30 in 00:13liqa

Qurban Qurbanov və Tərlan Əhmədov

Qurban Qurbanov və Tərlan Əhmədov
Hər “futbol ili”ndə olduğu kimi, 2017/18 mövsümündə də “Futbol+” ənənələrini davam etdirdi. Söhbət çempionatla bağlı olan qiymətləndirmədən gedir. Yox, söhbət futbolçuların performansının dəyərləndirilməsindən getmir. Belə ki, qəzetimiz artıq bir neçə ildi baş məşqçilərin də işini qiymətləndirir. Hər turdan sonra çalışdırıcıların əməyini dəyərləndiririk. Özü də hər tura aid müəyyənləşdirdiyimiz nəticə ilə yanaşı, orta xal durumunu da diqqətinizə çatdırırıq. Bir daha xatırladaq ki, qiymətləndirməni üç meyara əsasən aparırıq: 1. Nəticə. Komandası hesabat turunda qələbə qazanan məşqçilərə 3, heç-heçə edənlərə 1 xal verilir, uduzanlar xalsız qalır. 2. Oyuna hazırlıq. Bura komandanın fiziki, texniki-psixoloji hazırlığı, rəqibin təhlili və məşqçinin taktiki sxemi daxildi. Bu qiymətləndirməyə görə 0-5 aralığında xal verilir. 3. Oyuna müdaxilə. Bura oyun ərzində məşqçinin taktiki dəyişiklikləri, rotasiyaları, əvəzetmələri və psixoloji təsiri daxildi. Bu qiymətləndirməyə görə 0-5 aralığında xal verilir. Qeyd edək ki, turda qazanılan xal eyni olarsa, o halda ardıcıl bu meyarlara üstünlük verilir: qələbə, səfərdə qazanılan nəticə, top fərqi. Əlbəttə, “Qarabağ”ın hansısa ortababı məğlub etməsi ilə autsayderin həmin komandanı udması tərəzinin eyni gözünə qoyula bilməz. Elə 2-ci bəndə görə xal verilərkən bu məqamı da nəzərə almışıq.
13 baş məşqçi + 3 köməkçi
Öncə onu qeyd edək ki, ötən mövsüm premyer-liqada 13 baş məşqçi iş başında oldu. Elitanın 8 komandasından 5-i çalışdırıcısına “futbol ili”ndə sadiq qaldı. Bunlar “Qarabağ”, “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Səbail”di. “Kəpəz” iki, “Keşlə” və “Neftçi” isə üç baş məşqçiyə ehtiyac duydu. İlk iki turdan sonra “Neftçi” Elxan Abdullayevlə yollarını ayırdı və əvəzedicilərin çalışdırıcısı Elşad Əhmədova həvalə olundu. O, müvəqqəti olaraq bu işi icra edirdi və “ağ-qaralar”ı iki oyuna çıxardıqdan sonra postu Tərlan Əhmədova “təhvil verdi”. “Keşlə”də 10-cu turdan sonra Zaur Svanadze istefa verdi. Onun əvəzinə Ramiz Məmmədov gəldi və əslində o da bu işin müvəqqəti icrasçısı idi. Məmmədovun rəhbərliyi altında paytaxt təmsilçisi keçirdiyi 4 oyunun hamısında uduzdu və rəhbərlik ukraynalı Yuri Maksimovla anlaşdı. “Kəpəz”də isə Şahin Diniyev 12-ci turdan sonra uğursuz nəticələr üzündən postundan ayrıldı. Onu əvəzləyən Yunis Hüseynov daha bərbad göstəricilərlə yadda qaldı və nəticədə Gəncə təmsilçisi birinci diviziona yuvarlandı. Ancaq bəzi köməkçilər də özünü baş məşqçi kimi “hiss etdi”. Elnur Çodarov 6, Səttar Əliyevlə Seymur Rəhimov hərəyə 1 dəfə texniki zonada baş məşqçi funksiyasını yerinə yetirdi. Təbii, turlar üzrə qiymətləndirmədə köməkçilərin də işini dəyərləndirmişdik. Ancaq yekunda məhz baş məşqçilər ön plana çıxdı.
Qurbanov birinci, Hüseynov sonuncu
Əvvəlcə 28 turdan sonra orta xal durumunu yada salaq. Belə ki, komandası çempion olan Qurban Qurbanov ilk pillədədi. Təbii, bu gözlənilən bir sonuc idi. Yetirmələri elitanı tərk edən Yunis Hüseynov isə sonuncudu. Maraqlı məqam isə Ayxan Abbasov, Roman Qriqorçuk və Yuri Maksimovun eyni xal toplamasıdı. Qriqorçuk gümüş medalçıdısa, Maksimovun işinin uğurlu alındığını hamı qəbul edir. Ayxan bəy isə qışa qədər əla nəticələr qazanmaqla ümumi balansda adı çəkilənlərdən geri qalmadı. Sıralamada Samirlər qonşudusa, “Neftçi” ilə “bürünc” qazanan Əhmədov ikinci pillədədi. Beləliklə, ötən mövsüm üçün məşqçilərin yekunda hansı qiymət aldığını xatırladaq.
1. Qurban Qurbanov 8,3
2. Tərlan Əhmədov 7,6
3. Roman Qriqorçuk 6,8
4. Ayxan Abbasov 6,8
5. Yuri Maksimov 6,8
6. Samir Abasov 6,4
7. Samir Əliyev 4,6
8. Yunis Hüseynov 3,1
Maraq üçün komandalar qış fasiləsinə yollanarkən “məşqçilərin turnir cədvəli”ni də diqqətinizə çatdıraq.
1. Qurban Qurbanov 9,2
2. Ayxan Abbasov 8,1
3. Roman Qriqorçuk 8,1
4. Tərlan Əhmədov 6,5
5. Samir Abasov 6,5
6. Samir Əliyev 4,6
7. Ramiz Məmmədov 1,7
8. Yunis Hüseynov 0,5
Tərlan Əhmədov liderdi
Ümumi xal durumunda Qurban bəy hamıdan öndə olsa da, ən çox “turun məşqçisi” seçilən mütəxəssis Əhmədovdu. “Neftçi”nin sabiq baş məşqçisi 8 dəfə bu uğura imza atıb. Təbii, Tərlan bəyin belə aşkar fərq ortaya qoymasına rəğmən, yekun nəticədə Qurbanovdan geri qalması anlaşılmaz görünə bilər. Ancaq burda önəmli məqamı nəzər almalıyıq. Ən əsası odu ki, Qurban bəy sabit nəticələr hesabına orta xal durumunda Əhmədovu qabaqladı. Bundan başqa, turun məşqçisi 1 və ya 2 xal hesabına da rəqiblərini qabaqlaya bilər. Bu da ciddi fərq deyil və hansısa uğursuz nəticə ümumi xala böyük təsir göstərir. Beləliklə, məşqçilərin nə qədər və hansı turlarda (bu mötərizədə göstərilib) fərqləndirildiyinə nəzər salaq. Maraqlıdı ki, “Kəpəz”in sabiq baş məşqçisi Şahin Diniyev də 1 turdakı uğuru ilə siyahıda özünə yer edə bilib.
1. Tərlan Əhmədov 8 (8, 10, 15, 18, 21, 23, 24, 26)
2. Ayxan Abbasov 4 (3, 5, 11, 28)
3. Samir Abasov 4 (4, 14, 19, 20)
4. Samir Əliyev 4 (2, 6, 17, 25)
5. Qurban Qurbanov 3 (1, 13, 22)
6. Roman Qriqorçuk 3 (9, 12, 16)
7. Şahin Diniyev 1 (7)
8. Yuri Maksimov 1 (27)
Sonda daha bir məqamı qeyd edək. Belə ki, yuxarıdakı “8-lik”dən yalnız üçünü növbəti mövsüm premyer-liqada görəcəyik. Buna səbəb mövsüm bitəndən sonra klublardan bir çoxunun baş məşqçi ilə yollarını ayırmasıdı. Artıq 2018/19 mövsümündə baş məşqçilərin işi qiymətləndirilərkən siyahıda Roberto Bordin (Neftçi), Nazim Süleymanov (Sumqayıt), Elşad Əhmədov (Sabah), Aftandil Hacıyev (Səbail) və Sənan Qurbanov (Qəbələ) kimi yeni adlar olacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Bu gün, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Bu gün, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Bu gün, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Bu gün, 12:47 Miloş Velebit kimdi? Bu gün, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Bu gün, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Bu gün, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Bu gün, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Bu gün, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Bu gün, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Bu gün, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Bu gün, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Bu gün, 12:23 “Red Black Army” narahatdı Bu gün, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Bu gün, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Bu gün, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar