20 fev 16:57liqa

Stadionlar oyunları qəbul etməyə hazırdı

Stadionlar oyunları qəbul etməyə hazırdı
Ölkə ərazisində soyuq hava şəraiti hökm sürür. Dünən yağan qar hər yeri ağ örtüyə bürüdü. Həftəsonu isə çempionat oyunları keçiriləcək. Onsuz da stadionlarla bağlı vaxtaşırı problemlərlə rastlaşırıq. Mövcud durumda 19-cu turun oyunlarının keçirilməsi sual altına düşür. Bu gün Bakıda “Neftçi” – Kəpəz” və “İnter” – “Zirə”, sabah Sumqayıtda “Sumqayıt” – AZAL, Qəbələdə “Qəbələ” – “Qarabağ” qarşılaşmaları baş tutacaq. Görəsən, stadionlar matçları qəbul etmək iqtidarında olacaqmı?
“Qəbələ” məsələyə həssas yanaşır. Klub televiziyası dərhal meydanların ot örtüyünə nəzarət edən ingilis mütəxəssis Filip Şarplesin fikirlərini öyrənib: “Hazırda meydanda 27 sm qar var. Bunun bir gecədə yağması inanılmazdı. Birinci məsələ qarın kəsməsi idi ki, bu da baş verib. Bu yaxşıdı. İkinci hədəf sabah (bu gün) əvəzedicilərin oynayacağı süni meydanı təmizləməkdi. Hər saatın tamamında qarın hündürlüyünü ölçürük. Meydanın altında isitmə sistemi var və bu sistem maksimum gücdə işləyir. Səthin hərarəti +27 dərəcəyə çatacaq. Hazırda ərimə prosesi gedir. Saatda 1-2 sm qar əriyir. Səhər ölçdüyümüzdə meydanda 10, indi isə 7 sm qalınlığında qar var. Axşama kimi qalınlığın 2 sm-ə qədər enəcəyi, səhərə kimi isə qarın tam əriyəcəyini düşünürəm. Ümid edirəm ki, oyuna kimi qar yağmayacaq. Hava proqnozu belə deyir. Bu Qəbələ üçün alışılmış hava şəraitidi. Kollektivimiz meydanı hazır duruma gətirməyə qadirdi. Heç nə oyunun keçirilməsinə mane ola bilməz”.
Dünən bu turda meydan sahibi olacaq klubların mətbuat xidmətlərinin rəhbərləriylə də əlaqə saxlayıb, son durumla tanış olduq.
Rəşad Məmmədov (Sumqayıt): “Stadionla bağlı hansısa problem yoxdu. Artıq əməkdaşlarımız meydanı qardan tam təmizləyib. Bununla bağlı saytımızda da məlumat yerləşdirmişik. Hətta qar yağmaqda davam etsə belə, bu yöndə problemlə üzləşməyəcəyik. Çünki meydanı qardan təmizləmək üçün yetərincə işçimiz və avadanlığımız var”.
Səbuhi Məmmədov (İnter): “Bu gün stadionumuzda qalın qar örtüyü var idi. Ona yaxın fəhləmiz gün ərzində qarı təmizləməklə məşğul oldu. Axşam saat 7-nin yarısına kimi meydanın 80 faizi qardan təmizləndi. Qalan 20 faiz isə sabah təmizlənəcək və “İnter Arena” oyun üçün tam hazır vəziyyətə gətiriləcək. Sabah yağıntılı hava gözlənilmir. Ona görə
də bir problemin olacağını düşünmürəm”.
Mehman Rəsulov (Neftçi): “Dünəndən hava durumunu diqqət mərkəzində saxlayırdıq. Bu gün günortaya kimi qarın yağacağı gözlənilirdi. Günortadan sonra qar intensiv yağmadı. Sabaha isə buludlu, amma yağıntısız hava gözlənilir. “Bakcell Arena”da qardan təmizləmə işləri artıq yekunlaşıb. Bizdə stadionun ot örtüyünə “Aqrosport” şirkətinin əməkdaşları nəzarət edir. Onlar əvvəlcə meydanın durumunu təhlil etdilər, buzlaşmanın dərəcəsini müəyyənləşdirdilər və belə qənaətə gəldilər ki, meydanı qardan təmizləmək olar. Təmizləmə prosesində ot örtüyünə hansısa zərər dəyməyib. Mövsümə görə qazonun durumunu ideala yaxın saya bilərik”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar