22 in 14:28liqa

“Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək

“Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək
Dabo: “Çalışacam ki, “Neftçi”ylə qızıl medala sahib çıxaq”
Ölkəmizi Avroliqada təmsil edəcək "Neftçi” iyunun 17-dən etibarən təlim-məşq toplanışının ilk hissəsinə start verib. “Ağ-qaralar”ın vətəndəki hazırlıq prosesi bu gün başa çatır. Komanda sabah Türkiyəyə yollanacaq. “Neftçi”ni qardaş ölkəyə aparacaq təyyarə saat 16.00-da havaya qalxacaq. Geridə qalan müddətdə Roberto Bordinin yetirmələrinin azarkeşlər və media nümayəndələri üçün açıq məşqi də gerçəkləşdi. Həmin hazırlıq prosesi iyunun 18-də İsmət Qayıbov adına təlim-məşq bazasında reallaşdı. Bu haqda bir qədər sonra. İndi isə son günlərdə paytaxt təmsilçisi ilə bağlı yaşanan yenilikləri diqqətinizə çatdıraq.
Dabo və Braliç "Neftçi"də
Növbəti mövsüm çempionluğa oynayacaq “ağ-qaralar” heyətini gücləndirməkdə davam edir. Geridə qalan bir həftədə iki futbolçu transfer edildi, biri ilə müqavilə müddəti artırıldı. “Qəbələ” ilə ortaq məxrəcə gələ bilməyən Baqali Dabo “Neftçi” ilə anlaşdı. Fransız futbolçu 2 il flaqamanın uğurları üçün mübarizə aparacaq. Onu da bildirək ki, 29 yaşlı hücumçu “ağ-qaralar”ın heyətində “9” nömrəli formanı geyəcək. O, “Qəbələ”də də eyni nömrəli formada çıxış edirdi. Fransada "İvri”, "Kretey”, "İstr” kimi komandaların şərəfini qoruyan Baqali ötən mövsüm "qırmızı-qaralar”ın heyətində 27 oyunda 13 qol vurmaqla premyer-liqanın bombardiri olmuşdu. "Neftçi”nin digər transferi isə xorvatiyalı Slavko Braliç oldu. Adı çəkilən futbolçu ilə 1 illik müqavilə imzalanıb. 25 yaşlı mərkəz müdafiəçisi “ağ-qaralar”ın heyətində “28” nömrəli formanı geyəcək. Sonuncu klubu "Şiroki Brieq” (Bosniya və Hersoqovina) olan Slavko Xorvatiyada "Omladinas Vranyiç”, "Solin” və "Osiyek” komandalarında çıxış edib. Xatırladaq ki, "Neftçi” daha öncə Tural Axundov, Rəşad Eyyubov və Dario Frederikonu heyətinə qatmışdı. Bundan başqa, "Neftçi” Emin Mahmudovla müqavilə müddətini artırıb. Ötən mövsüm flaqamanın heyətində çıxış edən Mahmudov daha 2 il ağ-qara formanı geyəcək. Milli üzvü ötən mövsüm 27 oyunda 2 qola imza atmışdı. Emindən öncə isə Ruslan Abışov, Kiril Petrov və Məhəmməd Mirzəbəyovla da müqavilə yenilənmişdi.
İki rəqib rumınlar oldu
Sabahdan başlayaraq iyulun 6-dək "Neftçi” Türkiyənin Topuk yaylası bölgəsində təlim-məşq toplanışında olacaq. Hazırlıq çərçivəsində keçiriləcək iki yoxlama oyunundakı rəqiblər müəyyənləşib. Dörd yoxlama görüşü keçirməyi planlaşdıran bakılılar iyunun 28-də Rumıniya "Dunarea Kalarasi”si, iyulun 5-də isə bu ölkənin digər klubu "Politexnika”ya qarşı oynayacaq. Digər iki yoxlama oyunundakı rəqiblərin adlarına yaxın günlərdə aydınlıq gələcək.
Yenilər “Neftçi”ni təriflədi
Yuxarıda vurğuladığımız kimi, iyunun 18-də “Neftçi”nin açıq məşqi gerçəkləşdi. Həmin hazırlıq prosesi zamanı həm komandanın baş məşqçisi, həm də yeni transferlər jurnalistlərin suallarını cavabladı.
Dario Federiko: “Çempionatın sonlarına yaxın "Neftçi" mənimlə maraqlanması haqda məlumat çatdırdı. Bundan sonra danışqlar apardıq və təklifi qəbul etdim. Hansı komandada oynamağımdan asılı olmayaraq, maksimumu göstərməyə çalışmışam. Bura gəlmişəmsə, deməli, "Neftçi"nin uğurları üçün çalışacam ki, sonda müsbət nəticə qazanaq. Yeni komandam hər zaman iddialı olub, daim çempionluq üçün çalışıb, bacardığı qədər mükafatlar qazanıb. Hazırkı transferləri nəzərə alsaq, "Neftçi" əvvəlkindən iddialıdı. Çalışacağıq ki, çempionluğa oynayaq".
Slavko Braliç: “Neftçi" böyük klubdu. Burda olmaq mənim üçün böyük bir şansdı. Əlimdən gələni edəcəm ki, bundan maksimum yararlanım və uğur əldə edim. Rəhbərliklə də danışdım. Düşündüm ki, mənim üçün çox çox münasib təklifdi. Ona görə də "Neftçi"ni seçdim. Fərq etmir, çempionatda nə qədər komanda var. Əlimizdən gələni edəcəyik ki, hər oyunda qələbə qazanaq. Bu həm komandamız, həm də mənim üçün çox böyük uğur olacaq".
Baqali Dabo: “Düşünürəm ki, “Neftçi”yə gəlişim mənim üçün əlamətdardı. Çünki “Neftçi” böyük bir layihə hazırlayıb. Sevindiricidi ki, mən də bu layihənin bir parçasıyam. Düşünürəm ki, hamı bu layihə ətrafında birləşdiyindən işimiz uğurlu alınacaq. Doğrudu, “Qəbələ” ilə əvvəlcə razılaşmışdıq. Ancaq sonradan müəyyən şərtlər oldu ki, fikirlərimiz üst-üstə düşmədi. Bundan sonra menecerimlə danışdım və qərara aldıq ki, “Neftçi”yə üstünlük verək. Mövsümün sonunda “Neftçi” olduqca uğurlu qrafik cızdı. Komanda baxımlı futbol oynamağa başlamışdı. Mövsümün gedişində eniş yaşamasaydı, bəlkə də finişə 2-ci çata bilərdi. “Qəbələ”də çempionluq yaşaya bilmədik. Çalışacam ki, “Neftçi”ylə qızıl medala sahib çıxaq”
Roberto Bordin: “Mənə və məşqçi yoldaşlarıma güclü komanda həvalə olunub. Ona görə də əlimizdən gələni edəcəyik ki, növbəti mövsümdə maksimum nəticə göstərək. Xoş təəssüratımız var. Gələcəyə ümidlə baxırıq. Yaxşı komanda formalaşıb. İtaliya mətbuatına açıqlamamda “Qarabağ”la rəqabətdə çempionluğun asan olmayacağını demişəm? Ola bilsin, siz səhv oxumusuz. Mən heç vaxt elə ifadə işlətməmişəm. Ola bilsin, “Qarabağ” kimi güclü komandanın olduğunu söyləmişəm. Amma deməmişəm ki, “Neftçi” ilə çempion olmaq çətindi. Yeni oyunçular transfer etməyə hazırlaşırıq. Çalışacağıq ki, növbəti mövsüm baş rolda biz olaq. Ziqi Badibanqa? Siz deyəsən, daha yaxşı bilirsiz. Mənim elə bir məlumatım yoxdu. Rəhbərliyinin etdiyi transferlər çox güclü oyunçulardı. Belə məsələlər haqda daha çox klub prezidenti və idman direktoru ilə danışın. Çünki mən transfer məsələlərinə qarışmıram. Amma təbii, öz məsləhətlərimi verirəm. “Neftçi” böyük klubdu. Hamı gəlib bu komandada oynamaq istəyər. Lakin indidən bir söz deməyək. Əlbəttə, bəzi mövqelərə “açar” oyunçular lazımdı. Yəqin ki, yaxın günlərdə onlar da olacaq. Komandanın əhval-ruhiyyəsi yüksək səviyyədədi. Bəzi oyunçular çatışmır. Bu da qısa müddət ərzində həllini tapacaq. Yaxşı nəticə göstərmək istəyirik. Komanda azarkeşlərini sevindirmək üçün döyüşəcək”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar