19 fev 12:14liqa

Eldar Qasımovla Xaqani Məmmədov “Kəpəz” rəsmilərini qəzəbləndirib

Eldar Qasımovla Xaqani Məmmədov “Kəpəz” rəsmilərini qəzəbləndirib
“Qarabağ”la oyunda azarkeş sayı üç dəfə az göstərilib

2015-in yayında “Kəpəz”in süni yolla premyer-liqaya gətirilməsinə ən çox sevinən yerli azarkeşlər oldu. Bir neçə il elita üzünə həsrət qalan gəncəliləri başa düşmək çətin deyildi. 90-cı ilin sonlarında ardıcıl çempionluqları və ölkə kubokunun qazanılmasını bayram edən “Kəpəz”in sonradan böyük futboldan uzaq düşməsi tərəfdarlarda aclıq yaratmışdı. Düzdü, komanda bir ara premyer-liqada göründü. Hətta adını dəyişib “Gəncə” qoyduğu vaxtlar da oldu. Amma budəfəki dönüş daha əzəmətli görünürdü. Hər halda, kluba AFFA-nın, eyni zamanda Gəncənin icra başçısı Elmar Vəliyevlə iş adamlarının arxa durması xoş gələcək vəd edirdi.
Bunun nəticəsidi ki, ötən mövsüm gəncəli azarkeşlər diqqətləri üzərinə çəkməyi bacardı. “Kəpəz”in hər ev oyununda, xüsusilə “Qarabağ”, “Qəbələ”, “Neftçi” kimi rəqiblərlə qarşılaşmalarda tamaşaçı sayı rekordu rekord dalınca gəlirdi. Tribunalarda 10, 15, 20, hətta 22 min azarkeş gördüyümüz günlər var idi. Bundan həvəslənən qərbli fanatlar bir ara özlərini lənkəranlılardan üstün saydıqlarını da gizlətmirdilər. Nəticədə özünəinam formalaşan komanda Avroliqaya yollanmağı bacardı. “Zirə” ilə “İnter”dən birinin vəsiqəsinə sahib çıxsa belə...
Lakin cari mövsümdəki göstərici ürəkaçan deyil. Bunun da müxtəlif səbəbləri var. Əvvəla, “Kəpəz”in doğma şəhərdən uzaq düşməsi. Məşqlərini Bakıda keçən kollektiv Gəncəyə yalnız oyuna bir gün qalmış yollanır. Eynilə qonaq komandalar kimi. Havanın üzü çöndüsə, yağış və ya qar yağdısa, heç Gəncəyə getməyə də ehtiyac qalmır. Dərhal rəqiblərlə danışığa keçib matçın yerini dəyişirlər. Və bütün bunlar azarkeşlərin haqlı narazılığına səbəb olur. Ən vacibi isə qış fasiləsindən sonra qeydə alınan nəticələrdi. “Sarı-göylər” bu il premyer-liqada meydana çıxdıqları 4 oyunun hamısını məğlub başa vurub. Odu ki, “Qarabağ”la qarşılaşmada azarkeş sayında müəyyən azalmanın müşahidə olunacağı gözlənilən idi. Birinci dövrədə bu komandalar arasında Gəncədə baş tutan görüşü stadionda 14238 tamaşaçı izləmişdisə, budəfəki sayın 2, bəlkə də 3 dəfə az olacağı şübhə döğurmurdu. Nə qədər az olsa da, 5000-dən az olmazdı. Çünki cari mövsümdə AZAL və “Sumqayıt” kimi rəqiblərlə oyunlarda stadiona ən pis halda 5000 azarkeş gəlmişdi. Amma rəqibin adı “Qarabağ”dısa, bu saydan çox olardı ki, az olmazdı. Matçdan sonra PFL-in saytında yerləşdirilən protokola baxanda, çox güman, təəccüblənən təkcə biz olmadıq. Klub rəsmiləri ilə azarkeşlərin gözlərinin bərəldiyinə əminik. Məgər “Kəpəz” – “Qarabağ” oyununda tribunada 2000 azarkeş olub? Axı televizorda baxanda belə, gəncəlilərin sayının 5000-dən az olmadığı aydın görünürdü. Belədə 2000 rəqəmi hardan götürülüb? Kim deyib, kim yazıb? Olmaya bilet satışı bu sayda olub deyə, məlum rəqəm göstərilib? Məsələ kifayət qədər diqqəti çəkən olduğundan həqiqəti üzə çıxarmağa çalışdıq. Çünki burda mütləq ki, hansısa səhv, ya da bizə məlum olmayan nəsə var. Bazar günü Gəncə şəhər stadionunda minimum 5000 azarkeş olduğu halda, “2000” yazılması qəbulolunan deyil.
Əsas səbəbkarları danışdırmamışdan öncə şahidlərdən birini dindirmək qərarına gəldik. Belədə bu yaxınlarda “Kəpəz”dən ayrılan Nofəl Əzizovla əlaqə saxlayıb, “stadionda təxmini nə qədər azarkeş olardı” sualını ünvanladıq: “Açığı, həmin gün stadiona gedə bilmədim. Vacib işim var idi ki, təxirə salmaq mümkün olmadı. Amma 2000 azarkeşin olduğuna inanmıram. “Kəpəz”in ən pis vaxtlarında belə, stadiona 5000 azarkeş gəlib. Ola bilsin, bu sayda bilet satılıb deyə, elə yazıblar. Çünki universitet tələbələrinə, idarə və təşkilat müəssisələrində çalışanlara dəvətnamələr paylanır. Biletdən çox dəvətnamə ilə gələnlər olur. Yenə də araşdırın, maraqlanın. Stadionda cəmi 2000 nəfərin olduğuna, açığı, mən də inanmıram”.
Ardınca oyunun AFFA nümayəndəsi Eldar Qasımovu aradıq. Çünki bu işdə əsas yük onun üzərinə düşür. Yəni azarkeş sayını aidiyyatı şəxslərdən dəqiqləşdirib yazan məhz odu. Dəstəyi qaldıran Eldar bəyin dedikləri belə oldu: “Oyun başa çatandan sonra klub rəsmilərindən maraqlandıq. Bizə 2000 dedilər, elə də yazdıq. Oyunun hakim-inspektoru Xaqani Məmmədov idi. Ondan soruşun, lap dəqiq məlumat versin”.
Xaqani Məmmədovun dəstəyi qaldırmayacağı gün kimi aydın idi. İlin düz vaxtı zənglərə cavab verməyən Hakimlər Komitəsinin sədrinin yetirmələrinin səhvləri sıraladığı vaxtda “alo” deyəcəyi inandırıcı deyildi. Odu ki, ardıcıl zənglərimizin cavabsız qalmasına təəccüblənmədik.
İstənilən halda, vacib suala – “Kəpəz” rəsmilərindən “2000 azarkeş var idi deyən kim olub” – cavab tapmalıydıq. Bu məqsədlə “Kəpəz”in mətbuat katibi Azad Mustafayevi aradıq. Sən demə, gec də olsa, toxunduğumuz mövzu klub rəsmilərinin də narazılığına səbəb olub: “Oyundan sonra AFFA nümayəndəsinə yaxınlaşıb azarkeş sayını neçə göstərəcəklərini soruşdum. Eşidəndə ki, 2000 yazmaq istəyirlər, bunun real olmadığını dedim. Hətta sual da verdim ki, bunu sizə kim deyib? Dedi, Xaqani Məmmədovla məsləhətləşib bu qərara gəldik. Bu cavabdan mən və yanımdakı digər klub rəsmiləri təəccübləndik. Stadionda azı 5000 azarkeş olduğu halda, necə 2000 yazıla bilər? Gördülər ki, məsələnin üstünə düşmüşük, rəqəmi dəyişəcəklərini bildirdilər. Amma oyundan 1-2 saat sonra PFL-in saytındakı protokola baxanda “2000” yazıldığını gördük... Kassadan soruşublar? Kim soruşdu, nə vaxt soruşdu? Kassa ilə bazanın arası 200 metrdi. Oyun başa çatan kimi kim ora getdi? Bir də ki, matçdan sonra kassada heç kim olmur. Oyun başlayandan təxminən 20-25 dəqiqə sonra kassa bağlanır. Hətta bilet satışını yazsalar belə, real rəqəm yenə 2000 deyil axı. Həmin gün azarkeşlərin sayı 5000-dən çox idi ki, az deyildi. Biletlə gəlib, ya dəvətnamə ilə - onun nə dəxli var? Say 300 yuxarı olar, 500 aşağı. Amma daha belə yox də. Başa düşürük, son nəticələrə görə azarkeşlərdə müəyyən inciklik yaranıb, üstəlik, havalar kəskin şaxtalı keçir. Amma nə olur-olsun, “Kəpəz”in ev oyunlarında 5000-dən az tamaşaçı olmur. Hətta komanda birinci divizionda çıxış edəndə belə, azı 2000 adam gəlirdi. Oyundan sonra baş qarışıq oldu. Ona görə çox da üstünə getmədik”.
Deyə bilmərik, AFFA nümayəndəsi ilə hakim-inspektorun kobud səhvidi, ya başqa nəsə - son nəticədə zərbə “Kəpəz”ə və onun azarkeşlərinə dəyir. Bəlkə də bu addım Gəncədə futbola marağın olmadığını bəhanə gətirərək AFFA-nı, həmçinin icra başçısı Elmar Vəliyevi işdən soyutmağa hesablanıb.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar