa statistik məqamlarla sizləri tanış etmişdik. Bu dəfə “Futbol+”in uzun illərdi davam etdirdiyi “turun rəmzi komandası” mövzusuna yekun vuracağıq. Qeyd edək ki, hər turdan sonra özünü yaxşı tərəfdən göstərən futbolçulardan ibarət “11-lik” müəyyənləşdirirdik. Eyni uğura təkrar imza artanların isə neçə dəfə “rəmzi”yə düşdüyünü qeyd edirdik. İndi hər klubda kimlərin fərqləndiyinə, ümumi sıralamanın necə olduğuna nəzər salacağıq. Sonda mövsümün rəmzi komandasını quracağıq.
“Qarabağ” “rəmzi”yə ən çox oyunçu “verib”
Ümumilikdə mövsün boyunca 114 futbolçu ən yaxşılardan ibarət komandaya düşə bilib. “Rəmzi”yə ən çox oyunçu verən komanda “Qarabağ”dı. “Köhlən atlar”ın 21 futbolçusunu fərqlənən “11-liy”ə daxil etmişik. Sonuncu yerdə isə “Kəpəz” qərarlaşıb. Artıq premyer-liqa ilə vidalaşan gəncəlilərin 11 üzvü rəmzi komandada yer alıb. “Qəbələ” ilə “Zirə”, “Keşlə” ilə “Neftçi” bu mənada bərabərdi. Beləliklə, “rəmzi”də hər klubdan neçə oyunçunun yer aldığını əks etdirən tablo belədi:
1. Qarabağ 21
2. Səbail 16
3. Qəbələ 14
4. Zirə 14
5. Keşlə 13
6. Neftçi 13
7. Sumqayıt 12
8. Kəpəz 11
Errera, Dabo və İmamverdiyev
Bəzi futbolçular yalnız bir dəfə “rəmzi”də olubsa, rekordçular da var. Ən çox – 9 dəfə fərqlənənlər olub. Maraqlıdı ki, bu rəqabətdə üçhakimiyyətlilikdi. “Neftçi”dən İqnasio Errera, “Qəbələ”dən Baqali Dabo, “Sumqayıt”dan isə Cavid İmamverdiyev hamıdan çox “rəmzi”yə düşüb. Təbii, adı çəkilənlərin rekordçu olması anlaşılandı. Dabo 13 qolla çempionatın bombardiri oldusa, Errera ilə İmamverdiyev mövsümü yüksək səviyyədə keçirdi. İqnasio 8 qol, 4 məhsuldar ötürmə ilə yadda qaldısa, İmamverdiyev 6 dəfə fərqləndi, 3 dəfə komanda yoldaşına belə imkan yaratdı. İndi isə rəmzi komandaya 6 dəfə və daha artıq düşən futbolçuların siyahısı ilə tanış olun: Baqali Dabo, Cavid İmamverdiyev, İqnasio Errera – 9, Dmitri Bezotosnı, Mahir Mədətov, Ruslan Abışov – 8, Dani Kintana, Rəhman Hacıyev – 7, Amil Yunanov, Milan Duriç, Namiq Ələsgərov, Riçard Almeyda, Riçard Qadze – 6.
Klublarında ən çox fərqlənənlər kimlərdi?
Ən çox fərqlənənlərin siyahısından göründüyü kimi, “Qarabağ”ın “rəmzi”də ən çox olan futbolçusu Mahir Mədətovdu. Hücumçu 8 dəfə bu uğura nail olmaqla bütün komanda yoldaşlarını qabaqlayır. Dani Kintana 7, Riçard Almeyda 6, Maksim Medvedev 5, Vild-Donald Gerye ilə Miçel isə 4 dəfə “rəmzi”yə düşüb. “Qəbələ”dən Dabonun ən yaxın izləyicisi Bezotosnıdı. Qalanları isə çox geridə qalır. Digərlərinin arasında ən çox nailiyyəti olan Ürfan Abbasovdu. Müdafiəçini 4 dəfə fərqləndirmişik. “Neftçi”də rekordçu Erreranı kapitan Ruslan Abışov izləyir. Namiq Ələsgərov 6, Mirabdulla Abbasovla Anton Krivotsyuk isə 4 dəfə rəmzi komandada özünə yer edib. “Zirə”də liderliyi üç nəfər bölüşür. Təmkin Xəlilzadə, Milan Duriç və Riçard Qadze hərəyə 6 dəfə “rəmzi”də olub. Maraqlıdı ki, Təmkin qışda “Qəbələ”yə keçəndən sonra turun ən yaxşılarından ola bilməyib. “Qartallar”ın heyətində Qabriel Matey, Sadio Tounkara, Tellur Mütəllimov və Vüsal İsgəndərli 4 dəfə fərqlənib. “Sumqayıt”ın rekorçusunun İmamverdiyev olduğunu artıq qeyd etmişik. Komandanın bombardiri olan Amil isə 6 dəfə “rəmzi”yə “düşüb”. Fərhad Vəliyev, Rəşad Eyyubov və Tural Axundov 5 dəfə buna nail olub. Mövsümün ilk yarısında bərbad çıxış edən “Keşlə”nin rəmzi komandada ən çox yer alan futbolçusu Sezar Meza Kollidi. Halbuki Sezar qış fasiləsindən sonra paytaxt təmsilçisinə qoşuldu. Ancaq onun sərgilədiyi oyun da hər kəsin yaxşı yadındadı. Adrian Skarlatake, Pərdis Fərcad-Azad, Slavik Alxasov və Vaqif Cavadov bizim “11-lik”də 4 dəfə yer alıb. “Səbail”in hansısa futbolçusu 2 dəfədən artıq “rəmzi”də olmayıb. İki dəfə bu nailiyyətə imza atanlar isə Aqşin Qurbanlı, Elman Taqayev, Emil Balayev və Faruk Miyadı. Qalanlarını isə yalnız 1 dəfə fərqləndirmişik. “Kəpəz” haqda da eyni sözləri deməliyik. Gəncə təmsilçisinin heyətində Dedimar Fereyra, Kərim Diniyev və Sergey Litovçenko 2 dəfə “rəmzi”də olub.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar